Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolomit
Dolomit CaMg [CO3]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Dəmir-, manqan- və qurğuşunlu dolomitlər. == Xassələri == Rəng – rəngsiz, ağ, boz, sarı, qonuru, yaşılımtıl, qırmızımtıl, qəhvəyi, nisbətən az hallarda – cəhrayı, yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, xırdadənəli və gizlikristallik aqreqatlarda–tutqun, kristallarda–sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,85-3,00; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli, farforabənzər əmələgəlmələrdə – qabıqvari, pizolitlərdə – qınabənzər; Lüminessensiya – katod şüalarında narıncı-qırmızı; Morfologiya – kristallar: adətən yəhərvarı əyilmiş üzlərlə səciyyələnən rombik; İkiləşmə: {0001}, {1010}, {1120} və {0221} üzrə tez-tez rast gəlir; qarşılıqlı nüfuzetmə və polisintetik; Mineral aqreqatları: kobud- və incədənəli, sıx, farforabənzər kütlələr, pizolitlər. == Mənşəyi və yayılması == Əsas etibarilə dəniz hövzələrində xemogen-çökmə yolla əmələ gəlir. Böyük qalınlıqlı dolomit qatları çox vaxt əvvəl çökmüş əhəngdaşlarının maqnezial duzlarla əvəzlənməsi nəticəsində formalaşır. Mineralın iri yığınları həmçinin bir çox karbonatitlərlə bağlıdır. Dolomitin başqa karbonatlar, sulfidlər, kvars, barit, flüorit və s. ilə assosiasiya təşkil edən hidrotermal əmələgəlmələrinə nisbətən az rast gəlinir. Hidrotermal-dəyişilmiş hiperbazitlərdə qeyd edilir.
Kolosint
Kolosint (lat. Citrullus colocynthis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin qarpız cinsinə aid bitki növü.
Arenaria bolosii
Arenaria bolosii (lat. Arenaria bolosii) — qərənfilkimilər fəsiləsinin qumluca cinsinə aid bitki növü.
Artur Voloşin
Artur Vladimiroviç Voloşin (24 iyun 1973, İliç – 24 oktyabr 1995, Xaraçoy[d], Çeçenistan) — Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Təyinatlı milis dəstəsində sürücü-milis, milis baş çavuşu. Rusiya Federasiyası Qəhrəmanı (ölümündən sonra). == Həyatı == 1973-cü il iyun ayının 24-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İlyiçovsk (indiki Şərur şəhəri) qəsəbəsində anadan olmuşdur. Milliyyətcə rusdur. Bir neçə ildən sonra ailəsi Amur vilayətinə köçmüşdür. 1979-cu ildən 1989-cu ilə qədər Kozmodemyanski orta məktəbində təhsil almışdır. 1990-cı ildə Voloşin Tambovski hərbi komissarlığı tərəfindən Rayçixinski məktəbində Ordu, Aviasiya və Donanmanın birgə fəaliyyət könüllü cəmiyyəti məktəbində təhsil almağa göndərilmiş, orada sürücü peşəsinə yiyələnmiş daha sonra bir müddət Ümumittifaq Elmi tədqiqat İnstitutunun Təcrübi-istehsalat təsərrüfatında mexanik işləmişdir. 1991-ci il iyul ayının 8-də SSRİ Silahlı Qüvvələrinə çağırılmış, Primorski diyarında təcili xidmətə cəlb edilmiş və avtomobil batalyonunda bölməyə komandanlıq etmişdir. 1993-cü ilin mayında "kiçik çavuş" rütbəsi ilə tərxis olmuşdur. 1993-cü ilin oktyabrında Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Milis dəstələrinin daxili işlər orqanında milis-sürücü xidmətinə cəlb edilmişdir.
Bolosia piloselloides
Hispidella (lat. Hispidella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hispidella hispanica Lam. Sinonim Bolosia piloselloides Pourr. ex Willk. Hispidella welwitschii Rupr. Arctotis hispidella Juss. ex DC. Hispidella barnardesii Cass.
