Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gorani
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Horand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Qorqud
Qorqud — Azərbaycan kişi adı və təxəllüs. Qorqud Özal — Türk siyasətçi və mühəndis. Bu təxəllüsü olan tanınmışlar Hacı Loğman Qorqud — Azərbaycan şairi. Digər Qorqud Partiyası — Azərbaycanda siyasi partiya.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Orand
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. Əhalisi 1534 nəfərdir.
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Qotaz
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Andre Qodard
André Godard (24 yanvar 1881 – 31 iyul 1965[…], Paris) — Fransız bir arxeoloq, memar və Orta Şərq Sənəti tarixçisi idi. Uzun illər İran Arxeologiya Xidmətinin direktoru vəzifəsində işləyib == Həyat == Godard Chaumontda anadan olub. Parisdəki École des Beaux-Artsda Orta Şərq arxeologiyası, xüsusən İran arxeologiyasını oxumuş və oradan məzun olmuş və daha sonra 1936-cı ildə ilk direktoru təyin olunduğu İran Milli Muzeyinin dizaynı ilə məşhurlaşmışdır. Tehran Universiteti şəhərciyinin dizaynını da o etmişdir. Orta Şərqə ilk səyahətini 1910-cu ildə Henri Violle ilə etmişdir. Birlikdə, müasir İraqda yerləşən Samarranın qədim xarabalıqlarını qazmağa başlamışdırlar. Xarabalıqlar bir neçə il sonra alman əsilli arxeoloq Ernst Herzfeld tərəfindən tamamilə qazılmışdır. Godard 1912-ci ildə Misirin İslam memarlığına diqqət yetirərək memarlıq tədqiqatlarına geri qayıtmışdır. Birinci Dünya Müharibəsindən sonra Godard Yeda Reuilly ilə evlənmişdir. Əfqanıstandakı Fransız Arxeologiya Nümayəndəliyi 1922-ci ildə yaradılmış, buna görə Godard və yeni həyat yoldaşı təşkilatı hələ qazılmamış regionlarda müşayiət etmişdir.
André Godard
André Godard (24 yanvar 1881 – 31 iyul 1965[…], Paris) — Fransız bir arxeoloq, memar və Orta Şərq Sənəti tarixçisi idi. Uzun illər İran Arxeologiya Xidmətinin direktoru vəzifəsində işləyib == Həyat == Godard Chaumontda anadan olub. Parisdəki École des Beaux-Artsda Orta Şərq arxeologiyası, xüsusən İran arxeologiyasını oxumuş və oradan məzun olmuş və daha sonra 1936-cı ildə ilk direktoru təyin olunduğu İran Milli Muzeyinin dizaynı ilə məşhurlaşmışdır. Tehran Universiteti şəhərciyinin dizaynını da o etmişdir. Orta Şərqə ilk səyahətini 1910-cu ildə Henri Violle ilə etmişdir. Birlikdə, müasir İraqda yerləşən Samarranın qədim xarabalıqlarını qazmağa başlamışdırlar. Xarabalıqlar bir neçə il sonra alman əsilli arxeoloq Ernst Herzfeld tərəfindən tamamilə qazılmışdır. Godard 1912-ci ildə Misirin İslam memarlığına diqqət yetirərək memarlıq tədqiqatlarına geri qayıtmışdır. Birinci Dünya Müharibəsindən sonra Godard Yeda Reuilly ilə evlənmişdir. Əfqanıstandakı Fransız Arxeologiya Nümayəndəliyi 1922-ci ildə yaradılmış, buna görə Godard və yeni həyat yoldaşı təşkilatı hələ qazılmamış regionlarda müşayiət etmişdir.
Dədə Qorqud
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. == Təsviri == Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Gerard Merkator
Gerard Merkator və ya latınlaşdırılmış adıyla Gerarde Kremer (lat. Gerhardus Mercator, 5 mart 1512, Rupelmonde — 2 dekabr 1594, Duysburq) — Flamand kartoqrafı və coğrafiyaşünası. O, 1569-cu dünya xəritəsi ilə tanınıb, yeni bir proyeksiya ilə hazırlanmışdır ki, bu da sabit gövdəsi olan bir gəminin köklərini, yəni bu günün naviqasiya xəritələrində hələ də istifadə edilən bir düz xətti göstərir. Merkator, Hollandiya kartoqrafiya məktəbinin qurucularından biridir və məktəbin qızıl dövrünü yaşadığı 16 və 17-ci əsrlərdə ən əhəmiyyətli nümayəndəsi sayılır. O, dünyanın ən tanınmış coğrafiyaşünası idi, lakin ilahiyat, fəlsəfə, tarix, riyaziyyat və maqnetizmlə maraqlanırdı və eyni zamanda, dünya qlobusu və elm alətləri düzəldən usta bir oyma və xəttat idi. == Bioqrafiya == Gerard Merkator 5 mart 1512-ci ildə Rupelmonde şəhərində anadan olmuşdur (İndiki şimali Belçika, Flandriya). Doğulduğunda ona Gerarde Kremer adı verilmişdi. Merkator, Rupelmonde şəhərində məktəbə getmiş, burada oxuma, yazma, hesab və latın dilinin əsaslarını öyrənmişdir. Gerard Merkator 2 dekabr 1594 tarixində Duysburq şəhərində 82 yaşında vəfat etmişdir == Milliyəti == Merkatorun milliyəti mübahisəli bir məsələdir. 1868-ci ildə, 1569-cu ildə hazırlanan dünya xəritəsinin 300-cü ildönümü səbəbiylə edilən hazırlıqların bir hissəsi olaraq belçikalı Jan-Van Raemdonk, Flamand coğrafiyaşünası Merkatorun nəşr etdiyi bioqrafiyasında kökünün Rupelmondeyə əsaslanıran spekulyativ bir de-Kremer ailə ağacı da mövcud idi.
Gorana (Suxumi)
Gorana (keçmiş Tsuqurovka, adı 3 sentyabr 1948-ci ildə dəyişdirilib) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyyəsindən 320 m yüksəklikdəç Suxumidən 5 km. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია "საქართველო", ტ. 2, თბ., 2012. — გვ. 99.
Gorani dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
M1 Garand
M1 Garand — Karabin növü == Tarix == İkinci dünya müharibəsinin əvvəlində ABŞ-də istehsal olunan bu karabinin öz dövrü üçün özəlliyi özünü doldurma qabiliyyəti idi. Dövrünün geniş yayılmış silahlarından olsa da çəkisinin ağır olması istifadəsini çətinləşdirirdi. Ona görə də yerini az keçməmiş “M1 Carabine”yə verdi.
Qorqud (HHM)
Qorqud Türkiyənin ASELSAN şirkəti tərəfindən TSK-nın hava hücumundan müdafiə imkanlarını artıran, təhdidlərdəki inkişaflara qarşı effektiv şəkildə müdafiə etmək üçün hissəcikli döyüş sursatlarından da istifadə edə biləcək yeni bir lüləli hava hücumundan müdafiə sistemidir. Qorqud üç Silah Sistemi Maşını (tr: Silah Sistemi Aracı – SSA) və bir Komanda İdarəetmə Maşını (tr: Komuta Kontrol Aracı – KKA) ibarət hissələr şəklində fəaliyyət göstərəcəkdir. Prototip istehsalı başa çatmış Qorqud sistemlərindən birincisi, 2016-cı ilin oktyabrında TSK-ya təhvil verilmişdir .
Qorqud (Muş)
Qorqud (türk. Korkut) — Muş ilinin ilçəsi.
Qorqud Ata
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Qorqud Cəfərli
Qorqud Əlisəmid oğlu Cəfərli (6 avqust 1990, Bakı) — Aktyor, Rejissor. Qorqud Əlisəmid oğlu Cəfərli 1990-cı il avqustun 6-da Bakıda anadan olub. Respublika İncəsənət Gimnaziyasıında təhsil alıb.Rüstəm İbrahimbəyovun Kino Akademiyasını bitirib.2008-ci ildən 2012-ci ilə qədər "İbrus" teatrında aktyor çalışıb. Hələ məktəb vaxtlarından səhnədə dram lirik-psixoloji üsluba bir neçə obrazlar ifa edib. Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Məmmədkamal Kazımov, Muxtar Maniyev, Zemfira Əbdülsəmədova, Şəfiqə Məmmədova, Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlərdən dərs alıb. Səhnədə yaratdığı obrazlar arasında Xosrov("Xosrov və Şirin"), Vəzir ("Vaqif"), Şahzadə ( "Balaca şahzadə"), Ramiz ("Tartyuf Ağayev") xüsusilə seçilir. Qorqud Cəfər kino fəaliyyətində ilk dəfə 18 yaşında kino rejissor Çingiz Rəsulzadənin "Kuklalar" bədii filmində Mikki obrazı ilə film debütünü etmişdir. Daha sonra O, bir çox bədii filmlərdə və teleseriallarda əsas rollara çəkilib. Gənclərin I Ümumrespublika Teatr Festivalının qalibi..
