Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gimri
Gimry (rus. Гимры, avar. Генуб) — Dağıstan Untsukulsky rayonunda bir kənd.
Qıjı
Qıjılar (lat. Polypodiopsida) – qıjıkimilər şöbəsinə aid bitki sinfi.
Gimri tuneli
Gimri tuneli — Rusiyanın ən uzun yol tunelidir. Tunel Dağıstanda yerləşir; Buynaksk və Gimri kəndini birləşdirən tunel, İrqanay Su Elektrik Stansiyasının tikintisi üçün ən qısa və hava şəraitindən asılı olmayan nəqliyyat əlaqəsini təmin edir. Tunel həmçinin respublikanın mərkəzi dəmir yolu xətti ilə Dağıstanın 9 dağlıq bölgəsini birləşdirir. Tunelin uzunluğu 4303 m-dir. Gimri tunelinin ötürmə qabiliyyəti saatda 4 min avtomobildir. Yolun hərəkət hissəsinin eni 7 metr, hündürlüyü isə 5 metrdir. Tunel, səthdən 900 m-ə qədər dərinlikdə əhəng daşı, qumdaşı, alevrolit və argillit qatında yerləşir. Tunelin kəsişmə diametri 9 m, hərəkət hissəsinin eni 7 m-dir. Drenaj və ventilyasiya xidməti tunelə paralel yerləşir (birləşdirən körpülər hər 300 m-də yerləşir). Tunel işıqlandırılıb və burada avtomatik yanğın siqnalizasiya sistemləri, oğurluq həyəcan siqnalları, yüksək səsli elanlar, telefon əlaqələri, televiziya nəzarəti, əməliyyat ventilyasiyası, mərkəzi dispetçer nəzarəti quraşdırılıb.
Aniş Qiri
Aniş Qiri (28 iyun 1994, Sankt-Peterburq) — Rusiyada doğulmuş Holland şahmatçısı və qrosmeysteridir. Aniş qrosmeyster titulunu 14 yaş 7 ayda alıb. Qiri 4 dəfə Hollandiya Şahmat Çempionu (2009, 2011, 2012, 2015) və 2010-da Corus Şahmat B qrupunu udub. Hollandiyanı 5 dəfə Şahmat Olimpiadasında təmsil edib (2010, 2012, 2014, 2016, 2018). == Həyatı == 28 iyun 1994-cü ildə Sankt Peterburqda anadan olmuşdur, atası Nepal hindlisi (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. Onun iki bacısı var, Nataşa və Ayuşa. 2013-cü ildə 'Middelbare Məktəbi'ni Grotius kollecini bitirib (Hollandiyanın Delft şəhərində). Riyaziyyat, fizika, coğrafiya və tarix onun sevimli fənnləri olub.
Erkək qıjı
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir. Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.
Gümüş qıjı
Gümüş qıjı (lat. Cyathea dealbata) — Qıjı cinsinə aid bitki növü. Ağacın yüksəkliyi 10 m qədər yetişər. Gümüş qıjının yarpağı, Yeni Zelandiyanın Milli Gülü dür.
İynəcikli qıjı
Qiri-an-Veksen
Qiri-an-Veksen (fr. Guiry-en-Vexin) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 175 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-qərbdə, Serji belediyyənin 19 km şimal-qərbdə yerləşir.
Giorgi
Giorgi — ad.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Kimrı
Kimrı — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Qikori
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Qıbrıs
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Qıbrız
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd. Qımırlı — Şəmkir rayonunda yerləşən Dəllər Cırdaxan kəndinin bir hissəsinin tarixi adı.
Qırğı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qırış
Qırışlar — mimika əzələlərinin aktivliyi, dərinin elastikliyinin itirilməsi və digər səbəblərdən dəridə yaranan bükük qatların
Kiari
Kiari (it. Chiari) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Breşia əyalətində yerləşir. Əhalisinin sayı 19 384 nəfər (2024-cü ildə), əhalinin sıxlığı 510,64 / km²-dir. Sahəsi 37,96 km² ərazini əhatə edir. Poçt kodu — 25032. Telefon kodu — 00030. Şəhərin himayədarları Briudalı müqəddəs Faustino və Saint Giovita hesab edilir. Onların şərəfinə 15 fevralda bayram keçirilir. == Tanınmış sakinləri == Alberto Paloski, mövqeyində çıxış edən İtaliya futbolçusu.
Elisli Gippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.
Eqeskov qəsri
Eqeskov qəsri (dan. Egeskov Slot) — Danimarkanın Fin adasının cənubunda yerləşən qəsr. Qəsr Avropa intibah dövrünün ən gözəl abidəsidir. Qəsr 1554-cü ildə Frands Brakenhaus tərəfindən inşa edildi. Danimarka xalqının XVI əsrdə qaldırdığı müharibə üzündən bir çox əsilzadə evlərini qalaya çevirmişdilər Qəsr maksimum dərinliyi 5 metr olan gölün yaxınlığında tikilmişdir və qəsrə yeganə giriş körpüdəndir. Deyilənlərə görə qəsri tikmək üçün xeyli palıd ağacından istifadə etmişdilər. "Egeskov" "Palıd meşəsi" deməkdir. == Memarlıq == Qəsr bir-biri ilə bağlı olan iki tikilidən ibarətdir. Bu isə qəsri qoruyanlar üçün üstünlük idi. Bu cüt divarların qalınlığı 1 metr olub gizli nərdivanı və quyusu vardır.
Euseius citri
Euseius citri (lat. Euseius citri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fuşimi qəsri
Fuşimi qəsri (伏見城, Fuşimi-co) – Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda yerləşən qəsr. Qəsrin məhv olmasından bir əsr sonra yerləşdiyi təpədə şaftalı ağacları əkildiyi Momoyama qəsri (桃山城, Momoyama-co, azərb. Şaftalı təpəsi qəsri‎) kimi də tanınmağa başlamışdır. Hazırda ancaq bir neçə divarı və xəndəkləri salamat qalmışdır. 1964-cü ildə qəsrin reproduksiyası hazırlansa da, bu reproduksiya orijinal yerdə tikilmədiyi və qəsrin orijinal görünüşü haqqında çox az informasiya olduğu üçün mübahisə mövzusuna çevrilmişdir. == Tarixi == === 1594-1600 === Fuşimi qəsri 1594-96-cı illərdə Toyotomi Hideyoşi tərəfindən dağ-düzənlik qəsri tipində tikdirilmişdir. Bəzi mənbələr isə tikintinin 1592-ci ildə başladığını bildirir. Hideyoşinin bu qəsri tikdirməsində bir neçə səbəbi var idi. Birincisi, Kioto şəhərini cənubdan qorumaq istəyirdi. Şəhər dağlarla əhatə olunsa da, Fuşimi istiqamətində müdafiəsiz qalmışdı.