YAHU

nida [ ər. ]
1.
Hey! Ey! Mənə bax! Yahu, bura bax! Yahu, eşitmirsənmi! – Hərçi dad eylədi çoban, yahu! Eşidənlər dedi: yalandır bu! M.Ə.Sabir.

// Deyilən sözə diqqəti cəlb etmək üçün işlənir.
Cahanda yox elə bir qüvvə baş əyim ona mən; Fəqət nə güclü, zəif bir vücud var, yahu?! C.Cabbarlı.

// Rica, xahiş yerində. Etməyin, yahu!
2. din. Ya Allah, ay Allah (bəzən təkrar şəklində).
□ Yahu demək köhn. – Allahı imdada, çağırmaq, Allaha müraciət etmək.
Neçə padşahlar orda olub cəm; İki dərviş yahu deyir dəmadəm. Aşıq Ələsgər.

YAĞYIĞAN
YAXA
OBASTAN VİKİ
Yahudi dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit ] ( dinlə) və ya [ʕivˈrit ] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Yahudi məhəlləsi
Yəhudi məhəlləsi (ərəb. حارة اليهود‎‎; ivr. ‏הַרֹבַע הַיְהוּדִי‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.

Значение слова в других словарях

има́ться моро́шка неотчужда́емость оскорби́тельность передури́ть разбо́йница субери́н авторите́т каббали́стика неторопко с большой буквы abutilon farcie gate line hurray priapic semi-mute small clothes ticket skinner всеведение знахарь лексика объединиться организация чулан