Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qayvan
Qayvan (蓋碗/盖碗; hərfən— “qapaqlı qab”) – ənənəvi Çin çay mərasimində istifadə edilən çay dəmləmək üçün qab. Bəzən (蓋杯 gay bey — “qapaqlı fincan”) və ya 焗盅 (szyu çjun — “istiliyi saxlayan qab”) da adlandırırlar. Qayvan — qabın müasir adıdır. O Min sülaləsi dövründə ixtira olunmuşdur. Min sülaləsi dövründən qabaq çay hazırlandığı qabdan fincanlara süzülürdü. Bu baxımdan qayvan çayın dəmləndiyi qabdan birbaşa fincana süzülməsinin qarşısını alan qab kimi ixtira edilmişdi. O dövrdə qayvanlar daha böyük idilər. Müasir qayvan- fincan (80-250 ml), qapaq və nəlbəkidən ibarət dəstdir. Nəlbəki torpağı, qapaq səmanı, fincan isə onların arasında olan insanı təcəssüm etdirir. Qayvandan həm çaynik kimi, həm də fincan kimi istifadə etmək olar.
Galvan (Nəqədə)
Galvan (fars. گلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 633 nəfər yaşayır (98 ailə).
Qarvan burnu
Qarvan burnu (bolq. нос Гарван, ‘Nos Garvan’ \'nos 'gar-van\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından şərqdə yerləşmişdir. Burun şimal-şərqi və şimali Bolqarıstanda yerləşən Qarvan şəhərinin adını daşıyır. Vyu burnundan 7.18 km şimal-şərqdə, Boil burnundan 5.82 km şimal-şərqdə, Kamel nunataklarından 8.68 km cənubda-şərqdə, Kardinal dağından 8.23 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996.
Gavan (Ərdəbil)
Gavan (fars. گاوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (13 ailə).
Xacə Mahmud Gavan
Xacə İmadəddin Mahmud Qavan (1411, Gilan ostanı – 1481) — Ədib, siyasətçi, sərkərdə. Səfəvilərin İranda meydana gəlişindən əvvəl İranın görkəmli vəziri Xacə İmadəddin Mahmud Qavan Hindistanın Dekan ərazisində şiəliyi yayırdı. O, Azərbaycanın Gilan əyaləti ilə həmsərhəd olan Gavilan kəndindən idi. Mahmud Qavan Şeyx Səfiəddin Ərdəbili Bəhmənlər dövlətinə baş nazir kimi qəbul etmişdi. O, 40 ildən çox orada çalışmışdır. Mahmud Qavan əsas vəzifələri azərbaycanlılara vermişdi. Yusif Adil xan da bu qəbildən — Bicapurda Azərbaycandan olan nümayəndə idi. Onun sayəsində şiəlik həmin ərazidə təşəkkül tapmışdı. Xacə Mahmud Qavan gözəl idarəçi, hərbi general, analitik düşüncəli şəxsiyyət idi. O, Hindistanın şimal bölgəsində, Ərəb dənizindən ta Benqal çayının sahilinə qədər vuruşmuşdu.
Xacə Mahmud Qavan

İmadəddin Mahmud Gavan

Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Gakuran
Gakuran (学ラン) Yaponiyada orta və liseyə gedən kişi tələbələr tərəfindən geyinilən forma. Normalda rəngi qara olur, ancaq bəzi məktəblərdə dənizçi mavisi və ya tünd mavi ola bilər. Üst tərəfində bir yaxa var və bu yaxadan başlayaraq aşağıya qədər düymələri vardır. Düymələr ümumiyyətlə məktəb emblemi ilə bəzədilir. Şalvarlar bərk monoxromdur və qara və ya tünd bir kəmər taxılır. Kişilər ümumiyyətlə uniforma ilə birlikdə dəri və ya parça ayaqqabılar da geyinirlər. Bəzi məktəblərdə şagirdlərin yaxalarından kiçik bir broş asılır və bu məktəbin və ya sinfin dərəcəsini göstərir. Manqa və anime də baş qəhrəmanların və ya sərt uşaq personajlarının gakurası olduqca fərqli ola bilər; çox uzun və ya qısa gödəkçələr və ya adi haldan fərqlənən rənglər kimi. Kişi geyimlərinin yuxarı hissəsindəki ikinci düymə ümumiyyətlə onları sevən qızlara verilir və bir növ etiraf sayılır. Digər düymələrdə birdən çox qız istəsə verilə bilər.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Karvan
Karvan — tarixən quru nəqliyyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Qaftan
Qaftan — qədim türklərdə geyim forması. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda "don" adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: "Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm" ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: "Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi". Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: "Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi… Ayıtdılar: "Necə səxt olmayalum?
Qakuran
Gakuran (学ラン) Yaponiyada orta və liseyə gedən kişi tələbələr tərəfindən geyinilən forma. Normalda rəngi qara olur, ancaq bəzi məktəblərdə dənizçi mavisi və ya tünd mavi ola bilər. Üst tərəfində bir yaxa var və bu yaxadan başlayaraq aşağıya qədər düymələri vardır. Düymələr ümumiyyətlə məktəb emblemi ilə bəzədilir. Şalvarlar bərk monoxromdur və qara və ya tünd bir kəmər taxılır. Kişilər ümumiyyətlə uniforma ilə birlikdə dəri və ya parça ayaqqabılar da geyinirlər. Bəzi məktəblərdə şagirdlərin yaxalarından kiçik bir broş asılır və bu məktəbin və ya sinfin dərəcəsini göstərir. Manqa və anime də baş qəhrəmanların və ya sərt uşaq personajlarının gakurası olduqca fərqli ola bilər; çox uzun və ya qısa gödəkçələr və ya adi haldan fərqlənən rənglər kimi. Kişi geyimlərinin yuxarı hissəsindəki ikinci düymə ümumiyyətlə onları sevən qızlara verilir və bir növ etiraf sayılır. Digər düymələrdə birdən çox qız istəsə verilə bilər.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qaplan
Bəbir (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Qaryan
Qaryan Liviyanın şimal-qərbində, Tripolidən 80 km cənubda yerləşən əl Cəbəl əl Qərbi rayonundakı bir şəhərdir. 2007-ci ildən əvvəl Qaryan rayonunun inzibati yeri idi. Qaryan, Qərb dağlarının ən böyük şəhərlərindən biridir. 2005-ci ilin statistikasında Qaryan əhalisinin sayı 170.000 olaraq qiymətləndirilmişdir. Qaryan cənubdan Fəzzan həm də Nafusa dağlarının üzərindən ticarət yollarında idi. 1884-cü ilə qədər Osmanlılar Qaryanda bir bələdiyyə başçısı və şəhər məclisi qurmuşdular. 20-ci əsrin əvvəllərində İtaliyanın işğalına qarşı Liviya müqavimətinin mərkəzi hesab olunurdu. 1920-ci illərdə italyanlar Tripoli ilə Qaryan yaxınlığında bir kənd arasında 90 kilometr uzunluğunda (56 mil) uzun bir dəmir yolu inşa etdilər.
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Qatran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Qazxan
Qazxan — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndindən cənubda arxeoloji abidə. Yaşayış yerinin ərazisi su kanalı ilə iki hissəyə bölünmüşdür. Yaşayış yeri düzənlikdə yerləşdirildiyindən sahəsi əkin yerinə çevrilmişdir. Mədəni təbəqənin dağılması nəticəsində keramika məmulatı yer səthinə dağılmışdır. Yerüstü materialların əksəriyyəti inkişaf etmiş və Son Orta əsrlər dövrünə aiddir. Onlar çəhrayı rəngdə bişirilmiş şirsiz, bəzən şirli qabların parçalarından ibarətdir. Lakin yaşayış yerinin yaxınlığında qədim nekropolun aşkar olunması bu ərazinin Son Tunc və Erkən Dəmir dövründən başlayaraq məskunlaş- dırıldığını təsdiq edir. Yaşayış yerini (e.ə. 2–1)-ci minilliklərə aid etmək olar.
Qazyan
Qazyan və ya Qəzyan; Qəzyan (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Sarvan
Şəhərlər Gürcüstan Sarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi. Kəndlər Azərbaycan Sarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gürcüstan Sarvan (kənd) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Bələdiyyələr Azərbaycan Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə. Gürcüstan Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir. İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Qabran
Qabran və ya Qabran mak Domanqart (şot.kelt Gabhran mac Domangart; VI əsr – 560) — 538–558-ci illərdə Dal Riada kralı. Qabran Dal Riada kralı I Domanqartın ikinci oğlu idi və onun yerinə böyük qardaşı Komqall keçmişdi. Onun hakimiyyəti dövründə əraziləri Dal Riada torpaqlarının şərqində yerləşən skottlarla piktlər arasında uzun müharibələr başlamışdır. 558-ci ildə (digər mənbələrə görə 560-cı ildə) Qabran Pikt kralı I Brude ilə müharibədə ölmüşdür. Qabranın yerinə qardaşı oğlu I Konall keçmişdir.