İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
İngiloy Kötüklü | |
---|---|
41°20′17″ şm. e. 46°51′54″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır.
İngiloy Kötüklü oyk., mür. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır. Əsl adı yeni geloy olan bu etnik qrup keçmişdə xristian olmuş, XVIII əsrdə islam dinini qəbul etmişdir. Tədqiqatçılara görə, geloylar I əsrdən Albaniyada məlum olan gel tayfasının varisləri hesab olunurlar. Geloyların yaşadığı ərazi erkən orta əsr mənbələrində Gelavu kimi qeydə alınıb. Hazırda azərbaycanlılar ingiloyları qeloy, saxurlar gelavu, avarlar isə geloyu adlandırırlar.[1]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 230 təsərrüfatda hər iki cinsdən toplam 747 nəfər əhali yaşamaqdadır.[2]
Qeyri-rəsmi məlumatlara əsasən kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir.[3][4]
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |