Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İngiloy
İngiloy — əsasən Azərbaycanın Qax, Zaqatala rayonlarında və Bakı şəhərində yaşayan gürcülərin subetnik qrupu. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər. Etnik, psixoloji, mədəniyyət və s. cəhətlərinə görə azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan ingiloylar yaşadıqları cəmiyyətə sıx inteqrasiya olunmaları ilə seçilirlər. İngiloylar 26 qədim alban tayfasından biri olan gellərdir, "gel" sözü də "ingiloy" sözünün ikinci hecasında "gil" kimi öz əksini tapıb. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan inqloyların əsas məşğuliyyət sferası tütünçülük, taxılçılıq, üzümçülük, qərzəkli meyvəçilik və heyvandarlıqdır. Azərbaycanda hal-hazırda gürcü dilində 5 orta məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə ümumilikdə 51 sinifdə 2641 nəfər şagird təhsil alır. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. İngiloyların dili gürcü dilinə yaxın (gürcü dilinin cənub dialekti) olduğu üçün onları gürcüdən dönmə hesab edirlər. İngiloyların əcdadları olan qeller orta əsrlərdə dilləri gürcüləşmiş Albaniya tayfaları olmuşlar.
İngloy

Ernesto Qrilyo
Ernesto Qrilyo (isp. Ernesto Grillo; 1 oktyabr 1929, Buenos-Ayres – 18 iyun 1998, Buenos-Ayres) ― yarımmüdafiəçi mövqeyində oynamış Argentina futbolçusu. O, Argentinanın "Boka Xuniors" və "İndependyente" və İtaliyanın "Milan" klubunda çıxış etmişdir. O, həmçinin Argentina milli futbol komandasının üzvü olmuşdur. O, Argentina Futbol Assosiasiyasının Şöhrət Zalına daxil edilmişdir. O, 1953-cü ildə 3–1 hesabı ilə bitən İngiltərəylə oyunda qol vurduqdan sonra əfsanələşdi. == Həyatı == Gənc ikən "River Pleyt" və "İndependyente"də bərkiyəndən sonra, 1949-cu ildə "İndependyente"də peşəkar karyerasına başladı. Qrilyonun karyerasının ən diqqət çəkən məqamı 4 may 1953-cü ildə Argentinanın heyətində İngiltərənin qapısına vurduğu qolu oldu. 1950-ci ildə Braziliyada təşkil olunan FIFA Dünya Kubokundan sonra İngiltərə Cənubi Amerikaya ikinci dəfə səfər etmişdir və komanda River Pleyt stadionunda oyuna qədər məğlubiyyətsiz qalırdı. Bu qolun sayəsində 14 may günü "Argentina futbolçusu günü" olaraq qeyd olundu.
Guilty Crown
Guilty Crown (ギルティクラウン, Giruti Kuraun, azərb. Günahkar tac‎) — Production I.G studiyası tərəfindən 2011-ci ildə istehsal olunmuş və 2011-ci ilin oktyabrından Fuji TV-nin Noitamina televiziya blokunda yayımlanmış anime serialı. Anime serialı Şu Oma adlı məktəbli oğlanın səhvən "Kralların gücü" adlandırılan və insanların içərisindən "Boşluq" adlı xüsusi silah və alətləri çıxarmağa kömək edən güc əldə etməsindən bəhs edir. Şu özünü GHQ adlı dövlət şirkəti ilə GHQ-dən Yaponiyanın müstəqilliyini əldə etməyə çalışan Tabutçular terrorist qruplaşması arasında baş verən müharibənin ortasında tapır. Şu gücünün ona verdiyi böyük məsuliyyəti daşımalı olur, qorxunc keçmişi ilə üzləşir. Anime serialı özündə bir çox janrları birləşdirsə də, animenin əsas janrı elmi fentezidir. ASCII Media Works və Square Enix tərəfindən iki manqa adaptasiyası nəşr olunmuşdur. Nitroplus tərəfindən 2012-ci ilin aprelində "Guilty Crown: Princess of Deadpool" adlı ranobe istehsal olunmuşdur. Nitroplus tərəfindən istehsal olunmuş "Guilty Crown: Lost Christmas" vizual romanı 15 dəqiqəlik "Guilty Crown: Lost Christmas" adlı OVA ilə birlikdə yayımlanmışdır. Anime serialı müxtəlif rəylər almışdır.
İngiloy-Kötüklü
İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır. İngiloy Kötüklü oyk., mür. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır.
İngiloy Kötüklü

Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…], Bel-Eyr (Los-Anceles), Los-Anceles, ABŞ) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay. Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var. Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.
Nilay Aydoğan
Nilay Aydoğan (6 may 1992, İstanbul – 12 fevral 2023, Malatya) – Türkiyə qadın basketbolçu. Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir. Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi. Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı. 2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur. Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir.
Qnilaya çayı (Bıstraya)
Qnilaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Qnilaya çayı Bıstraya çayının sağ qolunu təşkil edir. O isə öz növbəsində Şimali Dones çayının bir qoludur. Şimali Dones çayının mənsənibə 136 km qalmış ona tökülür. Qnilaya çayının uzunluğu 92 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 948 km²-dir. Çay üzərində kiçik dəryaçalar vardır. Onlar çayın qarşısına atılan kiçik bəndlərlə hazırlanmışdır. Çay sistemi: Qnilaya → Şimali Dones → Azov dənizi. Qnilaya çayı öz başlanğıcını Rostov vilayətinin Oblivski və Milyotinski rayonları ərazisindən götürür.
İngiloy-kötüklü bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.