Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zvornik
Zvornik (bosn. Zvornik, serb. Зворник / Zvornik, xorv. Zvornik) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Ölkənin şimal-şərqində, Serbiya ilə sərhəd yaxınlığındadır. Drina çayı üzərində yerləşir. Serb Respublikasına daxil olan Zvornik icmasının inzibati mərkəzidir. Köhnə adı (1519-cu ilə qədər) Zvonik (Zvonnik) olmuşdur. Bu ad zvono, zvoniti - "zəng çalır" (ehtimal ki, Zvonigrad ilə eyni mənşəlidir) kəlməsindən törəmişdir. Keçmişdə də həmcinin İzvornik adıda istifadə olunmuşdur.
Zvornik gölü
Zvornik Lake (serb. Зворничко језеро, bosn. Zvorničko jezero ) ― Bosniya və Herseqovina və Serbiya sərhədində yerləşən süni göl. Göl Drina çayı üzərində su elektrik stansiyası tikildikdən sonra yaradılmışdır. Bəndin və onu müşayiət edən obyektlərin inşası üzrə hazırlıq işləri 1948-ci ildə başlamış və 1955-ci ildə göl hövzəsi su ilə doldurulmuşdur. Zvornik gölü dəniz səviyyəsindən 140 m yüksəklikdə yerləşir. Göl 25 km uzunluğundadır və 8,1 km² ərazini əhatə edir. Ən dar hissəsində 200 m, ən geniş hissəsində 3 km enindədir. Gölün orta dərinliyi 11 m, ölçülən maksimum dərinliyi isə 39 metrdir. == Turizm == Gölün ətrafında çox sayda kottec və turizm iaşə obyektləri var.
Vornak
Vornak, Vurnak, (1935–ci ildən) Akner (erm. Ակներ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həm Vornak, həm də Vurnak kimi qeyd edilir; Ermənistan SSR təşkil edildikdən 1935–ci ilədək rəsmən Vornak adlansa da, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935–ci il tarixli fərmanı ilə kəndin adı Akner olaraq dəyişdirildi. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Allahverdi şəhəri ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 512 nəfərdir.
Antonin Dvorjak
Antonin Dvorjak (çex. Antonín Leopold Dvořák; 8 sentyabr 1841[…] – 1 may 1904[…]) — çex bəstəkar, musiqidə romantizm cərəyanının təmsilçisi. Onun əsərlərində Moraviya və Bohemiyanın xalq musiqisi motivlərindən, elementlərindən geniş istifadə olunur. O, Bedrjix Smetana ilə birlikdə çex milli musiqi məktəbinin banisi sayılır. Əsas musiqi əsərlərinə "Yeni dünyadan" Simfoniya № 9 (ABŞ-də yazılıb), "Su pərisi" operası, Orkestrli violençel üçün konsert, "Amerika" simli kvarteti, Rekviyem, Stabat Mater və "Slavyan rəqsləri" aid edilir. == Həyatı == Antonin Dvorjak 8 sentyabr 1841-ci ildə Çexiyada - Praqa yaxınlığında anadan olub. Bedřich Smetenanın musiqisini eşidib bəstəkar olmağa qərar verən Dvorjak elə Smetananın dirijoru olduğu Praqa Teatrında violençel ifaçısı kimi musiqi fəaliyyətinə başlayıb. Musiqi bəstələmək üçün 1873-cü ildə orkestrdən uzaqlaşıb və 1 il içində Avstriya milli mükafatını alan 3-cü simfoniyasını yazıb. Praqa, Kembric, Nyu York-da çalışan Dvorjak 1895-ci ildə Vətəninə geri dönüb. Dvorjaka vətənpərvərlik mövzusunda yazdığı "Himn" kantatası, eləcə də "Slavyan rəqsləri" dünya şöhrəti gətirib.
Nikolay Şvernik
Nikolay Şvernik (19 may 1888, Sankt-Peterburq – 24 dekabr 1970, Moskva, SSRİ, RSFSR[d]; rus. Николай Шверник) — sovet partiyasının üzvü və dövlət xadimi. Stalin hakimiyyətinin son dövründə, 1946-1953-cü illərdə o ən yüksək dövlət vəzifəsini - SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (1927-1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1935-1938), SSRİ Ali Sovetinin deputatı (1937-66). 1952-1953 və 1957-1966-cı illərdə Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro) üzvü, 1939-1952 və 1953-1957-ci illərdə üzvlüyə namizəd olub. Sosialist Əməyi Qəhrəmanı (1958). == Həyatı == Nikolay Şvernik 1888-ci il mayın 7-də Sankt-Peterburqda anadan olub. O, böyük fəhlə ailəsində böyüyüb. Kilsə məktəbindən sonra isə peşə məktəbini bitirib. On dörd yaşlı yeniyetmə ikən 1902-ci ildə Duflon və Konstantinoviç elektromexaniki zavodunda tornaçı köməkçisi kimi işləməyə başladı.
