Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düdəngə
Düdəngə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Düdəngə inzibati ərazi vahidində kənd. == Toponimikası == Düdəngə oyk, mür. Arazboyu düzənlikdədir. Oykonim İran dillərindəki dü (iki) və dəngə (məhəllə, şəhərin hissəsi) sözlərindən düzəlib, "iki məhəlləli kənd" mənasındadır. == Əhalisi == Əhalisi 4415 nəfərdir (2009 -cu il) == Tanınmış şəxsləri == Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski – İkinci dünya müharibəsində Azərbaycan legionunun bаşcısı Asəf Rəhimov — 1992-ci ildə Sədərək rayonu uğrundakı döyüşlərdə şəhid olub. Asif Şirəliyev (alim) — İqtisad elmleəri doktoru-professor Həsən Şirəliyev — Əməkdar elm xadimi, fəlsəfə elmlər doktoru, professor Şulan Şirəliyev — Filologiya üzrə fəlsəfə doktoru, professor Mamoş Şirəliyev — Tarix üzrə fəlsəfə doktoru Vasif Şirəliyev — İqtisad elmlər doktoru - professor Vahid Şirəliyev — Professor Vaqif Şirəliyev — Kimya üzrə fəlsəfə doktoru Dilbadi Qasımov - Hüquq elmləri doktoru. Strasbuq şəhər vəkillər kollegiyasının üzvü. Yazıçı. Tərcüməçi.
Qudemnis
Qudemnis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Ermənistan Milli Statistika Xidməti kəndin əhalisinin 2001-ci il siyahıyaalınmasında 66 nəfər, 2010-cu ildə 39 nəfər olduğunu bildirmişdir.
Quşencə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır. 1. Əhmədağa Şahbaba oğlu Babayev 1968-30.01.1994 2. Nadir Heydər oğlu Heydərov 1973-13.05.1994 3. Hacıyev Eldar Qədim oğlu 1968 - 1993 4.
Quşəncə

Avstriya quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi. == Tarixi == 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.
Bulbophyllum grudense
Bulbophyllum grudense (lat. Bulbophyllum grudense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Hollandiya quldeni
Hollandiya quldeni — Hollandiyanın XVII əsrdən 2002-ci ildə Avroya keçənə qədər istifadə etdiyi pul vahidi. ƒ ya da fl. simvollarıyla göstərilir. Hollandiya quldenindən fərqli olaraq Niderland Antil adaları quldeni, hələ də Niderland Antil adalarında istifadədədir. Surinam isə 2004-cü ildə, Surinam quldenindən Surinam dollarına keçmişdir. Qulden adı; Orta Niderlandcada qızıl mənasını verməkdədir. Pul vahidinin simvolu ƒ hərfi isə; daha köhnə bir pul vahidi olan florindən gəlməkdədir.
Nikolay Yudeniç
Nikolay Nikolayeviç Yudeniç (rus. Николай Николаевич Юденич; 18 (30) iyul 1862, Moskva – 5 oktyabr 1933[…], Kann) — Rusiya hərbçisi, əksinqilabçı, monarxist. Nikolay Nikolayeviç Yudeniç 1862-ci ildə Moskva şəhərində anadan olmuşdu. 1881-ci ildə hərbi məktəb bitirmişdi. 1917-ci ildən sonra əksinqlabi hərakata qoşulmuşdu. Denikinin Könüllülər ordusunun tam ləğvi ərəfəsində Moskva yenidən diplomatik təzyiqlərə başladı. 1920-ci ilin yanvarın 2-də Çiçerin radioteleqrafla Azərbaycan xalqına və Azərbaycan hökumətinə müraciət etdi. Bu müraciət-nota da yuxarıdakı sənəd kimi daha çox təbliğat xarakteri daşıyırdı. Yudeniç və Kolçakı məhv etdikdən sonra Rusiyanın fəhlə-kəndli Qızıl Ordusunun General Denikinə qarşı uğurlu mübarizəsini qeyd edən Çiçerin Denikinlə müharibədə ittifaq yaradılmasını tələb edir, notanı (müraciəti) xəbərdarlıq notunda bitirirdi: ―Biz Azərbaycanı və Azərbaycan xalqını nə qədər ki, gec deyil, Deninkinə qarşı mübarizəyə başlamağa çağırırıq. Azərbaycan dövlətinin maraqlarının və onun zəhmətkeş siniflərinin sosial-siyasi maraqlarının düzgün başa düşülməsi Azərbaycanı bizim təklifimizə razılıq verməyə məcbur etməlidir.
Quşencə bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hamar güyənə
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. == Yarpaq == Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. == Çiçək == Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Güdəli (Qars)
Güdəli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 212 nəfərdir (2022).
Avstriya-Macarıstan quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi. == Tarixi == 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.
Caban (Düdəngə dehistanı)
Caban (fars. جابان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (14 ailə).
Polygonum patulum f. budense
Polygonum patulum (lat. Polygonum patulum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.