Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qolbol
Qolbol (ing. Goalball) — görmə qüsurları olanlar tərəfindən oynanılan idman növü. 1946-cı ildə Avstriyalı Hanz Lorenzen və alman Sepp Renidl tərəfindən müharibədə gözlərini itirmiş döyüşçülərin reabilitasiyası üçün icad edilmişdir. İlk dəfə Kanadada, 1976 Yay Paralimpiya Oyunlarında tanıdılmış və 1980 Yay Paralimpiya Oyunlarında proqrama əlavə edilmişdir. Bundan etibarən, hər paralimpiya oyunları və çempionatında qolbol oyunu oynanılır. == Oyunun qaydası == Oyun hər biri üç nəfərlik iki komanda ilə oynanılır. Hər komandada maksimum üç əvəzedici var. Oyun mərkəz xətti ilə bölünən düzbucaqlı gimnaziya meydançasında oynanılır. Hər bir komandanın yalnız öz meydançasında hərəkət etmək hüququ var. Hər qapının önündə olan, əllə hiss edilə bilən cizgilər paralimpiyaçı oyunçuların özlərini yönləndirməsini təmin edir.
Qoboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Qolubıe Dali (Soçi)
Qolubıye Dali — Rusiyada, Krasnodar diyarıının Soçi şəhərində mikrorayon. Mikrorayon Adler rayonu ərazisindədir. Mikroroayon Qara dənizə enən dağ yamacında, Xerota və İzvestinski çaylarının su ayrıcında yerləşir. Herota çayının və Qara dənizə enən İzvestinski çayının kiçik bir yamacında yerləşir. Sahildən mikrorayonu Adler stansiyası və Adler vaqon deposu olan dəmir yolu xətti ilə ayrılır. == Tarixi == Bu adın mikrorayona verilməsinin səbəbləri ilə bağlı bir neçə fərziyyə var: Mikrorayonun əsas küçəsi dənizə baxan təpədə yerləşir. Mikrorayon ərazisində yarpaqları mavi rəngə boyanmış və vizual olaraq "mavi məsafə" yaradan mimoza plantasiyaları var idi. Adi insanlarda küçə sadəcə Dal adlanırdı. Mikrorayonda kütləvi inkişaf 1970-ci illərin əvvəllərində başlamış və bu günə qədər davam edir. İlk tikilən ev 18 nömrəli ev olub.
Qolubıye Dali (Soçi)
Qolubıye Dali — Rusiyada, Krasnodar diyarıının Soçi şəhərində mikrorayon. Mikrorayon Adler rayonu ərazisindədir. Mikroroayon Qara dənizə enən dağ yamacında, Xerota və İzvestinski çaylarının su ayrıcında yerləşir. Herota çayının və Qara dənizə enən İzvestinski çayının kiçik bir yamacında yerləşir. Sahildən mikrorayonu Adler stansiyası və Adler vaqon deposu olan dəmir yolu xətti ilə ayrılır. == Tarixi == Bu adın mikrorayona verilməsinin səbəbləri ilə bağlı bir neçə fərziyyə var: Mikrorayonun əsas küçəsi dənizə baxan təpədə yerləşir. Mikrorayon ərazisində yarpaqları mavi rəngə boyanmış və vizual olaraq "mavi məsafə" yaradan mimoza plantasiyaları var idi. Adi insanlarda küçə sadəcə Dal adlanırdı. Mikrorayonda kütləvi inkişaf 1970-ci illərin əvvəllərində başlamış və bu günə qədər davam edir. İlk tikilən ev 18 nömrəli ev olub.
Rosa Qoboy
Rosa Qoboy (19 mart 1982) — Argentinalı marafonçu. Rosa Qoboy Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rosa Qoboy birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 52 dəqiqə 31 saniyəyə qət edərək 157 marafonçu sırasında 110-cu yeri tutdu.
