Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Corciya
Corciya (ing. Georgia) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Atlanta şəhəridir. Sahəsi 152,6 min km2 -dir. == Əhalisi == Əhalisi 9,7 mln. (2010). İnzibati mərkəzi. Atlanta şəhəridir. == Coğrafiyası == Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir.
Qaraisa
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir.
Qorbuşa
Qorbuşa (lat. Oncorhynchus gorbuscha) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. == Xarici görünüşü == Okeanlarda beli mavi, göy-yaşılyanları gümüşü qarnı isə ağ rəngdə olur. Quyruq üzgəcinndə tünd xırda xallar olur. Bütün qızılbalıqlarda olduğu kimi bu balıqlarda da giy üzgəci olur. Bu üzgəclər quyruq üzgəci ilə bel üzgəci arasındadır. V şəkilli quyruq və anal üzgəcləri vardır. Erkəklərin belində nəzərəçarpacaq qozbellik olur. Bu növədə bu səbəbdən Qorbuşa adı verilmişdir.
Qorgias
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. == Fəlsəfəsi == Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Xortisa
Xortisa (ukr. Хортиця) — Dneprdə ən böyük ada, Zaporojye şəhəri yaxınlığında (indiki Dnepr HES) yerləşir. Milli Tarix və Mədəniyyət Qoruğudur. Ada şimal-qərbdən cənub-şərqə doğru uzanır, uzunluğu 12,5 km, eni isə 2,5 km-dir. Xortisa adı ilk dəfə Bizans imperatoru VII Konstantin Baqryanarodnının "İmperiyanın idarəsi haqqında" traktatında xatırlanmışdır. 2007-ci ildə Xortisa "Ukraynanın yeddi möcüzəsi"ndən biri adlandırılmışdır. == Etimologiya == "Xortisa" adının bir neçə versiyası mövcuddur. Adanın (mənbələrdə Xrtiç adası) adını qonşu çay Xortisadan alır, burada "xort" — < хъртъ, yəni "sürətli, cəld" deməkdir. Beləliklə, xortisa "sürətli su" anlamına gəlir. == İncəsənətdə == 1981-ci ildə "Mən Xortisayam" adlı film çəkilmişdir (Rejissor: Aleksandr İgişev).
Qoris
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Atlanta (Corciya)
Atlanta — ABŞ-də şəhər. Corciya ştatının inzibati mərkəzi. Nəqliyyat qovşağı. == Tarixi == Atlanta şəhəri 1837-ci ildə yaranıb. 1845-ci ildən əvvəl şəhər — Terminus adlanırdı. Zəncilərin azadlığı uğrunda mərkəzi şəhər olmuşdur. == Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər == 1996 Yay Olimpiya Oyunları keçirilmişdir. Bu Olimpiyadada Azərbaycanı 21 nəfər idmançı təmsil etmişdir. Onlardan Namiq Abdullayev Olimpiyadanın gümüş medalını qazanmışdır.
Borciya ailəsi
Borgia ailəsi - İntibah dövründə mövcud olan İspan əsilli ailədir. Borgia ailəsi XV əsrin dini və siyasi həyatında mühüm rol oynamışdır. Bu illərdə ailədən iki nəfər Papa seçilmişdir. Alfonso Borgia 1455-1458 tarixlərində Papa III Kallikst adıyla, Rodrigo Borgia isə 1492-1503 tarixlərində Papa VI Aleksandr adıyla taxta çıxmışdır. Xüsusilə Papa VI Aleksandrın adı korrupsiya, cinayət və oğurluq, təcavüz və ensest münasibətlərdə çəkilmişdir. Hakimiyyətdə qalmaq naminə bir çox adlı-sanlı ailələrlə ittifaqa girən Borgia ailəsi, bununla yanaşı Medici, Sforza və Savanarola kimi önəmli ailələrlə də düşmən oldu. == Ailə üzvləri == === Alfonso de Borgia (d. 31 dekabr 1378 – ö. 6 avqust 1458) === Borgia ailəsi İspaniyadakı Araqon Krallığına bağlı Valensiya bölgəsindəndir. Sonralar III Kallikst adıyla Papa seçilən Alfonso de Borgia La Torretada dünyaya gəlmiş və Valensiyada böyümüşdür.
