Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi".Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi. Bu nəinki ebal üçün həm də qonşu bölgələr üçün böyük bazar və limandır.
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 885 nəfərdir.
Dəbil kilsə məclisi
Dəbil kilsə məclisi 506-ı ildə Dvin (Dəbil) şəhərində çağırılıb. Bu yığıncaqda erməni, alban və gürcü iyerarxiyaları Bizans hakimlərinin unional, yəni diofizitlərlə monofizitləri sazişə çağıran siyasətini müdafiə etdilər. 551-ci ildə erməni kilsəsi kimi alban kilsəsi də Bizans kilsəsi ilə əlaqələrini kəsərək, hüquqi cəhətdən avtokefal kilsə oldu. Bu ölkələrdə monofizit cərəyanı Sasanilərin fəal köməyi sayəsində qələbə çaldı. Sasanilər həqiqi,ardıcıl xristianları təqib etməyə və öz ölkələrindəki rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başlamışdılar. Gürcü kilsəsi isə özünün əvvəlki platformasında-mötədil xalkidonçuluqda qalmaqda davam edirdi. 551-ci ildən başlayaraq alban katolikosluğunun patriarxları “Albaniyanın, Çolanın, Lpinanın katolikosu” adını daşıyırdı.
Bulbophyllum debile
Bulbophyllum debile (lat. Bulbophyllum debile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum debile növü Madaqaskar üçün endemik növdür.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Deşil Hemmet
Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir. == Həyatı == Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı. Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi. 1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı.
Sedum debile
Sedum debile (lat. Sedum debile) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinin sedum cinsinə aid bitki növü.
Təbil boşluğu
Təbil boşluğu (lat. cavitas tympani) — orta qulağın bir hissəsi, 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Təbil boşluğunun ön divarını - lat. paries caroticus yuxu kanalının divarı təşkil edir. Bu divarın yuxarı hissəsində eşitmə borusunun daxili dəliyi - lat. ostium tympanicum tubae auditivae açılır. Təbil boşluğunda 3 ədəd qulaq sümükcükləri, əzələlər və bağlar yerləşmişdir. == Qulaq sümükcükləri == == Orta qulaq əzələləri == Təbil boşluğunda iki kiçicik əzələ vardır. Üzəngi əzələsi (lat. m.
Zebil nahiyəsi
Zebil nahiyəsi — Naxçıvan ərazisində nahiyə. == Osmanlı dövründə == Zebil nahiyəsində isə 24 kənd olmuşdur. Bunlardan əlavə Zebil nahiyəsində 18 yaylaq da qeydə alınmışdır.
Alman dəbi
Almaniya Fransa, İtaliya, ABŞ, İngiltərə və Yaponiya ilə birlikdə moda sənayesində lider bir ölkədir. Alman modası zərif xəttləri, qeyri-adi gənc dizaynları və idman və açıq geyim istehsalçıları ilə məşhurdur. Berlin Moda Həftəsində önə çıxan Almaniyanın gənc və yaradıcı moda mərkəzidir. Düsseldorf, Igedo ilə əhəmiyyətli bir moda ticarət mərkəzidir. Səhnənin digər vacib mərkəzləri Münih, Hamburq və Kölndür. Kiçik yerlər Alman moda sənayesinin Herford, Metzingen, Herzogenaurax, Schorndorf, Chemnitz, Albstadt və Detmold kimi mühüm dizayn və istehsal mərkəzləridir. == İqtisadiyyat == 130.000-dən çox işçisi olan 1300 şirkətdə Alman tekstil sənayesi tərəfindən 28 milyard avro gəlir əldə edilir.Məhsulların, demək olar ki, 44 faizi ixrac olunur. Beləliklə, tekstil filialı qida istehsalından sonra Almaniyada ikinci ən böyük istehlak malları istehsalçısıdır. === Brend === Məşhur moda markalarına Hugo Boss, Adidas, Puma, Escada, JOOP!, MCM, Bruno Banani, Jil Sander, Triumph, Schiesser, Closed, Reusch, Valisere, Jack Wolfskin, Ulla Popken, Buffalo, Rohde, Marc O'Polo, Tom daxildir. Dərzi, s.Oliver, Esprit, Wunderkind, Seidensticker, Windsor., Jaques Britt, Naketano.Eyni zamanda zLabels Berlin kimi birdən çox Alman marka və dizaynerə ev sahibliyi edən müxtəlif agentliklər var.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Lolita dəbi
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Mahamat Debi
Mahamat ibn İdris Debi İtno (ərəb. محمود بن إدريس ديبي إتنو‎; fr. Mahamat ibn Idriss Déby Itno; 1 yanvar 1984) — Çad Keçid Hərbi Şurasının sədri. == Hərbi fəaliyyəti == Mahamat Debi ilk olaraq Çadda hərbi məktəblərin birgə birliyinə yazıldı. Daha sonra Fransada Eks-an-Provans Hərbi Məktəbində təhsil aldı. Geri qayıtdıqdan sonra zabit məktəbi yarı rəhbərliyin ikinci səviyyəsinə yüksəldildi və daha sonra infantlar qrupu komandirinin müavini olaraq Dövlət Qurumlarının Təhlükəsizliyi xidmət şöbəsinə təyin edildi. İlk döyüş təcrübəsini 2006-cı ilin aprelində üsyançıların paytaxta hücum etməsi və daha sonra Çadın şərqindəki döyüşlərə qatılaraq qazandı. Ordusunun üsyançıları məğlub etdiyi Ən Dəm döyüşündə Çad qüvvələrinin komandanlığında iştirak edərkən qüvvələrə rəhbərlik etdi.Qələbədən sonra DQT-in zirehli eskadrilyaları və mühafizəçilərinin komandanlığına təyinat aldı. 2013-cü ilin yanvarında general Umar Bikimo başçılığında Malidə Çad xüsusi qüvvələrinin komandanlığına təyin edildi. 22 fevralda ordusu ilə İfoğas döyüşündə iştirak etdi.
İdris Debi
İdris Débi İtno(fr. Idriss Déby Itno; (18 iyun 1952 – 20 aprel 2021, Ncamena)— Çadın prezidenti və Vətənpərvər Qurtuluş Hərəkatının rəhbəridir. Debi Zaghawa etnik qrupunun Bidyat klanından biridir. Yanvar 2006-cı ildə soyadına "İtno" əlavə olunmuşdur. == Həyatı == Debi bir çobanın oğlu olaraq Fadada doğuldu. Məktəbi bitirdikdən sonra N'Djamena Hərbi məktəbə daxil oldu. Oradan bir peşəkar Pilot sertifikatı ilə 1976-cı ildə Çada döndü və ali təhsil üçün Fransaya göndərildi. Keçici hökumət 28 fevral 1991-ci il tarixində Çad dövlət başçısı olaraq Debini vəzifələndirdi. İyun ayında prezident seçiminin ardından mart 1996-cı ildə yeni bir konstutsiya ilə referendium qəbul edildi. Debi ilk turda ilk sırada yer aldı ancaq əksəriyyəti qazana bilmədi.
