Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levoça
Levoça (slovak. Levoča, alm. Leutschau‎, mac. Lőcse) — Slovakiyanın şərqində kiçik bir şəhər (Spiş tarixi vilyəti). Şəhər Levoçske Vrhi dağ massivinin ətəyində, Spişski Hrad qəsrinin yaxınlığında yerləşir. Əhalisi 14 min nəfərə yaxındır (2003-cü il). Şəhərin adı ilk dəfə 1249-cu ildə, macar kralı IV Belanın məktublarında qeyd edilib. Lakin buna bamayaraq, şəhərin yaşı bundan daha qədimdir və buna bir sübut kimi, mərkəzdə qorunub saxlanılan və roman üslubunda inşa edilən müqəddəs Nikolay kostyolunu misal gətirmək olar. 1241-ci ildə monqol-tatar qoşunları şəhəri tərk etdikdən sonra, buraya almanlar köçərək geniş koloniyalar yaradırlar. 1271-ci ildə Levoçanın adı artıq azad kral şəhəri və vilayət mərkəzi kimi qeyd edilir.
Netoçka Nezvanova
Netoçka Nezvanova (rus. Неточка Незванова) — Fyodor Dostoyevskinin 1849-cu ildə yazdığı tamamlanmamış romanı. Mənası Adsız heç kim deməkdir. Daha sonra Dostoyevski 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışması iddiası ilə Sibirə sürgün olunduğundan əsər yarıda qalmışdır. 1859-cu ildə Sibirdən geri dönməsinə baxmayaraq əsəri davam etdirməmişdir. İlk dəfə Ann Dunniqan 1972-ci ildə bu əsəri amerikan ingiliscəsinə tərcümə etmişdir. Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideynlərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur.
Ya devuşka vostoçnaya (konsert)