Avstriya quldeni

Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə AvstriyaAvstriya-Macarıstan imperiyalarında pul vahidi.

24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər. Müttəfiq qızıl sikkələr də zərb olunurdular, onların adı krona (Krone) və yarıkrona idi. 1753-cü ilin konvensiyasına əsasən, Avstriya Mariya Tereza taleridukatı zərb etmək hüququnu qorudu. Yeni pul sisteminə Avstriya valyutası (Österreichische Währung) adı verildi və 1 sentyabr 1858-ci ildən etibarən bütün imperiyada yeganə qanuni sistem olaraq qəbul edildi.[1]

1866-cı ildə, Avstriya-Prussiya müharibəsindən sonra Avstriya Vyana Pul Konvensiyasından çıxdı, lakin onun normalarına uyğun olaraq sikkə zərb edilməsinə davam etdi.

Sikkə və əskinaslarda valyutanın fərqli adları yerləşdirilmişdir. Əskinaslarda nominallar qulden (alm. Gulden‎), sikkələrdə isə florin (alm. Florin‎) olaraq qeyd olunurdu.

1867-ci ildə Avstriya-Macarıstan müqaviləsinin imzalanması və 1868-ci ildə Avstriya-Macarıstanın qurulmasından sonra "forint" (mac. Forint) macar adı altında sikkələrin buraxılmasına başlandı. Kreytser xırda sikkələri də iki növdə zərb olunurdu: nominal həm alman (kreuzer), həm də macar (krajczár) dillərində qeyd olunurdu.[2] 1862-ci ildə Avstriyanın mülkü sayılan Lombardiya-Venesiya krallığı üçün sikkələr soldo (it. soldo) nominalı ilə zərb olunurdular.[3]

1880-ci ildən əskinasların bir tərəfində alman dilində (nominal qulden olaraq qeyd olunurdu), digər tərəfində macar dilində (nominal forint olaraq qeyd olunurdu) mətn var idi.[4]

Qalisiyada quldenə (florin) qeyri-rəsmi olaraq "rinski" (ukr. Ринський; "bazar pulu") deyilirdi.

1866-cı il Avstriya üçün uğursuz keçən müharibədən sonra, hökumət kağız pulu buraxılışında artıma getmək məcburiyyətində qaldı. 1867–1873-cü illər ümumiyyətlə iqtisadiyyatın inkişafı üçün əlverişli olmuşdular, lakin sonra beş illik iqtisadi böhran başladı və nəticədə büdcə defisiti yarandı, hansı ki bəzən dövlət büdcəsinin 1/4 hissəsinə çatırdı. Böhrandan əvvəlki səviyyələrə yalnız 1881-ci ildə çatmaq mümkün oldu. Avstriya-Macarıstanın yaranmasından sonra təxminən dörddə bir əsr ərzində sikkəyə nisbətən kağız quldenlərində təxminən 18% təşkil edən əlavə qiymət saxlanılırdı. Qızıl və gümüş sikkələr dövriyyədə demək olar ki iştirak etmirdi, onları daha çox yığmaq üçün istifadə edirdilər. Hesablamalar demək olar ki, tamamilə kağız quldenlərinə keçirildi. 1889-cu ilədək büdcəni sabitləşdirmək və onun profisitini təmin etmək mümkün oldu.[5]

2 avqust 1892-ci ildə qulden əvəzinə Avstriya-Macarıstan kronu tətbiq olundu. Pul islahatı zamanı gümüş standartından qızıl standartına keçid edildi. Əvvəllər buraxılmış sikkələr və əskinaslar 1900-cü ilə qədər bu nisbətdə dövriyyədə idilər: 1 qulden (florin) = 2 kron, 1 kreytser = 2 heller.

