Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qnezno
Qnezno (pol. Gniezno; alm. Gnesen‎; rus. isl.öncəsi. Гнѣзно) — Polşada şəhər, Böyük Polşa voyevodalığının bir hissəsi. Şəhər qmina statusuna malikdir və 49 km² ərazini əhatə edir. Əhalisi 70,083 nəfər (2006-cı il üçün). Dəmir yolu qovşağı var. Şəhərdə geyim, qida və dəri sənayesi müəssisələri mövcuddur.
Gnemon
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Qneçko adası
Qneçko adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şərqində, sahildən 50 metr cənubda yerləşir. Adanın hündürlüyü 30 metr təşkil edir. Sahəsi isə 0,0307 km²-dir. Ada Kuril desant əməliyyatına rəhbərlik etmiş general-mayor Aleksandr Qneçkonun şərəfinə adlandırılmışdır. Adlandırma "Saxalin və Kuril adalarının xəritəsində adlar" proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları "İqor Farxutdinov" teloxodunda 7 sentyabr 2012-ci ildə adaya eniş etmişlər. == İstinadlar == == Mənbə == Niyaz Aksanovun foto reportajı Курильский остров назвали в честь Сергея Капицы // lenta.ru, 10.09.2012, 12:30:39 Сергею Капице посмертно "подарили" остров // [НТВ].— 10.09.2012 Российская экспедиция даст имена безымянным островам Курильской гряды // Взгляд.— 5.09.2012.
Yevno Azef
Yevno Fişeleviç (Yevgeni Filippoviç) Azef (rus. Е́вно Фи́шелевич (Евге́ний Фили́ппович) А́зеф; 1869[…], Lıskovo[d] – 24 aprel 1918, Berlin) — Rusiya siyasətçisi, Sosialist İnqilabçılar Partiyası, onun döyüş təşkilatının yaradıcılarından və rəhbərlərindən biri. == Həyatı == Yevno Fişeleviç Azef 1869-cu ildə Rusiya imperiyasında, indiki Belarus ərazisində anadan olmuşdur. O, 1892-ci ildən polis idarəsinin məxfi zabiti olmuşdur. Azef 1899-cu ildə Sosialist İnqilabçıların Şimal İttifaqına qoşulmuşdur. O, 1901-ci ildə Sosialist İnqilabçılar Partiyasının təşkilatçılarından biri olmuşdur. 1903-cü ildə Azef faktiki olaraq Sosialist İnqilabçılar Partiyasının Döyüş Təşkilatına rəhbərlik edirdi. O, 1904-cü ildə Vyaçeslav fon Pleve və 1905-ci ildə böyük knyaz Sergey Aleksandroviçin qətllərinin təşkilatçısı idi. Eyni zamanda, Azefin 1901-ci ildə Xarkovda Sosialist İnqilabçılar Partiyasının nümayəndələrinin qurultayını polisə verməsi ilə 1905-ci ilə qədər döyüş təşkilatının demək olar ki, bütün tərkibi ifşa olunmuşdur. 1908-ci ildə onun fəaliyyətinə görə döyüş təşkilatının yeddi üzvü ifşa olunmuşdur.
Neno (mahal)
Neno — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Neno ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Neno şəhəridir. Mahal şərqdə Blantire mahalı və Zomba mahalı, şimalda Balaka mahalı və Ntçeu mahalı, qərbdə Mvanza mahalı ilə qonşudur. Mahalın ərazisi 2003 ilinə qədər Mvanza mahalına bağlı idi, bu tarixdən etibarən həyata keçirilən yerli idari dəyişiklikdən sonra Mvanza mahalının şərq hissəsindən Neno mahalı təşkil edilmişdir. == Əhali == Neno mahalında 108,897 nəfər yaşayır.
Neno dairəsi
Neno — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Neno ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Neno şəhəridir. Mahal şərqdə Blantire mahalı və Zomba mahalı, şimalda Balaka mahalı və Ntçeu mahalı, qərbdə Mvanza mahalı ilə qonşudur. Mahalın ərazisi 2003 ilinə qədər Mvanza mahalına bağlı idi, bu tarixdən etibarən həyata keçirilən yerli idari dəyişiklikdən sonra Mvanza mahalının şərq hissəsindən Neno mahalı təşkil edilmişdir. == Əhali == Neno mahalında 108,897 nəfər yaşayır.
Geno Auriemma
Luigi Geno Auriemma (23 mart 1954)- ildə anadan olub. İtalyan əsilli Amerika kollec basketbol məşqçisidir. O, 1985-ci ildən Konnektikut Huskes Universitetinin qadın basketbol komandasının baş məşqçisidir. Auriemma 2009-2016-cı illərdə Amerika Birləşmiş Ştatlarının qadınlardan ibarət milli basketbol komandasının baş məşqçisi olub. Bu müddət ərzində onun komandaları 2010 və 2014-cü illərdə Dünya Çempionatını qazanıb. 2012 və 2016 Yay Olimpiya Oyunlarında isə qızıl medalları qazanıb. Dörd turnirin hər birində qaliyyət əldə edib. Auriemma 2006-cı ildə Nasmit Memorial Basketbol Şöhrət Zalına və Qadın Basketbol Şöhrət Zalına daxil edilmişdir. == Həyatı == Auriemma yeddi yaşında ikən ailəsi ilə birlikdə Cənubi İtaliyanın Montella şəhərindən Pensilvaniya ştatının Norristovn şəhərinə gəldi və uşaqlığının qalan hissəsini orada keçirdi. 1977-ci ildə Pensilvaniya ştatının Vest Kester Universitetini bitirdikdən sonra Auriemma 1978 və 1979-cu illərdə çalışdığı Saint gosef Universitetində baş məşqçi köməkçisi kimi işə götürüldü.