Cerri Qoldsmit
Cerrald Kinq "Cerri" Qóldsmit (ing. Jerrald King "Jerry" Goldsmith; 10 fevral 1929, Los-Anceles, Kaliforniya – 21 iyul 2004[…], Beverli-Hillz, Kaliforniya) — amerikalı bəstəkar və dirijor, 250-dən çox televiziya layihəsi və film üçün musiqi müəllifidir. Məşhur Universal Studios açılış musiqisinin müəllifi. == Həyatı == Cerri Qoldsmit 10 fevral 1929-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) əslən Rumıniyadan olan yəhudi ailəsində anadan olub. Anası Tessa rəssam, atası Morris Qoldsmit inşaat mühəndisi idi. Altı yaşı olanda Cerri pianoda ifa etməyi öyrənir. O, Cənubi Kaliforniya Universitetində təhsil alır, burada məşhur bəstəkar Mikloş Rojanın kursunu keçir və bütün bunlar onu kino üçün musiqi bəstələməyə həvəsləndirir. Şerron Hennecinlə nikahından Coel Qoldsmit adlı oğlu olur. 18 dəfə "Oskar" mükafatına namizədliyi irəli sürülüb və "Omen" (1976) filmi üçün yazılan musiqiyə görə "Oskar" qazanıb. Həmçinin beş dəfə "Emmi" mükafatı qazanıb.
Yevgeni Qolovin
Yevgeni Aleksandroviç Qolovin (rus. Евге́ний Алекса́ндрович Голови́н, 1782-1858)— rus hərbçisi, Qafqaz canişini. Yevgeni Aleksandroviç Qolovin 1782-ci ildə anadan olmuşdu. Yevgeni Qolovin 1838-1842-ci illərdə Qafqazın canişini olmuşdu. Yevgeni Qolovinin Qafqazda uğurunun birinci mərhələsi Şeyx Şamil üsyanının yatırılması ilə bağlıdır. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi.
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Tomas Toliver Qoldsmit
Tomas Toliver Qoldsmit (ing. Thomas Toliver Goldsmith; 9 yanvar 1910 - 5 mart 2009) - ABŞ-nin Furman Universitetinin fizika üzrə professoru, televiziya texnikasının pioneri, dünyada ilk kompüter oyunu olan “raket simulyatoru”nun müəlliflərindən biri Tomas Toliver Qoldsmit 9 yanvar 1910-cu ildə ABŞ-də anadan olmuşdur. 1947-ci ildə Goldsmith və Estle Ray Mann tərəfindən verilmiş ABŞ Patenti 2,455,992, dünyanın ilk katot ray tüpü əsaslı oyununu, "Katod-ray tube oyuncaq cihazını" təsvir edir. İkinci Dünya Müharibəsində istifadə edilən radar ekranlarından ilhamlandı. Goldsmith və Mann 1948-ci ildə öz patentini verərək elektronik oyuna ilk patent verdilər. "Katod Ray Tüpü Əyləncəli Qurğu" adlı patent, patentdə, bir oyunçunun bir Ehty A Sketch kimi CRT-nin elektron silahını idarə etdiyi bir oyun təsvir edilir. Oyunu daha çətinləşdirmək üçün onun sxemləri oyunçuya nöqtəni təyin etmək qabiliyyətini dəyişdirə bilər. Bununla birlikdə, avadanlıq xərcləri və müxtəlif şərtlər səbəbiylə, Katod-Ray Tüpü Əyləncəli Qurğu heç bir zaman bazarda sərbəst buraxılmadı. Yalnız əl istehsalı prototiplər kimi yaradılmışdır. ABŞ-nin Furman Universitetinin fizika üzrə professoru, televiziya texnikasının pioneri, dünyada ilk kompüter oyunu olan “raket simulyatoru”nun müəlliflərindən biri Tomas Toliver Qoldsmit 1979-cu ildə televiziya sahəsinə verdiyi əhəmiyyətli töhfələrə görə ABŞ Radio Klubunun təsis etdiyi “Allan B. DuMont” mükafatına layiq görülmüşdür.
Əli Vyaçeslav Polosin
Əli Vyaçeslav Sergeyeviç Polosin - İslamı qəbul etmiş rus və tanınmış alimdir. Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir. 1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini “sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu: “Maks Veberin “kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur. 1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985 illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur. 1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşişi) vəzifəsində çalışmışdır.
Naş qolos
Naş qolos — gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti. 1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində "Naş qolos" şəhərdəki vəziyyəti təsvir edərək yazmışdı: "Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. İbadətgahın təhqir olunması geniş kütlələrin qəlbini göynədir, meyitlər onları daha çox narahat edir. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək" ("Naş qolos", 24 mart, 1918-ci il).
Hadi El-Xolosi