İtaliyan dəbi
İtaliya Fransa, ABŞ və İngiltərə ilə yanaşı moda dizaynında lider olan ölkələrdən biridir. Moda hər zaman ölkənin mədəni həyatının və cəmiyyətinin mühüm bir hissəsi olmuşdur və italiyalılar yaxşı geyimləri ilə diqqəti cəlb etməkdə məşhurdurlar. İtalyan modası XI–XVI əsrlərdə İtaliyada bədii inkişafın zirvəsində olduğu dövrdə məşhurlaşdı. Roma, Palermo, Venesiya, Milan, Neapol, Florensiya və Vicenza kimi şəhərlər lüks mallar, şapkalar, kosmetika, zərgərlik və zəngin parçalar istehsal etməyə başladılar. 17-ci əsrdən 20-ci illərin əvvəllərinə qədər italyan modası öz əhəmiyyətini və parıltısını itirdi və Avropanın əsas trendi Fransız modasının böyük populyarlığı ilə Fransa oldu. Bu, Louis XIV kuryerləri üçün hazırlanmış lüks geyimlər ilə əlaqədardır.Bununla birlikdə, Giovanni Battista Giorgini'nin Florensiyada keçirdiyi 1951–53 moda günlərindən bəri, "İtalyan məktəbi" Fransa modası ilə rəqabət aparmağa başladı və Ferragamo, Gucci kimi etiketlər Chanel və Dior ilə mübahisə etməyə başladı. 2009-cu ildə Qlobal Dil Monitorinqinə görə, İtaliyanın dizayn mərkəzi olan Milan dünyanın ən yaxşı moda paytaxtı, Roma isə dördüncü yeri tutdu. Milan ümumiyyətlə New York, Paris və London ilə birlikdə "böyük dörd" qlobal moda paytaxtlarından biri hesab olunur; hərdən "böyük beşlik"ə Roma da daxildir. == İtalyan moda evləri, dizaynerlər və lüks markalar == Həm kişi geyimlərinə, həm də qadın geyimlərinə, eyni zamanda aksesuarlara yönəlmiş böyük İtalyan moda evlərinin nümunələri: Giorgio Armani, Byblos, Bottega Veneta , Roberto Cavalli, Kostyum Milli, Brunello Cucinelli, Diesel, Dolce & Gabbana, Etro, Fay , Fendi, Salvatore Ferragamo, Fiorucci, Frankie Morello, Genny, Gucci, Hogan, Iceberg , Kiton, La Perla, Loro Piana, Marni , Antonio Marras, Missoni, Moncler, Moschino , MSGM , № 21 , Prada, Richmond, Ermanno Scervino, Tod's, Trussardi, Valentinovə Versace. Əsasən qadın geyimlərində ixtisaslaşmış əsas moda markalarına Agnona , Luisa Beccaria, Laura Biagiotti, Blumarine , Chiara Boni la petit xalat, Capucci , Alberta Ferretti, Elisabetta Franchi, Giamba , Krizia, Maks Mara , Miu Miu , Fəlsəfə, Emilio Puççi, Simonetta Ravizza, Mila Schon və əkiz dəstli Milano, yalnız kişilər üçün geyim və aksessuarlara diqqət yetirən ən lüks evlər Brioni, Canali, Caruso, Corneliani, Lardini, millət vəkili Massimo Piombo, Stefano Ricci, Ermenegildo Zegna və Pal Zileridir.
Əbil Cəbizadə
Əbil Qadir oğlu Cəbizadə (26 fevral 1993; Sumqayıt, Azərbaycan — 14 oktyabr 2020; Zoğalbulaq, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əbil Cəbizadə 26 fevral 1993-cü ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır. 2000-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2011-ci ildə əla qiymətlərlə məktəbi bitirən Əbil həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinə daxil olmuşdur. 2015-ci ilə qədər burada çox işlənən malların texnologiyası və dizaynı ixtisasında təhsil almışdır. == Hərbi xidməti == Universiteti bitirdikdən sonra Əbil Cəbizadə hərbi xidmətə yollanmışdır. Silahla mükəmməl davranışına görə baş atıcı vəzifəsinə təyin olunmuşdur. Bir əsgər olraq Əbil Aprel döyüşlərində də iştirak etmiş, döyüş tapşırıqlarını böyük uğurla yerinə yetirmişdir. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə O, dəfələrlə fəxri fərmanlarla və təşəkkürnamələrlə təltif edilmişdir. 2016-cı ilin oktyabr ayında hərbi xidmətini başa vurmuşdur.