Yuri Qolub
Yuri Aleksandroviç Qolub (belar. Юрый Голуб; doğulub 16 aprel 1996-cı il, Qlusk, Mogilyov vilayəti, Belarus) — Belaruslu paralimpiyaçı, biatlonçu və xizək sürən. Phençhan 2018 Paralimpiya oyunlarının dörd qat mükafatçısı, dünya çempionatının bürünc mükafatçısı (2017). Yuri Qolubun görmə qabiliyyəti yoxdur. == Bioqrafiyası == Altı yaşından xizək sürməyə başlamış. 2016-cı ildə Vuokattidə xizək sürmə üzrə Dünya Kubokunda çıxış edərək Belarus milli komandasında debüt etdi.2017-ci ildən əlilliyi olan insanların xizək sürmək üzrə dünya çempionatlarına start verildi. Finsterauda keçirilən çempionat zamanı 10 km sərbəst xizək sürmə yarışında bürünc medal qazandı. O, həmçinin klassik üslubda 20 km yarışda dördüncü, estafet yarışında beşinci, sərbəst stil sprintində yeddinci və 7.5 km biatlon yarışında səkkizinci oldu.2018-ci ilin mart ayında Cənubi Koreyanın Phençhanda şəhərində Paralimpiya Oyunlarında çıxış edərək debüt etdi. Yuri görmə qabiliyyəti olmayan biatlonçularda və xizək yarışlarında çıxış edirdi. Biatlonda iki medal qazandı - 12,5 km məsafəyə qaçışda qızıl və 7,5 km məsafəyə qaçışda gümüş.
Yelena Qolub
Yelena Yevgenyevna Qolub (ukr. Олена Євгенівна Голуб; 25 dekabr 1951, Kiyev) — Ukrayna müasir incəsənət rəssamı, elektroqrafiki və sənətşünası. O, Ukrayna Milli Rəssamlar İttifaqının (2003-cü ildən), Macarıstan Elektroqrafik Rəssamlar Assosiasiyasının (2019-cu ildən) üzvüdür. Qolub Yeni Ukrayna dalğasının nümayəndəsidir. Müasir incəsənətə dair 100-dən çox nəşrin müəllifidir. O, vizual incəsənətdə ekspressivliyin ifadəli və qrotesk formalarına, zehni konstruksiyaların bir növü olan kompozisiyalarda obyektlərin paradoksal qarşı-qarşıya qoyulmasına meyil edir. Bir çox milli və beynəlxalq incəsənət layihələrinin kuratoru və iştirakçısıdır. Onun əsərləri Almaniya, Niderland, Belçika, Cənubi Koreya, Polşa, Avstriya, Macarıstan və s. ölkələrdə nümayiş etdirilmişdir. Onun sənət əsərləri ilə muzeylərə Ukrayna Milli İncəsənət Muzeyi və Macarıstandakı Pannonhalma Arçabbi Muzeyi daxildir.
Oldboy (film, 2003)
Oldboy (kor. 올드보이) — 2003-cü ildə rejissor və ssenarist Pak Çan Uk tərəfindən çəkilmiş "intiqam trilogiyası"nın ikinci hissəsi olan döyüş filmi. Üçlüyün ilk filmi İntiqam mənimdir (film, 2002), sonuncusu İntiqam xanım (film, 2005). Filmin əsərləri Yapon adları Qaron Tsutii və Nobuaki Minaqişi tərəfindən eyni adlı manqaya əsaslanırdı. Premyer nümayiş 21 noyabr 2003-cü ildə Cənubi Koreyada, Rusiyada isə — 18 noyabr 2004-cü ildə keçirilmişdir. 3 milyard dollar büdcəsi ilə dünya üzrə ödənişlər 14,980,005 dollar təşkil edir. == Məzmun == 1988-ci ildə Oh Dae su adlı bir iş adamı, qızının dördüncü doğum gününü itirmədən sərxoş olduğu üçün tutuldu. Yoldaşı Joo-hwan onu polis bölməsindən götürdükdən sonra Dae-su üçün evə zəng etmək üçün telefon kabinə gedəcəklər. Joo-hwan Dae-su'nun həyat yoldaşı ilə söhbət edərkən, Dae-su qaçırılan və qidaya qapının içərisində qida ilə çatdırılan möhürlənmiş otel otağında oyanır. Televiziya izləyən Dae-su, arvadının öldürüldüyünü və baş şübhəlinin olduğunu öyrənir.
Qolub-Tyoryur-Arıta
Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: İlin-Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 3 metrdir.
İlin-Qolub-Tyoryur-Arıta
İlin-Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir.