Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Areola
İnsan areolası döş giləsi ətrafındakı süd vəzisi və döşdəki piqmentli sahədir. Areola, daha ümumi olaraq, ətrafındakı toxumadan fərqli bir toxuma strukturuna malik olan bədəndəki kiçik dairəvi bir sahə və ya dərinin iltihablı sahəsi kimi digər kiçik dairəvi sahələrdir. Yetkin dişi insanların məmə başı, laktasiya (süd ifrazı) zamanı südün müstəqil buraxıldığı döş giləsinin (laklanmış kanallar) ətrafında radial olaraq yerləşmiş bir neçə kiçik deşiyə malikdir. Areoladakı digər kiçik boşluqlar areol vəziləri kimi tanınan yağ vəziləridir. Areola çəhrayıdan qırmızıya, şokolad rəngindən qəhvə rənginə, tünd qəhvəyi rəngə və ya demək olar ki, qara rəngə qədər dəyişə bilər, lakin ümumiyyətlə açıq dəri tonları olan insanlarda daha solğun, tünd dəri tonları olan insanlarda isə daha tünd formalarda olur. Fərqli rənglərin bir səbəbi döş nahiyəsinin körpə üçün daha aydın formada görünməsini təmin etmək ola bilər.
Prebua
Prebua (fr. Prébois) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38321. Kommunanın 1999-cu il üçün əhalisi 139 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 596 ilə 1720 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Puebla
Puebla (isp. Puebla İspanca tələffüz: [ˈpweβla]) və ya Puebla-de-Saraqosa (isp. Puebla de Zaragoza) — Meksikanın cənub-şərqində şəhər, Puebla ştatının paytaxtı. Meksikanın ən böyük şəhərlərindən biri. Əhalisi 1 538 819 nəfərdir.
Ərəbli
Ərəbli (Meşkinşəhr)
Qerla
Qerla (rum. Gherla; mac. Szamosújvár; alm. Neuschloss‎) - Rumıniyanın Kluj judetsində yerləşən bələdiyyə. O, Kluj-Napokadan 45 km aralıda Someşul Mik çayı üzərində yerləşir. Əhalisi 20 203 nəfərdir. == Əhalisi == 2011-ci ildə Rumıniyada siyahıalmasına görə şəhərdə yaşayan 20 203 nəfər əhalinin milli tərkibi belədir: 15,994 (79.2%) Rumın 3,419 (16.9%) Macar 718 (3.6%) Qaraçı 72 (0.4%) 16 alman daxil olmaqla, digərləri.
Andrey Qrubba
Andrey Qrubba (14 may 1958, Brzezno Uielkie[d], Pomoraniya voyevodluğu – 21 iyul 2005, Sopot[d], Pomoraniya voyevodluğu) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andrey Qrubba Polşanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Andrey Qrubba Polşanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Andrey Qrubba Polşanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Areola vəzisi
Areola vəzisi və ya Montqomeri vəziləri döş giləsini əhatə edən areolada olan yağ vəziləridir. Areola və döş giləsini yağlanmış və mühafizə edilmiş vəziyyətdə saxlamaq üçün yağlı ifrazatlar (lipoid mayesi) ifraz edirlər. Bu sekresiyalardakı uçucu birləşmələr yeni doğulmuş körpələrin iştahı üçün qoxu stimulyatorları kimi də çıxış edə bilirlər. Dərinin səthində görünən vəzi hissələri “Montgomery tuberculosis” adlandırılır. Dairəvi qabarlar areolada və döş giləsininin üzərində yerləşir. Onlar döş gilələri stimullaşdırıldıqda üzə çıxa və ya qaldırıla bilərlər. Səthin açıqda olan hissəsinin üzərindəki dəri yağlanır və areolanın qalan hissəsindən daha yumşaq vəziyyətə gətirilir. Hamiləlik dövründə tuberkuloz daha aydın görünür.
Breila (judets)
Breila judetsi (rum. Judeţul Brăila) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 4766 km². Şərqdə — Tulça, qərbdə — Buzeu, şimalda — Qalats və Vrança, cənubda — Yalomitsa və Konstantsa judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 365 628 nəfər, sıxlığı — 76,15 nəf./km². == İnzibati bölgüsü == Judetsə 1 bələdiyyə, 3 şəhər və 40 kommuna daxildir.
Calyptranthes crebra
Calyptranthes crebra (lat. Calyptranthes crebra) — mərsinkimilər fəsiləsinin calyptranthes cinsinə aid bitki növü.
Eucalyptus crebra
Eucalyptus crebra (lat. Eucalyptus crebra) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Gerila buzlağı
Gerila buzlağı (bolq. ледник Герила, ‘Lednik Gerila’ \'led-nik ge-'ri-la\) — 7.5 km uzunluğu və 2 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Burdenis buzlağından şimalda, Fonfon buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq şimal-şərqi Bolqarıstandan axan Gerila çayının adını daşıyır. == Yerləşməsi == Gerila buzlağı 78°12′25″ c. e. 86°02′00″ q. u. koordinatlarında yerləşmişdir. 4111 zirvəsindən şimalda, Delyo buzlağı və Burdenis buzlağından şimal-şərqdə, Bruquyerre zirvəsindən və Ellen buzlağından şimalda yerləşmişdir.
Puebla döyüşü
Puebla döyüşü — 5 may 1862-ci ildə Fransa və Meksika arasında baş vermiş döyüş.
Qreben adası
Qreben adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 30 km cənubda yerləşir. Daxil olduğu qrupun şimalında yerləşir. 1,1 km aralıda isə Ploskiy adası yerləşir. == Təsviri == Daxil olduğu qrupun ən şimal adasıdır. Cənub-qərbdən şimal-şərqə uzanır. Adanın uzunluğu 2,2 km, eni isə 1,1 km təşkil edir. Sahillərində dərinlik 5–6 m arasında dəyişir. Hazırda axipelaqın ən hündür nöqtəsi adada yerləşir(39 m).
Qreben təpəsi
Qreben təpəsi (bolq. хълм Гребен, ‘Halm Greben’ \'h&lm 'gre-ben\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-qərbdə yerləşən, 924 m hündürlüklü təpədir. Təpə Srednoqori yüksəkliyinə daxildir və Malorad buzlağından şimalda yerləşmişdir..Təpə qərbi Bolqarıstanda yerləşən Qreben dağının adını daşıyır. == Yerləşməsi == Qreben təpəsi 63°36′19″ c. e. 58°46′11″ q. u. koordinatlarında yerləşmişdir. Ledenika zirvəsindən 2.81 km şimal-qərbdə, Korner zirvəsindən 5.12 km cənub-qərbdə, Henson təpəsindən 3.42 km cənub-şərqdə, Eremiya təpəsindən 4.78 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Rahil Ərəbli
Rahil Rafiq oğlu Ərəbli (14 aprel 1996; Şirvan, Azərbaycan – 12 may 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rahil Ərəbli 14 aprel 1996-cı ildə Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Rahil Ərəbli 2016-cı ildə, mayın 12-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 14-ü isə Rahil Ərəbli doğulduğu Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Ərəbli uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rahil Ərəbli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Verticordia crebra
Verticordia crebra (lat. Verticordia crebra) — mərsinkimilər fəsiləsinin vertikordiya cinsinə aid bitki növü.
Əqrəbli (Sayınqala)
Əqrəbli (fars. عقربلو‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Ərəbli (Həştrud)
Ərəbli (fars. عربلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
Ərəbli (Meşkinşəhr)
Ərəbli (fars. عربلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 502 nəfər yaşayır (107 ailə).
Ərəbli (Urmiya)
Ərəbli (fars. عربلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (60 ailə).
Ebla
Ebla, İbla - Şimali Suriyada (Hələbdən 70 km сənubda, indiki Təll-Mərdih rayonunda) qədim şəhər-dövlət. Ebla Fəratın Suriya ərazisində olan hissəsindən qərbda yerləşir. Ehtimal olunur ki, «Ebla» sözünün mənası ağ daş deməkdir. Hansı ki, bu daşla Eblanın əsas şəhəri inşa edilmişdir. == Ümumi məlumat == E.ə. 4-cü minilliyin ortalarında Cənub-Şərqi Ərəbistandan Suriyaya köçmüş sami mənşəli qədim xalq olan eblalılar tərəfindən əsası qoyulmuşdur. Eblalılar eblayt dilində danışmış və bu dil semit dil qrupuna aid olmuş. Eblayt dili akkad dili ilə bir çox oxşarlığa malik idi. Ebla əhalisi Qədim Mesopotamiya, Elam və Misir ərazisində məskunlaşmış şumerlilərlə sıx ticari və siyasi əlaqələr saxlamışdır. E.ə.
Gela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Qreta Qarbo
Qreta Qarbo (ing. Greta Garbo, doğum adıQreta Lovisa Qustafsson (isv. Greta Lovisa Gustafsson; 18 sentyabr 1905[…], Katarina[d], Stokholm leni[d] – 15 aprel 1990[…], Nyu-York, ABŞ) — İsveç və Amerika aktrisası. 1954-cü ildə kinonun inkişafındakı müstəsna xidmətinə görə fəxri Oskar mükafatı aldı. == Bioqrafiyası == === Erkən karyerası === Qreta Qarbo 18 sentyabr 1905-ci ildə Stokholmda anadan olub. Karl və Anna Qustafsson ailəsində üçüncü uşaq idi. 1920-ci ildə qızın çox yaxın olduğu atası vərəmdən vəfat etmişdir. Qreta məktəbdən ayrılıb işə getməyə məcbur oldu. İlk pulunu bir bərbər salonunda kömək edərək qazandı, daha sonra Stokholm univermağında işlədi, qəzetlərdə reklam çəkdirdi. İlk dəfə işlədiyi böyük mağazanın reklam çarxlarına çəkilərək kamera qarşısına keçdi.
Qreta Saloume
Qreta Saloume Stefansdottir (isl. Greta Salóme Stefánsdóttir; d. 11 noyabr 1986, Mosfedlsbayr, İslandiya) — İslandiya müğənnisi, bəstəkarı və İslandiya simfonik orkestrının skripkaçısı. O, Younsi ilə duet şəklində ifa etdiyi "Never Forget" mahnısı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil etmiş və final mərhələsində İslandiyaya 20-ci yeri qazandırmışdır. Saloume növbəti dəfə solo ifaçı olaraq İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Hear Them Calling" mahnısı ilə təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. == Musiqi karyerası == 2012-ci ilin noyabr ayında Qreta Saloumenin In the Silence adlı debüt albomu işıq üzü görmüşdür. Albomda onun Avroviziya 2012 mahnısının ingilis və island dilində ("Mundu Eftir Mér") olan versiyaları da yer almışdır. 2016-cı ildə ifaçının "Raddirnar" mahnısı İslandiyanın Avroviziya 2016 üçün keçirdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Həmin mahnı ilə seçim turunun finalına vəsiqə qazanan Saloume finalda mahnının ingilis dilində olan versiyasını ("Hear Them Calling") ifa etmişdir. Nəticədə isə qalib gələrək, ikinci dəfə ölkəsini Avroviziyada təmsil etmək fürsətini qazanmışdır.
Qreta Stivenson
Qreta Stivenson (ing. Greta B. Stevenson Cone; 10 iyun 1911, Oklend – 18 dekabr 1990, London) — Yeni Zelandiya mikoloqu. == Elmi fəaliyyəti == Qreta Stivenson mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Collybia stevensoniae E.Horak, 1971, nom. nov. [syn. Gymnopus readii (G.Stev.) J.L.Mata, 2006] Entoloma stevensoniae E.Horak, 1980, nom. nov. Hygrocybe stevensoniae T.W.May & A.E.Wood, 1995, nom. nov.