Qreta Qarbo (ing. Greta Garbo, doğum adıQreta Lovisa Qustafsson (isv. Greta Lovisa Gustafsson; 18 sentyabr 1905[3][4][…], Katarina[d], Stokholm leni[d][3] – 15 aprel 1990[5][6][…], Nyu-York, ABŞ[7]) — İsveç və Amerika aktrisası. 1954-cü ildə kinonun inkişafındakı müstəsna xidmətinə görə fəxri Oskar mükafatı aldı.
Qreta Qarbo | |
---|---|
ing. Greta Garbo | |
Doğum adı | Greta Lovisa Gustafsson[1] |
Doğum tarixi | |
Doğum yeri | Stokholm, İsveç |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vəfat səbəbi | ağciyər iltihabı, böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | İsveç, ABŞ |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1920—1941 |
Mükafatları | |
IMDb | ID0001256 |
gretagarbo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qreta Qarbo 18 sentyabr 1905-ci ildə Stokholmda anadan olub. Karl və Anna Qustafsson ailəsində üçüncü uşaq idi. 1920-ci ildə qızın çox yaxın olduğu atası vərəmdən vəfat etmişdir. Qreta məktəbdən ayrılıb işə getməyə məcbur oldu. İlk pulunu bir bərbər salonunda kömək edərək qazandı, daha sonra Stokholm univermağında işlədi, qəzetlərdə reklam çəkdirdi. İlk dəfə işlədiyi böyük mağazanın reklam çarxlarına çəkilərək kamera qarşısına keçdi. Nəticədə komediya rejissoru Erik Petçerin diqqətini çəkdi və Qretaya yeni Tramp Peter (1922) filmində kiçik bir rol təklif etdi.
1922–1924-cü illərdə Qarbo, Stokholmdakı Kral Dram Teatrında teatr məktəbində aktyorluq təhsili aldı, sinif yoldaşları Mimi Pollak, Alf Şöberq idi. Orada rejissor Morits Stillerlə tanış oldu. Şəxsi olaraq onun təlimini öz üzərinə götürdü, qız üçün ahəngdar bir təxəllüs icad etdi — Qreta Qarbo — və səssiz şəkildəki "Yeste Berlinqin Dastanı" filmində əsas rola dəvət etdi. Nobel mükafatı laureatı Selma Laqerlyof romanının bu film uyğunlaşmasında aktrisa isveçli aktyor Lars Hanson ilə birlikdə rol aldı.