Qorqud Özal
Qorqud Özal (türk. Korkut Özal; 24 sentyabr 1929, Malatya – 2 noyabr 2016, İstanbul) — Türk siyasətçi və mühəndis. 29 may 1929-cu ildə Malatyada anadan olub. İTİ İnşaat Fakültəsində yüksək təhsilini tamamladıqdan sonra 1956 və 1957 illəri arasında Amerikada mütəxəssislik təhsili aldı.Türkiyəyə döndükdən sonra ODTÜ-də təhsil üzvlüyü vəzifəsində işlədi. 1965-də özünə professor adı verildi və Dövlət Memarlıq və Mühəndislik Akademiyasında təhsil vəzifəlisi olaraq yer aldı. Siyasətə atılaraq Milli Salamatlıq Partiyasına girdi və 1973 ilə 1977 seçkilərində eyni partiyadan iki dəfə Ərzurum millət vəkili seçildi. 1974-də CHP-MSP koalisiya Hökumətində və 1975-də qurulan I. Milliyyətçi Cəbhə Hökumətində Qida Əkinçilik və Heyvandarlıq Naziri, 1977-dəki II. Milliyyətçi Cəbhə Hökumətindədirsə Daxili İşlər Naziri olaraq vəzifə götürüldü. 12 Sentyabr 1980 Zərbəsi sonrası siyasi həyatdan çəkildi. 25 Sentyabr 1980-də keçirdiyi ağır bir yol qəzasının təsirlərindən uzun müddət xilas ola bilmədi. Yaxşılaşdıqdan sonra ticarətə atılaraq iqtisadi mənada əhəmiyyətli müvəffəqiyyət təmin etdi.
Qotard tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Sen-Qotard
Sen-Qotard (alm. Gotthardpass‎, it. Passo del San Gottardo, fr. Col du Saint-Gothard) — İsveçrədə Alp dağlarının ən əhəmiyyətli dağ aşırımı, Lepontin Alpları arasında yer alır, Valais, Uri, Qraubünden və Tiçino kantonlarının sərhədi boyunca qərb-cənub-qərbdən şərq-şimal-şərqə doğru uzanır; uzunluğu 32-48 km, eni 10-12 km, sahəsi təxminən 440 kv. km, hündürlüyü 2108 m; onun cənub yamacı sıldırım, şimalı zərif yamacdır.
Tibet qoralı
Tibet qoralı (lat. Naemorhedus baileyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Növün latın adı Britaniya kəşfiyyatçısı Federika Marşman Beylinin (1882–1976) şərəfinə adlanlandırılmışdır. Bu növ əsasən Myanmanın şimalı, Çinin cənub-şərqi və Hindistanın şimal-şərqində yayılmışlar. Tibet qoralları 2000–4500 metr hündürlüklər arasında yayılmışlar. Mövsümü miqrasiya edirlər. Miqrasiya əsasən iynə yarpaqlı ərazilərlə enli yarpaqlı ərazilər arasında olur. Gündüz həyat tərzi keçirirlər. Əsasən səhər və gecəyə yaxın faha çox hərəkət edirlər. Mamırlar qidasında üstünlük təşkil etsə də, otlada qidalanırlar.
Çin qoralı
Çin qoralı (lat. Naemorhedus griseus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Birma, Çin, Hindistan, Tayland, Vyetnam və Laos ərazisində yayılmışdır. Bu növün nümayəndələri 910–2400 m arası yüksəkliklərdə yayılırlar. Çin ərazisində isə onlara hətta 4100 metr yüksəkliklərdə belə yayılmışdır. 4–12 başdan ibarət olan dəstələr halında yaşayırlar. Yaşlı erkəklər tənha həyat tərzi keçirir. Orta ömür müddəti 15 ildir. Çəkisi 22–35 kq arasında dəyişir. Yay ayları tükləri qısa və seyrəkdir.
Şahzadə Qorqud
Şahzadə Qorqud (1467, Amasya – 13 mart 1513, Kütahya) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. Şahzadə Qorqud 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Qorqud 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il babasının vəfat etməsinin ardından atası Amasyadan dərhal İstanbula yola düşdü və bu əsnada Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı. Atasının İstanbula gəlişi və səltənəti ələ almasından sonra bir müddət İstanbulda qalan Şahzadə Qorqud 1483-cü ilin dekabrında Manisa sancaqbəyi təyin edildi və anasıyla birlikdə Manisaya yola düşdü. 1502-ci ilin ortalarına qədər bu vəzifədə qalan Şahzadə Qorqud bu müddət ərzində gəlirlərinə yeni əlavələr istəmiş, Manisa havasının səhhətinə pis təsir etdiyini bəhanə edərək atasından Berqama qalasını da tələb etmişdir. Bu müddət ərzində Midilli adasına tərtiblənən səfərə əsgər yollamışdı.