Evonik Industries
“Evonik” alman sənaye şirkəti – dünya bazarında xüsusiləşdirilmiş kimya məhsullarının istehsalı sahəsində liderlərdən biridir. 80 ildir ki, “Evonik” şirkətlər qrupunun mütəxəssisləri sürtkü yağlarına aşqarlar təklif etməklə onlarda reoloji xassələrinin optimal kombinasiyasını təmin edən spesifik və müvəffəq formullardan istifadə edirlər. == Sürtkü yağlarının aşağı temperaturda axıcılığının təmin edilməsi == Aşağı temperaturlarda sürtkü materiallarının tərkibində olan parafinlər kristallik strukturlar yarada bilər. Viscoplex seriyalı depressantlar kristallizasiya proseslərinin yaranmasının qarşısını almaq və nəzarət etməklə bərabər sürtkü materiallarının axıcılığını, optimal xassələrini və bir-biri ilə uyğunluğunu təmin edir. == PAMA (Polialkil metilakrilatlatlar) == PAMA (Polialkil metilakrilatlatlar)– ilk polimer tipli depressorlar “”Röhm and Haas” (sonradan “Evonik” şirkəti) şirkəti tərəfindən patentləşdirilmişdir və hal -hazıradək bu sahədə əsas növ aşqarları kimi sayılır. Sürtkü və motor yağlarının donma temperaturunu aşağı salan Viscoplex 5-309 aşqarı geniş istifadə olunur. Polimetakrilatların çevik molekulyar quruluşa malik olması geniş assortimentli sürtkü materialları üçün aşqarların işlənib hazırlanmasına imkan yaradır. Viscoplex Depressorları sürtkülərdə əmələ gələn kristalları modifikasiya edirlər. Depressorlar sürtkü materialında əmələ gələn nə parafinlərin miqdarına nə də onların kristallaşma temperaturlarına təsir etmirlər. Lakin depressorların kristallik strukturları öz xüsusiyyətlərini dəyişir .
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir.Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. == Yerləşməsi == Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Vorvik Universiteti
Vorvik Universiteti (ing. University of Warwick) — İngiltərənin Koventri şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Reytinqi == Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Vorvik Universiteti 100 ən yaxşı ali məktəb arasında 58-ci yerdə sıralanmışdır. 2010-cu il üzrə "Times Higher Education World University Rankings"in 200 universitetdən ibarət olan reytinq cədvəlinə Vorvik Universiteti daxil edilməmişdir. 2011-2012-ci tədris ilinin yekununa əsasən Vorvik Universiteti QS World University Rankings tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 3-cü pillədə olmuşdur. == Məşhur məzunları == Yakubu Qovon – Nigeriyanın sabiq prezidenti; Valentina Ştrasser – Syerra-Leone Respublikasının sabiq rəhbəri; Vernon Koaker – Böyük Britaniyanın Dövlət Təhlükəsizlik, Terrorizmlə Mübarizə, Cinayət və Mühafizə naziri; Kim Hauells – Böyük Britaniyanın xarici işlər naziri; Devid Devis – Britaniya Mühafizəkarlar partiyasının siyasətçisi; Baronessa Amos – Avropa İttifaqının Afrika İttifaqında (53 Afrika dövlətindən ibarət) xüsusi nümayəndəsi, Böyük Britaniya lordlar palatasının sabiq lideri; Baronessa Morris – Böyük Britaniyanın təhsil məsələləri üzrə sabiq dövlət katibi, Leyborist partiyasının üzvü; Çan Yun Han – Honq-Konq Qanunvericilik şurasının sabiq üzvü; Corc Saitoti – Keniyanın sabiq vitse-prezidenti; Devid Li – Şərqi Asiya bankının sədri və baş icraçı direktoru; Corc Kanyeihamba – Uqanda prezidentinin hüquq məsləhətçisi; Merfin Cons – BBC İdarəçilər Şurasının üzvü, Banqor Uels Universitetinin vitse-kansleri; Ouayn Ceyms – Milli Tələbə Təşkilatının sabiq prezidenti; Tomas Samner (Stinq) – məşhur musiqiçi; Tom Solesbari – avarçılıq üzrə Olimpiya çempionu; Stiv Heyuey – "Liverpul" klubunun futbolçusu; Mark Hyuz – futbol meneceri. == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Uorvik Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 24.12.2010, № 50.
Mixal Qornik
Mixal Qornik (y.sorb Michał Hórnik, alm. Michael Hornig‎; 1 sentyabr 1833 – 22 fevral 1894, Bautzen, Saksoniya) — Sorb alimi, din xadimi və 19-cu əsr Sorb ədəbiyyatının ən mühüm himayədarlarından biri. == Bioqrafiya == Mixal Qornik 1833-cü ildə Kamenets yaxınlığındakı Vorkletsy kəndində anadan olub. Qornik 1847-ci ildə Bautzendə orta məktəbi bitirdikdən sonra Praqadakı Sorb seminariyasına daxil olub. Qornik həmçinin Lesser Town Gimnaziyasında və Çarlz Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. Praqada oxuyarkən Sorbia seminariyasında fəaliyyət göstərən "Serbovka" tələbə dərnəyinin üzvü, sonra isə rəhbəri olub. 1852-ci ildə "Tydźeńske Nowiny" qəzetində ilk ədəbi əsəri olan "Brançeleji" nəşr etdirdi. Praqada tələbə olarkən o, Serbovka qardaşlığı tərəfindən nəşr olunan "Kwětki" ədəbi jurnalında 40-a yaxın şeir və tərcümələrini, o cümlədən "İqorun kampaniyası haqqında nağıl"ın Yuxarı Sorb dilinə tərcüməsini dərc etdirib. 1856-cı ildə vətənə qayıdır və 24 sentyabr 1856-cı ildə keşiş təyin edilir. 1871-ci ildə Bautzendəki Müqəddəs Məryəm kilsəsinin rektoru təyin edilir.
Dorik order
Dorik order Qədim Yunanıstan və ondan sonrakı Qədim Roma memarlığının üç orderindən biri idi. Sütunların üstündəki sadə dairəvi başlıqlar sayəsində Dorik order asanlıqla tanınır. Bəzən mürəkkəb detallara malik olsa da, ən erkən və mahiyyət etibarilə ən sadə orderdir.
Vorvik Tibb Məktəbi
Vorvik Tibb Məktəbi (ing. Warwick Medical School) — Vorvik Universitetinin Tibb fakültəsinin nəzdində olan təhsil müəssisəsi. == Tarixi və fəaliyyəti == 2000-ci ilin sentyabrında fəaliyyətə başlamış və ilk tələbələrini də elə həmin il qəbul etmişdir.2004-cü ildə bu məktəbi 64 məzun bitirmişdir. Həmin ilin oktyabrında isə məktəbə 403 tələbə qəbul edilmişdir.Məktəbin fəaliyyəti sayəsində Vorvik Universiteti 2007-ci ildən tibb üzrə elmi dərəcə vermək hüququ əldə etmişdir. == Xarici əlaqələri == Vorvik Tibb Məktəbi universitetin bir çox bölmələri ilə birgə fəaliyyət göstərərək beynəlxalq səviyyədə tibbi araşdırmalar aparır. Məktəb Koventri və Vorvikşir NHS Trust universitet xəstəxanaları, Vorvikşir Diabet, Endokrinologiya və Metabolizm İnstitutu ilə əməkdaşlıq edir. == Təhsil haqqı == 2009-2010-cu tədris ilində Vorvik Tibb Məktəbində 1 il təhsil alan əcnəbi tələbələr üçün 13720, 2-4 il təhsil alan tələbələr üçün isə 24990 funt-sterlinq olmuşdur.
Vorvik İncəsənət Mərkəzi
Vorvik İncəsənət Mərkəzi (ing. Warwick Arts Centre) — Böyük Britaniyanın Londondan kənarda yerləşən ən böyük mədəniyyət mərkəzidir; Vorvik Universitetinə məxsusdur. == Tarixi == Mərkəz Cek Martin ailəsinin Vorvik Universitetinə xeyriyyə yardımları hesabına yaradılmışdır.2009-cu ilin yazında yenidən tikilmiş binası istifadəyə verilmişdir. == Fəaliyyəti == Mərkəzdə hər il 3000-dən çox müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərə klassik və müasir musiqi, dram, rəqs, komediya, film və təsviri incəsənət aiddir.Mərkəzin ildə 300000-dən çox ziyarətçisi olur.Burada konsert zalı, iki teatr, kinozal, Mid qalereyası, musiqi mərkəzi, konfrans zalları, lüks otaqlar, restoran, kafe, mağazalar, iki bar, kitab mağazası və s. mövcuddur.Mərkəzin Battervort zalı 1500-dən çox tamaşaçı tutumuna malikdir. == "Ağ Koan" == Vorvik İncəsənət Mərkəzinin girişində rəssam Lilian Lijna aid müasir incəsənət əsəri olan "Ağ Koan" yerləşir. 6 metr hündürlüyündə olan ağ rəngli koan flüoressensiya (işıqlanma təsiri altında bəzi cisimlərin işıqvermə xassəsi) lampaları ilə elliptik işıqlandırılmaya malikdir və elektrik mühərrikin köməyi ilə fırlanır. Koan cavabsız suallar ətrafında buddistlərin axtarışlarını təcəssüm etdirən abidədir. Koan 1971-ci ildə Plimutda Piter Stayvesant Fondu Şəhər Abidə Layihəsinin bir hissəsi kimi yaradılıb.