Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Mahu
Mahu — Gədəbəy və Şəmkir rayonları ərazisində çaydır. Şəmkir çayının sağ qoludur. Yerli əhali arasında Mahısuyu adlanır. Çay başlanğıcını Mahı dağından aldığına görə həmin dağın adını daşıyır. Dağın adı isə Mahı antroponimi ilə bağlıdır.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Hişam Mahu
Hişam Mahu (12 iyul 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Mahu Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 20 may 2017-ci ildə Lyon klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Anastasios Donisi əvəz etmişdir. Liqa 1 görüşündə Nitsa rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 6 yanvar 2018 tarixində yenilənib == Şəxsi həyatı == Mahu Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır.
Maku
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Muhu
Muhu (həmcinin Moon, Muhumaa; est. Muhu) — Estoniyanın sahəsinə görə Saaremaa və Hiyumaa adasından sonra sahəsinə görə üçüncü böyük adası. Adanın ümumi sahəsi 204 km² təşkil edir. Muhu Moonzund arxipelaqının tərkibinə daxil olan, Baltik dənizində yerləşən ada. Yaxınlığında yerləşən digər adalar kimi torpaq örtüyü olduqca kasıbdır. Belə ki, qum və çınqıldan təşkil olunmuşdur. Burada Tozağacı meşəsi və sahil xətdində isə qamışlıq yayılmışdır. Ən hündür nöqtəsi 24 metrdir. Adanın dəniz dibindən qalxıb səthə çıxması 8000 min il öncəyə aiddir. Hal-hazırda belə proses davam edir.
Oahu
Oahu – Havay adaları qrupuna daxil olan ən böyük ada. Adada Havayın paytaxtı Honolulu yerləşir. Oahuda yaşayanların sayı 800 000 nəfəri ötüb. Bu da ümumi Havay adalarının əhalisinin 80%-ni təşkil edir. Oahu adası vulkan mənşəlidir. Uzunluğu 77 km, eni isə 48 km-dir. "Oahu" sözünü yerli dildən cəmləşən kimi tərcümə etmək olar. Amerika Birləşmiş Ştatlarının yeganə kral sarayı olan İolaniyə, kral Kamexamexa və kraliça Liliokarininin abidələri, senat, qubernator iqamətgahı, Pörl-Harbor xatirə kompleksi adada yerləşir. Zamanın dayandığı yer Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Vikianbarda Oahu ilə əlaqəli mediafayllar var.
Dat (hərf)
𐔳 (səslənməsi: /d/; transkripsiyası: D, d) — Alban əlifbasının dördüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Գատ (Gat) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "dat" olmalıdır, erməni müəllif isə Գ və Դ hərflərini səhv salmışdır. Bunu dəstəkləyən erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf həm də gürcü əlifbasındakı Ⴃ hərfinin invers edilmiş formasıdır. Alban əlifbasında [d] səsinin qarşılığı kimi işlənilib.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
MAU
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Mau-Mau üsyanı
Mau-Mau üsyanı və ya Mau-Mau dirənişi - 1952-1960 illər arasında keniyalıların Britaniya müstəmləkəçilərinə qarşı azadlıq hərəkatı. Azadlıq mübarizəsində üsyançılar məğlub olsalar da, Britaniya müstəmləkəçiyinə böyük zərbə vurdu.
Dərgahqulu (Maku)
Dərgahqulu (fars. درگاه قلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (9 ailə).
Gamus (Maku)
Gamus (fars. گاموس‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Gerik (Maku)
Gerik (fars. گريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (39 ailə).
Gədayi (Maku)
Gədayi (fars. گدائي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (12 ailə).
Hacu (Maku)
Hacu (fars. حاجو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 256 nəfər yaşayır (42 ailə).
Hasuləzgi (Maku)
Hasuləzgi (fars. حسولزگي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (16 ailə).
Hasuşiri (Maku)
Hasuşiri (fars. حسوشيري‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (18 ailə).
Hasuşəki (Maku)
Hasuşəki (fars. حسوشكي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (31 ailə).
Hisar (Maku)
Hisar (fars. حصا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (70 ailə).
Hürov (Maku)
Hürov (fars. هورو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (16 ailə).
Həndvar (Maku)
Həndvar (fars. هندور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 667 nəfər yaşayır (164 ailə).
Kacut (Maku)
Kacut (fars. كجوت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 743 nəfər yaşayır (201 ailə).
Kusəkəndi (Maku)
Kusəkəndi (fars. كوسه كندي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 425 nəfər yaşayır (87 ailə).
Külik (Maku)
Külik (fars. كليك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (23 ailə).