Avers Revers Nominal Diametr, mm Çəkisi, q Qalınlığı, mm Çevrəsi Metal Zərb olunma illəri Tiraj
Avstriya tacı torpağları üçün kreytserlər
½ kreytser[şərh. 1] 17 1,67 naməlum hamar Mis 1858–1861, 1863–1866, 1877, 1881, 1885, 1891 Ümumi olaraq[Tirajlar 1] — 50 milyondan aşağı olmayaraq[6]
1 kreytser[şərh. 2] 19 3,15[şərh. 3]—3,6[şərh. 4] 1,25[şərh. 5]—1,5[şərh. 6] hamar Mis 1858–1863, 1873, 1878, 1879, 1881, 1885, 1891 Ümumi olaraq[Tirajlar 2] — 361 milyondan aşağı olmayaraq[6]
4 kreytser 27 13,2 2,9 hamar Mis 1860–1862, 1864 Ümumi olaraq[Tirajlar 3] — 47.050.527[6]
5 kreytser 16 1,3333 naməlum kəsik-kəsik 375-ci əyarlı gümüş 1858–1860, 1863, 1864 Ümumi olaraq[Tirajlar 4] — 8.223.939[7]
5 kreytser[şərh. 7] 16 1,3333 naməlum kəsik-kəsik 375-ci əyarlı gümüş 1867 А 69.375[7]
10 kreytser 18 2 naməlum kəsik-kəsik 500-cü əyarlı gümüş 1858–1865 Ümumi olaraq[Tirajlar 5] — 11.636.194 aşağı olmayaraq[7]
10 kreytser[şərh. 8] 18 2 naməlum kəsik-kəsik 500-cü əyarlı gümüş 1867 A 58.500[7]
10 kreytser 18 1,6667 0,86 hamar 400-cü əyarlı gümüş 1868–1872 Ümumi olaraq[Tirajlar 6] — 143.441.836[7]
20 kreytser 21 2,7 1 hamar 500-cü əyarlı gümüş 1868–1870, 1872 Ümumi olaraq[Tirajlar 7] — 91.060.620[8]

Xatirə sikkələri

[redaktə | mənbəni redaktə et]

Xatirə sikkələri zaman-zaman müxtəlif hallarda buraxılırdı. Bu sikkələr, bir qayda olaraq, kiçik tirajlarla buraxılırdı, bəzən nominal işarəsi qeyd olunmurdu və əslində pul dövriyyəsində istifadə edilmirdilər.[9][10].

Avers Revers Nominal

Həsr olunmuş tədbir

Diametr, mm Çəkisi, q Qalınlığı, mm Çevrəsi Metal Zərb olunma illəri Tiraj
Xatirə sikkələri (nümunəlik)
2 florin

Vyana Atıcılıq Festivalı

22 900-cü əyarlı gümüş 1873
1 florin

"Adalbert" (Prşibram) mədəninin 1000 metr dərinliyinə çatma xatirəsinə[11]

12,34 900-cü əyarlı gümüş 1875 8000
1 forint

II İosifin Şelmetsbanyedəki irsi mədəni

12,3457 900-cü əyarlı gümüş 1878 400,

а также 3 шт. из золота и 3 шт. из меди

2 florin

I Frans İosifElizabet Bavariyalının gümüş toyu[12]

24,69 900-cü əyarlı gümüş 1879 275 000
2 florin

Atıcılıq Festivalı

24,69 900-cü əyarlı gümüş 1880
2 florin

Kuttenberq şəhərindəki Müqəddəs Varvara kafedralı

22,3 900-cü əyarlı gümüş 1887 ansirkuleyted — 400, pruf — naməlum
  1. Зварич, 1976. səh. 8-9
  2. Cuhaj 1801-1900, 2009. səh. 84—93, 596-600
  3. Cuhaj 1801-1900, 2009. səh. 815
  4. Cuhaj, 2008. səh. 83—85
  5. Травин Д., Маргания О. Глава 4. Австро-Венгрия: Развод по габсбургскому счету // Европейская модернизация. В 2 томах. «Philosophy». 1 (3000 nüs.). М.; СПб.: АСТ, Terra Fantastica. 2004. ISBN 5-17-027096-8.
  6. 1 2 3 Cuhaj 1801-1900, 2009. səh. 84
  7. 1 2 3 4 5 Cuhaj 1801-1900, 2009. səh. 86
  8. Cuhaj 1801-1900, 2009. səh. 88
  9. Bruce, 2007. səh. 20—21
  10. Памятные монеты Франца-Иосифа I Arxivləşdirilib 2018-08-16 at the Wayback Machine, Мюнцкабинет
  11. Горное дело, отражённое в монетах разных стран мира Arxivləşdirilib 2018-08-16 at the Wayback Machine, Горная промышленность
  12. Avers и Revers, 2016
Şərhlər
  1. ½ kreytser nominallı 3 növ sikkə mövcuddur, onların arasında o qədər də böyük fərq yoxdur
  2. 1 kreytser nominallı 2 növ sikkə mövcuddur, onların arasında o qədər də böyük fərq yoxdur
  3. 1881-ci ilə qədər
  4. 1885-ci ildən sonra
  5. 1881-ci ilə qədər
  6. 1885-ci ildən sonra
  7. Əvvəlki sikkə növündən fərqli olaraq, bunun üzərində imperator Frans İosifin (bakenbard ilə) portreti təsvir olunmuşdur
  8. Əvvəlki sikkə növündən fərqli olaraq, bunun üzərində imperator Frans İosifin (bakenbard ilə) portreti təsvir olunmuşdur
İllərə görə sikkələrin tirajları
  1. İllərinə görə ½ kreytserin tirajı: 1858 B — 11.058.000, 1858 А, 1858 E, 1858 M и 1858 V — naməlum; 1859 B — 13.397.000, 1859 A, 1859 E, 1859 M и 1859 V — naməlum; 1860 A, 1860 E и 1860 V — naməlum; 1861 A — naməlum, 1861 B — 3.474.000; 1863 B — naməlum; 1864 А и 1864 V — naməlum, 1864 В — 7.598.000; 1865 A — naməlum, 1865 В — 7.182.000; 1866 А — naməlum; 1877 — naməlum; 1881 — 4.200.000, 1885 — 2.000.000; 1891 — 2.000.000.
  2. İllərinə görə 1 kreytserin tirajı: 1858 B — 23.497.000, 1858 А, 1858 E, 1858 M и 1858 V — naməlum; 1859 B — 93.406.000, 1859 A, 1859 E, 1859 M и 1859 V — naməlum; 1860 B — 87.955.000, 1860 A, 1860 E и 1860 V — naməlum; 1861 B — 54.201.000, 1861 A и 1861 Е — naməlum; 1862 B — 11.599.000, 1862 Е — naməlum; 1863 Е — naməlum; 1873 А — naməlum; 1878 — naməlum; 1879 — naməlum, 1881 — 37.900.000; 1885 — 29.000.000, 1891 — 23.800.000.
  3. İllər və zərbaxanalar görə 4 kreytserin tirajı: 1860 A, 1860 B и 1860 Е — 1.558.875; 1861 А — 17.548.750, 1861 В — 18.852.734, 1861 Е — 1.817.118; 1862 В — 383.000; 1864 В — 6.890.050.
  4. İllər və zərbaxanalar görə 5 kreytserin tirajı: 1858 А и 1859 А — 2.405.583, 1858 В — 851. 1858 V — naməlum; 1859 М — 1.319.754, 1859 V — 1.335.900; 1860 A — naməlum, 1860 B — 851. 1860 V — 226.000; 1863 A — 1.012.500; 1864 A — 1.922.500.
  5. İllər və zərbaxanalar görə 10 kreytserin tirajı: 1858 А — 85.500, 1858 V — 1.354; 1859 А — naməlum, 1859 M — 933.450, 1859 V — 3.624.860; 1860 V — 2.712.320; 1861 V — 962.310; 1862 V — 400.590; 1863 A — 6.312.500; 1864 A — 1.050.000, 1864 V — 362.800; 1865 V — 1.198.280.
  6. İllər və zərbaxanalar görə 10 kreytserin tirajı: 1868 — 11.681.600, 1869 — 29.628.270; 1870 — 34.878.309, 1871 — 1.700.080; 1872 — 65.553.577.
  7. İllərinə görə 20 kreytserin tirajı: 1868 — 29.621.005, 1869 — 31.042.105; 1870 — 29.821.875, 1872 — 575.635.