Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
Raşidun
Raşidun (ərəb. الراشدون‎) və ya dörd xəlifə — Məhəmmədin ölümündən sonra müsəlman cəmiyyətinə rəhbərlik edən ilk dörd xəlifə. Onlar Əbu Bəkr (632–634), Ömər (634–664), Osman (644–656) və Əlidir (656–661). Raşidi xilafəti (632–661) adlanan bu xəlifələr hakimiyyəti sünni islamında "doğru yolda" (raşid) hesab edilir, yəni bu, dini baxımdan təqlid edilməli bir modeli (sünnə) təşkil edir. == Tarixi == Məhəmməddən sonra gələn ilk dörd xəlifə Raşidun adlanır. Onlar: Əbu Bəkr (təq. 573–634) Ömər ibn Xəttab (təq. 583–644) Osman ibn Əffan (təq. 573–656) Əli ibn Əbu Talib (təq. 600–661) Məhəmmədin varisliyi müsəlman cəmiyyətini parçalayan əsas məsələdir. Müəllif Karl Ernstə görə, sünni islam, ədliyyəsindən asılı olmayaraq, onların varisliklərinin siyasi status-kvonunu qəbul edir, halbuki şiə müsəlmanları ilk üç xəlifənin legitimliyini böyük ölçüdə rədd edir və Məhəmmədin Əlini onun varisi təyin etdiyini iddia edirlər. == Zaman qrafiki == Xəlifənin varisliyi mütləq yeni ilin ilk gününə təsadüf etmir. == Həmçinin bax == Əşareyi-Mübəşşirə Dörd sadiq səhabə == İstinadlar == == Əlavə ədəbiyyat == Fayda, Mustafa. HULEFÂ-yi RÂŞİDÎN - An article published in 18th volume of Turkish Encyclopedia of Islam (türk).
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Qaslan (Qürvə)
Qaslan (fars. قصلان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,135 nəfər yaşayır (301 ailə). Əhalisini kürdlər təşkil edir.
Qaşun Qobisi
Qaşun Qobisi — düzənlik şərqdə Tyan-Şan və Xamiy dağları, cənubda Beyşan dağları ilə əhatələnir. Səhra Çinin Sincan-Uyğur Muxtar Rayonuda yerləşir. Qobinin bir hissəsini təşkil edir. Səhra şoranlıqlarla zəngindir. Daşlı səhradır. İl ərzində cəmi 50 mm yağıntı düşür. Yayda temperatur 40°S, qışda isə 32°S təşkil edir. Əsasən səhra bitkiləri yayəlmışdır. Heyvanlardan vəhşi eşşək, ceyran, vəhşi dəvə, gəmiricilər və sürünənlərə rast gəlmək olar.
Sigizmundun asılan zəngi
Sigizmundun asılan zəngi (pol. Zawieszenie dzwonu Zygmunta na wieży katedry w roku 1521 w Krakowie) və ya "1521-ci ildə Krakovda kilsə qülləsindən asılan Sigizmund zəngi" - rəssam Yan Mateykonun 1874-cü ildə bitirdiyi rəsm əsərinin adıdır. Rəsmdə 1521-ci ildə Krakovdakı Vavel kilsəsinin qülləsinə Sigizmundun zənginin asılması təsvir edilir. Zəng Sigizmund qülləsinə qurulur və 1521-ci il 13 iyulda ilk dəfə çalınır. Zəng Polşanın milli simvollarından biri kimi qəbul edilir. Bu əsər Yan Mateyko tərəfindən çəkilən tarixi rəsm əsərlərindən biridir. Rəsmdə tarixi əhəmiyyətli insanlardan ibarət olan izdiham təsvir edilir. Rəsm Polşa intibahının qızıl dövrünü və Polşa krallığının gücünü göstərir. Rəsmin bir neçə fərqli adları da mövcuddur. Bu adlara Mieçizlav Treter tərəfindən təklif edilən "Sigizmundun zəngini təqdis etmək…"(pol.
Qatilin öpüşü (film, 1955)
"Qatilin Öpüşü" (ing. Killer`s Kiss) — 1955-ci ildə Stenli Kubrikin rejissorluğu ilə kriminal nuar janrında çəkilmiş ABŞ istehsalı film. Ssenari Kubrikin özü və Hovard Sakler tərəfindən yazılmışdır. Bu, Kubrikin rejissorluq etdiyi ikinci tammetrajlı filmdir, birincisi 1953-cü ildə çəkilmiş "Qorxu və tamah" filmi idi. Filmdə əsas rollarda Ceymi Smit, İren Keyn və Fren Silvera almışdılar. Film karyerasını bitirmək üzərində olan 29 yaşlı yarıağır çəkili Nyu-Yorklu boksçu Deyv Qordon və onun qonşusu rəqqasə Qloriya Pris (İren Keyn) və onun qəddar müdiri Vinsent Rapallo (Fren Silvera) ilə münasibətlərindən bəhs edir. == Süjeti == Boksçu Deyvi Qordon rəqqasə Qloriya Pirsə hücum edən onun müdiri və məşuqu Vinsent Rapallonun qarşısını alır. Bu hadisə onları yaxınlaşdırır və onlar bir-birindən ayrılmaz hala gəlirlər, bu da Rapallonun narazılığına səbəb olur. Deyvi öldürmək üçün Rapallo qatillərə əmr verir. Ancaq səhv nəticəsində ölən Deyv yox onun meneceri olur.
Aminabad-i Qaslan (Qürvə)
Aminabad-i Qaslan (fars. امين آباد قصلان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (46 ailə). Əhalisini kürdlər təşkil edir.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. == Süjet == Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Ətriyyatçı: Bir qatilin tarixçəsi (film)
Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. == Məzmun == Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir.
Əttar: Bir qatilin tarixçəsi (film, 2006)
Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. == Məzmun == Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir.