Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dedovsk
Dedovsk — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Dmovskiy xətti
Dmovski xətti (pol. Linia Dmowskiego) — Polşa tərəfinin Paris Sülh Konfransında təklif etdiyi Polşa Respublikasının təxmin edilən sərhədləri xəttidir. Layihə xətti Polşa millətçi siyasətçisi Roman Dmovskinin rəhbərliyi altında hazırlanmış və onun şərəfinə adını almışdır. Konfransda Polşa nümayəndə heyətinin üzvləri Roman Dmovski, İqnasi Paderevski, Entoni Abraham və Tomasz Rogal tərəfindən təqdim edilmişdir . == Təklif olunan sərhədlər == Təklif olunan sərhəd xəttinə əsasən, Polşanın hüdudlarına II Polşa Respublikasının ərazisini təşkil edənlər istisna olmaqla, Vislanın yuxarı hissəsi ilə Dansinq (Qdansk), Varmiya və Masuriya, Litva, Qərbi Belarusiya, Polesiyanın qərb hissəsi, Yuxarı Sileziya, Podoliyanın qərb hissəsi, Voln və Jitomir daxil olmalı idi. Sərhəd xətti Polşa nümayəndə heyətinin təklifinə əsasən, Baltik dənizi sahillərindən başlayaraq, şərqdə Labiavadan sərhəd sahil xətti boyunca, şimala doğru Klaypeda və Palanqaya qədər davam edirdi. Sahildən Libavanın şimalına qədər sərhəd şərqə doğru əyilərək Polşa ilə Kurlandiya arasındakı 1772-ci il tarixi sərhədə uyğun olmalı idi. Kurlandiyanın İllukut uyezdinin sərhədlərinə çatırdı. Bu dairədə coğrafi mövqeyinə və polyak dilli əhalisinin çoxluğuna görə Polşanın bir hissəsi olmalı idi. Burada sərhəd uyezdin sərhədi boyunca Dvina çayı axarı və sağ sahilinə (Vitebsk əyaləti) keçir; sonra Polotsk rayonu daxil olmaqla Drissen rayonunun sərhədlərindən təxminən 30 kilometr məsafədə çayın şərqinə doğru uzanır.
Artemisia dracunculus var. redovskyi
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. == Botaniki təsviri == Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.