Corciya boğazı
Corciya boğazı (ing. Strait of Georgia) - Sakit okeanında Kanadanın cənub-qərbində Britaniya Kolumbiyası vilayəti ilə ABŞ-nin Vaşinqton ştatının şimal-qərbində yerləşir. Seliş dənizinin bir hissəsidir. Vankuver adasını materikdən ayırır. Diskoveri adası boğazı iki yerə bölür: Conston, Şahzadə Şarlotta boğazı. Cənubda isə San-Xuan arxipelaqı boğazı kiçik hissələrə bölür. Uzunluğu 240 km, eni isə 18,5 – 55 km arası dəyişir. Orta dərinlik 156 m, ən dərin yeri 447 m təşkil edir. Su səthinin sahəsi 6,800 km² təşkil edir. Boğaza tökülən ən böyük çay Freyzerdir və bu boğaza tökülən suyun 80%-ni təşkil edir.
Corciya ştatı
Corciya (ing. Georgia) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Atlanta şəhəridir. Sahəsi 152,6 min km2 -dir. == Əhalisi == Əhalisi 9,7 mln. (2010). İnzibati mərkəzi. Atlanta şəhəridir. == Coğrafiyası == Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. == Yerləşməsi == Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Corcia Ellinaki
Corcia Ellinaki (28 fevral 1974, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Corcia Ellinaki, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Corcia Ellinaki, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Corcia Lara
Corcia Lara (31 may 1980, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Corcia Lara, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Corcia Lara, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Orçila adası
İtaparika adası (isp. La Orchila) — Karib dənizində Venesuellaya məxsus olan ada. Ada Karakasdan 180 km şimalda yerləşir. Sahəsi 40 km²-dir. Adada Venesuela Hərbi Dəniz Qüvvələrinə aid olan aerodrom vardır. == Tarixi == 1938-ci ildə ada ətrafındakı adalarla birlikdə federal idarəçiliyə verilir. 1950-ci ilə qədər adada yaşayış olmuşdur. 121 nəfər ada sakini Markos Evangelista Perez Ximenezin hakimiyyəti dönəmində adadan qovulmuşdur. Onun hakimiyyəti dövründə 32 hərbi obyekt, bir necə bina və prezident rezidensiyası inşa edilmişdir. Bu rezinensiyada bir çox prezinentlər yay istirahətini edir.
Çezare Borcia
Çezare (Sezar) Borcia (tam adı kat. Cèsar de Borja i Catanei — Sezar de Borja-i-Katanei, ispandilli yazılışda isp. César Borgia — Sesar Borxa, italyan yazılışında it. Cesare Borgia — Çezare Borca; 13 sentyabr 1475, Subyako[d], Papa dövləti – 12 mart 1507, Viana[d], Navarra krallığı) — intibah dövrünün önəmli siyasətçilərindən biri, Papa VI Aleksandrın oğlu, kardinal. Nikolo Makiavellinin "Şahzadə" əsərində, "The Borgias" teleserialında, "Assassin`s Creed: Brotherhood" kompüter oyununda onun obrazına rast gələ bilərik. Bəzi mənbələrə görə, İsa Məsihin portretini çəkən rəssamlar məhz Çezare Borciyanın sifət cizgilərindən ilhamlanıblar.
Corciya Texnologiya İnstitutu
Corciya Texnologiya İnstitutu (ing. Georgia Institute of Technology) — ABŞ-nin Corciya ştatının Atlanta şəhərində yerləşən ali təhsil müəssisəsi; texnologiya sahəsinin inkişafına görə ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == Corciya ştatında Texnologiya Məktəbi yaradılması ideyası 1865-ci ildə ABŞ-də Yenidənqurma dövrünə təsadüf edir. ABŞ-nin 11 quldar cənub ştatından ibarət konfederasiyasının iki sabiq üzvü - sənaye sahəsində çalışan Con Fletçer Henson və siyasətçi, Corciya ştatının qubernatoru Nataniel Edvin Harris Vətəndaş müharibəsindən sonra Cənubda texnologiyanı təkmilləşdirməyin vacib olduğunu önə çəkirlər. Bunun əsas səbəbi isə Şimalda gedən sənaye inqilabı ilə rəqabət aparmaq olur. Həmin dövrdə cənub ştatlarda əhalinin əsas hissəsini kənd təsərrüfatı işçiləri təşkil etdiyindən Texnologiya Məktəbinin yaradılmasına böyük ehtiyac duyulurdu. 1882-ci ildə Edvin Harrisin rəhbərlik etdiyi Corciya ştatı Qanunvericilik Hökumətinin nümayəndə heyəti ölkənin şimal-şərq bölgələrinə səfər edərək, texnologiya məktəbləri ilə yaxından tanış olur. Nümayəndə heyəti Massaçusets Texnologiya və Vuster Kaunti Fri (hazırda Vuster Politexnik İnstitutu) institutlarına baş çəkdikdən sonra buradakı təhsil modelindən heyrətlənir və həmin təcrübədən bəhrələnməyi qərara alır. 1885-ci il oktyabrın 13-də Corciya ştatının qubernatoru Henri MakDeniel yeni fond və məktəb yaradılması haqqında qanunu imzalayır. 1887-ci ildə Atlanta şəhərinin xeyriyyəçisi Riçard Piters malik olduğu geniş torpaq sahəsindən 1,6 hektar ərazini yeni yaradılacaq məktəbə bağışlayır.
Yeni Corciya boğazı
Corciya boğazı (ing. New Georgia Sound ) - Solomon adalarını təxmini olaraq tən ortadan bölür. Şimaldan boğaz Şuazel,Santa İsabel və Nqqella adaları ilə, cənubdan isə Velya-Lavelya, Kolomnanqara və Yeni Corciya və Rassell adaları arasında yerləşir. Buqenvil adası qərbdə,Quadalkanal adası isə şərqdə yerləşir. Boğaz İkinci Dünya müharibəsi dönəmində növbəti ismi ing. the Slot adlandırılır. Yaponlar uzun zaman bölgəni ələ keçirmək üçün uzun zaman müharibə aparmışdır. 1942 - 1943 ci illərdə ABŞ ,Avstraliya və Yeni Zellandiya donanmaları Yapon İmperiyası donanmasına qarşı vuruşmuşdur. Vulkan məşəlli ada olan Savo adası Quadalkanaldan şimal qərbdə yerləşir. Boğazın daxilində tək nisbətən iri adadır.
Borciya (teleserial, 2011-2014)
Borciya (ing. Borgia, həmçinin Borciya: İnam və Qorxu (ing. Borgia: Faith and Fear) adıyla da tanınır) — Fransa-Almaniya-Çexiya-İtaliya birgə istehsalı olan və Tom Fontana tərəfindən yaradılmış teleserial. Serial, İntibah dövründə Borciya ailəsinin Papa dövlətində yüksəlişi və tənəzzülündən bəhs edir."Borciya" serialı İtaliyada 10 iyul 2011-ci ildə Sky Italia telekanalınd, Şimali Amerikada isə 2 oktyabr 2011-ci ildə Netflixdə debüt etmişdir. Serial ikinci mövsümə uzadıldıqdan sonra, 18 mart 2013-cü ildə Fransanın Canal+ telekanalında debüt etmiş, 1 may 2013-cü ildə isə ikinci mövsüm Netflixdə yayımlanmışdır. Üçüncü final mövsümü Fransanın Canal+ telekanalında 15 sentyabr 2014-cü ildə təqdim edilmiş və iki həftə sonra — 1 noyabr 2014-cü ildə Netflixdə yayımlanmışdır. Serialın final seriyası Fransanın Canal+ telekanalında 27 oktyabr 2014-cü ildə təqdim edilmişdir. == İstehsalı == Serial, Atlantique Productions (Lagardère Entertainmentin övlad şirkətlərindən biri) və EOS Entertainment tərəfindən Fransada yayımlanan pullu premium kanallardan biri olan Canal+ üçün istehsal edilmişdir. Serialın çəkilişləri Çexiya (hər üç mövsüm), İtaliya (ikinci və üçüncü mövsümlər) və Xorvatiyada (üçüncü mövsüm) baş tutmuşdur. Çexiyada şounun prodüsserlik işləri ilə Etic films şirkəti məşğul olmuşdur.
Corciya qanunları (film, 2007)
Corciya qanunu (ing. Georgia Rule) — rejissor Harri Marşalın 2007-ci ildə çəkdiyi amerikan filmi. == Məzmun == Şəhərdə yaşamağa adət etmiş ərköyün qız Rachel yayda öz ciddi nənəsinin yanına, Aydaho ştatına qedir. Provinsial şəhərə düşməyinə baxmayaraq o burada darıxmağa hazırlaşmır. Ədəbsizcəsinə nənəsinə söz qaytarır, uğursuzcasına yerli həkimi əldə etməyə, mormon olmağa hazırlaşan yerli gənc oğlanı tovlamağa çalışır. Ətrafdaki insanlar çaşqınlıq içərisindədirlər: necə belə gözəl qız özünü belə iyrənc aparır. Sən demə, buna səbəb ağır uşaqlıq sarsıntısıdır.
Corciya qanunu (film, 2007)
Corciya qanunu (ing. Georgia Rule) — rejissor Harri Marşalın 2007-ci ildə çəkdiyi amerikan filmi. == Məzmun == Şəhərdə yaşamağa adət etmiş ərköyün qız Rachel yayda öz ciddi nənəsinin yanına, Aydaho ştatına qedir. Provinsial şəhərə düşməyinə baxmayaraq o burada darıxmağa hazırlaşmır. Ədəbsizcəsinə nənəsinə söz qaytarır, uğursuzcasına yerli həkimi əldə etməyə, mormon olmağa hazırlaşan yerli gənc oğlanı tovlamağa çalışır. Ətrafdaki insanlar çaşqınlıq içərisindədirlər: necə belə gözəl qız özünü belə iyrənc aparır. Sən demə, buna səbəb ağır uşaqlıq sarsıntısıdır.
Vəzir-i qorçiyan-i əzəm
Vəzir-i qorçiyan-i əzəm —Ehtimal etmək olar ki, bu halda şah qvardiyaçılarının, qorçilərin hərbi dəstələrinin vəziri və mustoufisi nəzərdə tutulur. Onlar qvardiyaçılar dəstəsinin rəisi olan qorçibaşının yanında xidmət edir, qorçibaşı üçün dəftərxana və mühasibat işlərini yerinə yetirirdilər. Təyinatlar üzrə sənədlər hazırlayır, əmrlərə, vəsiqələrə hesabatlara və s. möhür basır, tapşırıq qeydləri aparırdı.İsgəndər bəy Münşi dövründə böyük qorçilərin vəziri olmuş, Ərəbgirli nəslindən çıxmış Əliqulu bəyin adını çəkir. Həm də bu zaman bildirilir ki, bu vəzifə Səfəvilər hakimiyyətinin əzəlindən onun atası Hüseyn bəyə və nəslinə məxsus olmuşdur. Mirzə Fəthullah İsfahani “böyük qorçilərin mustoufisi” kimi xidmət etmişdir. == İstinadlar == == Ədəbiyyat == Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı ,”Şərq-Qərb”,2007, 344 səh.
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi (ing. An Excellent Tragedy of Mulleasses the Turke, and Borgias Governour of Florence), əsasən Türk (ing. The Turk) olaraq tanınır — ingilis dramaturq Con Mason tərəfindən yazılmış, ilk dəfə 1610-cu ildə yayımlanan intiqam mövzulu faciə.