Əbil Sadıqov
Sadıqov Əbil Şahverdi oğlu — Ehtiyatda olan kapitan, Laçın rayon İcraiyyə Komitəsinin katibi (1974–1991), Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü. == Həyatı == 1928-ci ildə Laçın rayonunun Dəyirmanyanı kəndində anadan olmuşdur. 1942-ci ildə Mığıdərə kənd orta məktəbini bitirdikdən sonra 1949-cu ilin sentyabrınadək Mığıdərə kəndinin də daxil olduğu 7 para kəndi özündə birləşdirən "Baş Sovet" adına kolxozda baş mühasib vəzifəsində işləmişdir. 1949-cu ildə Ağdam 2 illik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1951-ci ildə həmin institutu bitirərək təyinatla Mığıdərə kənd orta məktəbində fizika-riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1953-cü ildə Sov.İKP sıralarına üzv qəbul olunmuş, həmin ildən 1957-ci ilə qədər Mığıdərə kənd orta məktəbində partiya təşkilat katibi vəzifəsində işləmişdir. Bundan sonra Laçın rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə təyin edilmiş, 1959-cu ildə isə Laçın rayon Partiya Komitəsinin təqdimatı ilə imtahan verərək Bakı Ali Partiya məktəbinə qəbul olunmuşdur. 1963-cü ildə Bakı Ali Partiya Məktəbində təhsilini başa vurmuş, Laçın rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmin il rayon partiya komitəsinin plenum üzvü, 2 seçki rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1969-cu ildə Maarif Nazirliyi tərəfindən Laçın rayon internat-məktəbinə direktor təyin olunmuş, 1974-cü ildə öz razılığı ilə tutduğu vəzifədən azad edilmişdir.
Əbil Yusif
Əbil Yusif (Əbil Məhəmməd oğlu Yusifov, 31 yanvar 1910, Ordubad - 29 mart 1984, Bakı) — dramaturq, nasir, ikinci dünya müharibəsinin iştirakçısı. == Həyat və fəaliyyəti == Əbil Yusifov 31 yanvar 1910-cu ildə Ordubad şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu, Yerevan Kənd Təsərrüfatı İnsitutunu (1932-ci il), Moskvada K.A. Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında, eyni zamanda Dil və Fəlsəfə insitutunda oxumuşdur. Azərbaycan Mətbuat İdarəsində baş siyasi redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri olmuş (1937-1940-cı illər), cəbhə qəzetlərində çalışmışdır. Azərbaycan Teleqraf Agentliyində redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində baş redaktor işləmişdir. "Babek", "Ramiz", "Odlar içində", "Yadigar", "Məhəbbət abidəsi", "Vətən" pyesləri tamaşaya qoyulmuşdur. "səngərdən gələn səslər", "Bir güllə", "Qızıl gül", "Şeypur səsləri" povestləri, hekayələri, cəbhə xatirələri var. == Təltifləri == 2 "Qırmızı Ulduz", II dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur. == Həmçinin bax == İbrahim Yusifoğlu == Mənbə == Naxçıvan Ensiklopediyası. 1.
Devil May Cry
Devil May Cry (デビル メイ クライ, Debiru Mei Kurai, azərb. İblis də ağlaya bilər‎) — Yaponiya istehsalı olan və "Campcom" tərəfindən hazırlanan videooyun seriyası. Eyni zamanda bu oyun "Daimi bəla" filminin davamı olaraq da bilinir. Oyunun sujet xətti yarı-mələk və yarı-iblis olan Dantenin anası hələ o uşaq ikən öldürüldükdən sonra qisas almaq məqsədilə bütün iblisləri öldürməyə başlamasından ibarəttir.
Hüseyn Dəxil Marağayi
Axund Molla Hüseyn Marağayi — "Dəxil" təxəllüsü ilə Azərbaycan şairlərindən dir ki Marağada dünyaya gəlib.O,Azərbaycan dilində şeir yazıb.Bu şair 19-cu yüzildə yaşayırdır.
Marağalı Hüseyn Dəxil
Axund Molla Hüseyn Marağayi — "Dəxil" təxəllüsü ilə Azərbaycan şairlərindən dir ki Marağada dünyaya gəlib.O,Azərbaycan dilində şeir yazıb.Bu şair 19-cu yüzildə yaşayırdır.
Ağbil
Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Ağbil oyk., mür. Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd.
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Beril
Beril — mineral, Al2Be3[Si6O18]. == Haqqında == Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır.