Avstriya-Macarıstan quldeni (alm. Gulden, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi.
24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər. Müttəfiq qızıl sikkələr də zərb olunurdular, onların adı krona (Krone) və yarıkrona idi. 1753-cü ilin konvensiyasına əsasən, Avstriya Mariya Tereza taleri və dukatı zərb etmək hüququnu qorudu. Yeni pul sisteminə Avstriya valyutası (Österreichische Währung) adı verildi və 1 sentyabr 1858-ci ildən etibarən bütün imperiyada yeganə qanuni sistem olaraq qəbul edildi.[1]
1866-cı ildə, Avstriya-Prussiya müharibəsindən sonra Avstriya Vyana Pul Konvensiyasından çıxdı, lakin onun normalarına uyğun olaraq sikkə zərb edilməsinə davam etdi.
Sikkə və əskinaslarda valyutanın fərqli adları yerləşdirilmişdir. Əskinaslarda nominallar qulden (alm. Gulden), sikkələrdə isə florin (alm. Florin) olaraq qeyd olunurdu.
1867-ci ildə Avstriya-Macarıstan müqaviləsinin imzalanması və 1868-ci ildə Avstriya-Macarıstanın qurulmasından sonra "forint" (mac. Forint) macar adı altında sikkələrin buraxılmasına başlandı. Kreytser xırda sikkələri də iki növdə zərb olunurdu: nominal həm alman (kreuzer), həm də macar (krajczár) dillərində qeyd olunurdu.[2] 1862-ci ildə Avstriyanın mülkü sayılan Lombardiya-Venesiya krallığı üçün sikkələr soldo (it. soldo) nominalı ilə zərb olunurdular.[3]
1880-ci ildən əskinasların bir tərəfində alman dilində (nominal qulden olaraq qeyd olunurdu), digər tərəfində macar dilində (nominal forint olaraq qeyd olunurdu) mətn var idi.[4]
Qalisiyada quldenə (florin) qeyri-rəsmi olaraq "rinski" (ukr. Ринський; "bazar pulu") deyilirdi.
1866-cı il Avstriya üçün uğursuz keçən müharibədən sonra, hökumət kağız pulu buraxılışında artıma getmək məcburiyyətində qaldı. 1867–1873-cü illər ümumiyyətlə iqtisadiyyatın inkişafı üçün əlverişli olmuşdular, lakin sonra beş illik iqtisadi böhran başladı və nəticədə büdcə defisiti yarandı, hansı ki bəzən dövlət büdcəsinin 1/4 hissəsinə çatırdı. Böhrandan əvvəlki səviyyələrə yalnız 1881-ci ildə çatmaq mümkün oldu. Avstriya-Macarıstanın yaranmasından sonra təxminən dörddə bir əsr ərzində sikkəyə nisbətən kağız quldenlərində təxminən 18% təşkil edən əlavə qiymət saxlanılırdı. Qızıl və gümüş sikkələr dövriyyədə demək olar ki iştirak etmirdi, onları daha çox yığmaq üçün istifadə edirdilər. Hesablamalar demək olar ki, tamamilə kağız quldenlərinə keçirildi. 1889-cu ilədək büdcəni sabitləşdirmək və onun profisitini təmin etmək mümkün oldu.[5]
2 avqust 1892-ci ildə qulden əvəzinə Avstriya-Macarıstan kronu tətbiq olundu. Pul islahatı zamanı gümüş standartından qızıl standartına keçid edildi. Əvvəllər buraxılmış sikkələr və əskinaslar 1900-cü ilə qədər bu nisbətdə dövriyyədə idilər: 1 qulden (florin) = 2 kron, 1 kreytser = 2 heller.
Avers | Revers | Nominal | Diametr, mm | Çəkisi, q | Qalınlığı, mm | Çevrəsi | Metal | Zərb olunma illəri | Tiraj |
---|---|---|---|---|---|---|---|---|---|
½ kreytser[şərh. 1] | 17 | 1,67 | naməlum | hamar | Mis | 1858–1861, 1863–1866, 1877, 1881, 1885, 1891 | Ümumi olaraq[Tirajlar 1] — 50 milyondan aşağı olmayaraq[6] | ||
1 kreytser[şərh. 2] | 19 | 3,15[şərh. 3]—3,6[şərh. 4] | 1,25[şərh. 5]—1,5[şərh. 6] | hamar | Mis | 1858–1863, 1873, 1878, 1879, 1881, 1885, 1891 | Ümumi olaraq[Tirajlar 2] — 361 milyondan aşağı olmayaraq[6] | ||
4 kreytser | 27 | 13,2 | 2,9 | hamar | Mis | 1860–1862, 1864 | Ümumi olaraq[Tirajlar 3] — 47.050.527[6] | ||
5 kreytser | 16 | 1,3333 | naməlum | kəsik-kəsik | 375-ci əyarlı gümüş | 1858–1860, 1863, 1864 | Ümumi olaraq[Tirajlar 4] — 8.223.939[7] | ||
5 kreytser[şərh. 7] | 16 | 1,3333 | naməlum | kəsik-kəsik | 375-ci əyarlı gümüş | 1867 А | 69.375[7] | ||
10 kreytser | 18 | 2 | naməlum | kəsik-kəsik | 500-cü əyarlı gümüş | 1858–1865 | Ümumi olaraq[Tirajlar 5] — 11.636.194 aşağı olmayaraq[7] | ||
10 kreytser[şərh. 8] | 18 | 2 | naməlum | kəsik-kəsik | 500-cü əyarlı gümüş | 1867 A | 58.500[7] | ||
10 kreytser | 18 | 1,6667 | 0,86 | hamar | 400-cü əyarlı gümüş | 1868–1872 | Ümumi olaraq[Tirajlar 6] — 143.441.836[7] | ||
20 kreytser | 21 | 2,7 | 1 | hamar | 500-cü əyarlı gümüş | 1868–1870, 1872 | Ümumi olaraq[Tirajlar 7] — 91.060.620[8] |
Xatirə sikkələri zaman-zaman müxtəlif hallarda buraxılırdı. Bu sikkələr, bir qayda olaraq, kiçik tirajlarla buraxılırdı, bəzən nominal işarəsi qeyd olunmurdu və əslində pul dövriyyəsində istifadə edilmirdilər.[9][10].
Avers | Revers | Nominal
Həsr olunmuş tədbir |
Diametr, mm | Çəkisi, q | Qalınlığı, mm | Çevrəsi | Metal | Zərb olunma illəri | Tiraj |
---|---|---|---|---|---|---|---|---|---|
2 florin
Vyana Atıcılıq Festivalı |
22 | 900-cü əyarlı gümüş | 1873 | ||||||
1 florin
"Adalbert" (Prşibram) mədəninin 1000 metr dərinliyinə çatma xatirəsinə[11] |
12,34 | 900-cü əyarlı gümüş | 1875 | 8000 | |||||
1 forint
II İosifin Şelmetsbanyedəki irsi mədəni |
12,3457 | 900-cü əyarlı gümüş | 1878 | 400,
а также 3 шт. из золота и 3 шт. из меди | |||||
2 florin
I Frans İosif və Elizabet Bavariyalının gümüş toyu[12] |
24,69 | 900-cü əyarlı gümüş | 1879 | 275 000 | |||||
2 florin
Atıcılıq Festivalı |
24,69 | 900-cü əyarlı gümüş | 1880 | ||||||
2 florin
Kuttenberq şəhərindəki Müqəddəs Varvara kafedralı |
22,3 | 900-cü əyarlı gümüş | 1887 | ansirkuleyted — 400, pruf — naməlum |