Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gusmania
Xırdaləçək (lat. Erigeron) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Astradelphus J.Rémy Polyactis Less. Dimorphanthes Cass. Fragmosa Raf. Woodvillea DC. Stenactis Cass. Terranea Colla Conyzoides Fabr. Trimorpha Cass. Eschenbachia Moench Brachyactis Ledeb. Musteron Raf.
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Qurmanay (Avurğazı)
Qurmanay (başq. Ҡорманай, rus. Курманаево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 23 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (96%) üstünlük təşkil edir.
Germania Slavica
Germaniya Slavika (lat. Germania Slavica; mənası – "Slavyan Almaniyası") — 1950-ci illərdən bir tərəfdən Mərkəzi Avropada germanlar və slavyanların yaşadığı ərazilər arasında orta əsrlərdə mövcud olmuş dil sərhədi zonasını ifadə etmək üçün istifadə edilən tarixşünaslıq termini.Germaniya Slavika I minilliyin sonundan bəri birlikdə vendlər adlanan slavyan tayfalarının yaşadığı yerdir. Şərqi Avropada germanların məskunlaşması zamanı slavyanlar german ekspansiyasına məruz qalmışdılar. Onlar son orta əsrlərin bu dövründə çox böyük sosial dəyişikliklərə, eləcə də alman köçkünlərinin axınına məruz qalmışdılar.
Gurxana (Nəqədə)
Gurxana (fars. ‎‎گورخانه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Quercus germana
Quercus germana (lat. Quercus germana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Quranda Qabuniya
Quranda Georgiyevna Qabuniya (gürc. გურანდა გიორგის ასული გაბუნია, 26 avqust 1938–4 fevral 2019) — gürcü sovet aktrisası. Gürcüstan SSR əməkdar artisti (1979), Gürcüstan SSR xalq artisti (1990). Potinin Fəxri vətəndaşı (1997). == Həyatı == Quranda Qabuniya 1960-cı ildə Şota Rustaveli adına Teatr İnstitutunu bitirib. Məzun olduqdan sonra Şota Rustaveli Teatrına daxil olur. Quranda Qaqbuniya Tbilisi Sanitar Mədəniyyət Teatrında (1961–1963), Şota Rustaveli Teatrında (1967–1970), Rustavi Dram Teatrında (1970–1975) çalışmışdır. O, 1975-ci ildən Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında çalışıb. Qabuniya yaradıcılıq üslubu incə sənətkarlıq, peşəkarlıq, səhnə temperamenti, hisslərinin sətliyi ilə fərqlənirdi. Onda fərqli çalarlar qəhrəmanlıq, dramatik-romantik, lirik və ya xarakterik şəkildə ifadə olunurdu.
Öykü Gürman
Öykü Gürman (4 avqust 1982, İstanbul) — Türk pop və flamenko müğənnisi, aktrisa. 2007-ci ildə əkiz qardaşı Berk ilə birlikdə Öykü və Berk qrupunu qurdu. Qrup 2010-cu ildə == Şəxsi həyatı == Öykü Gürman 2015-ci il avqustun 4-də Yavuz Bingöllə ailə qurub, 2016-cı il aprelin 15-də boşanıb. dağıldı. == Musiqi karyerası == O, Aralıq dənizi və Ərəb musiqisini qarışdıraraq musiqi yaradan sənətkardır. Onlar əkiz qardaşı Berk ilə YouTube-də "Evler Önü Boyalı Direk" adlı mahnını oxuyub paylaşaraq tanınıblar. Bu video 2008-ci ilin may ayına kimi 10 milyon 800 min dəfə, albom etdikdən sonra çəkdirdikləri kliplər isə 6 milyon 850 min dəfə izlənilib, lakin onların videoları 2008-ci ilin avqustunda silinib. İlk albomları olan "Kısmet"-də cəmi 10 mahnı var. Onlar Berk imzası olan mahnılarla yanaşı, xalq mahnılarını da flamenko ilə qarışdıraraq alboma daxil ediblər. Debüt etdikdən sonra TRT1 ekranlarında "Boyalı Direk" adlı musiqili və söhbət proqramına ev sahibliyi ediblər.
Əbdürrəhman Nafiz Gürman
Əbdürrəhman Nafiz Gürman (türk. Abdurrahman Nafiz Gürman; 1882, Bodrum, Muğla ili – 6 fevral 1966, İstanbul) — Türk əsgər və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 5-ci Qərargahının rəisi idi. == Hərbi fəaliyyəti == 1903-cü ildə Hərbi məktəbi leytenant rütbəsi ilə bitirdi. Eyni ildə daxil olduğu Hərbi Akademiyanı 1906-cı ildə bitirərək Qərargah komandiri oldu. Müxtəlif bölüylərdə Birlik komandiri, Tabur komandiri və Qərargah komandiri kimi vəzifələri yerinə yetirdi. Afrika Qruplarının Qərargah komandiri olduğu vaxtlarda 8 mart 1919-cu il — 8 oktyabr 1919-cu illər arasında fransız və italyanlar tərəfindən əsir alındı. Əsirlikdən azad olduqdan sonra Əskişəhər Cəbhə Komandirliyi və 1-ci korpusun qərargah rəisi vəzifələrinin ardından 8 fevral 1921-ci ildə Anadoluya döndü. Müxtəlif qərargahlarda və bölüklərdə xidmət etmişdir. 1926-cı ildə general-mayor rütbəsinə yüksəldi.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.