Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəməşq
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Dərəşam
Dərəşam nahiyəsi —
Nepeta
Pişiknanəsi (lat. Nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Emesa
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Denea
Hoveya (lat. Howea) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. Denea O.F.Cook Grisebachia Drude & H.Wendl. Howea belmoreana (C.Moore & F.Muell.) Becc.
Ağsu təpəsi
Ağsu təpəsi - Laçın rayonunun Budaqdərə kəndi ərazisində yüksəklik.
Bardarevo təpəsi
Bardarevo təpəsi (bolq. Бърдаревски хълм, ‘Bardarevski Halm’ \bar-'da-rev-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 660 m hündürlüklü qaya zirvəsidir. Mareskot silsiləsinin şiaml hissəsidir. Zirvə şiaml-şərqi Bolqarıstanda yerləşən Bardarevo şəhərinin adını daşıyır. Bardarevo təpəsi 63°30′58″ c. e. 58°31′53″ q. u. koordinatlarında yerləşmişdir. Kroun zirvəsindən 5.1 km şimal-şərqdə, Mareskot burnundan 4.1 km cənub-şərqdə, Oqled zirvəsindən 11.32 km cənub-qərbdə yerləşmişdir.
Battenberq təpəsi
Battenberq təpəsi (bolq. хълм Батенберг, ‘Halm Battenberg’ \'h&lm 'ba-ten-berg\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 166 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə Bolqarıstan şəhzadəsi Aleksander Battenberqin (1857–1893) adını daşıyır. Battenberq təpəsi 62°35′43″ c. e. 61°08′31″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 1.8 km şərqdə, Voyteh burnundan 1.8 km cənubda, Penka təpəsindən 2.19 km şimal-qərbdə yerləşmişdir.
Birinci Dərəşam
Birinci Dərəşam — Babək rayonunda kənd. Dərəşam toponiminin adı ilk dəfə "Kitabi-Dədə Qorqud" eposunda Səkrəyin boyunda çəkilmişdir. Dərəşam kəndindən yaranmış kənd İkinci Dərəşam adlanır. Dərəşam toponimi Azərbaycan dilində dərə və şam sözlərindən ibarət olub, «işıqlı dərə» mənasındadır. «Şam» həm də çay sahillərindəki sıx qamışlığa da deyilir.
Buynovsk dərəsi
Buynovsk dərəsi (bolq. Буйновското ждрело, Ягодинско ждрело) — Bolqarıstanda, Rodop dağlarının qərbində yerləşən çay dərəsi. Dərə boyu eyni adlı Buynovsk çayı axır. Buynovsk çayı Vıça çayının sol qoludur. Dərə ölkənin Smolyansk vilayətinin ərazisində yerləşir. Dərənin uzunluğu təqribən 16 km, orta hündürlüyü 1090 metrdir. Buinovo kəndindən şimalda, dəniz səviyyəsindən 1307 metr yüksəklikdən başlayır, sonra şimala istiqamət alır və 16 km-dən sonra Teshel anbarında, dəniz səviyyəsindən 876 m yüksəklikdə bitir. Buynovsk dərəsi əsasən Proterozoy yaşlı mərmər süxurlarından ibarətdir. Məhs bu süxurların yaratdığı təbii gözəllik turistləri özünə cəlb edir. Dərənin ilk 7-8 km-lik hissəsi daha genişdir.
Calamintha nepeta
Clinopodium nepeta (lat. Clinopodium nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin clinopodium cinsinə aid bitki növü.
Camalxan təpəsi
Camalxan təpəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alqasımlı və Şiləvəngə kəndləri arasındakı ərazidə yerləşən arxeoloji abidə. Camalxan təpəsinin hündürlüyü 2,5 - 3 metr, diametri 150 km.-dir. 1970-ci illərdə burada təlim-məşq keçirən hərbçilər səngərlər qazmış və abidəni ciddi zədələmişlər. Təpənin özündən və onun ətrafından X-XII əsrlərə aid müxtəlif təyinatlı şirli və sadə qabların fraqmentləri, tikinti qalıqları tapılmışdır. Azərbaycan Milli Ensiklopediyası. V cild.
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Draqor təpəsi
Draqor təpəsi (bolq. хълм Драгор, ‘Halm Dragor’ \'h&lm 'dra-gor\) — Antarktidanın Triniti yarımadasının Vaytklaud buzlağı sahillərindən şərqdə yerləşən, 748 m hündürlüklü qaya zirvəsidir. Zirvə cənubi Bolqarıstanda yerləşən Draqor şəhərinin adını daşıyır. Draqor təpəsi 63°54′20″ c. e. 59°30′57″ q. u. koordinatlarında yerləşmişdir. Nikyup burnundan 7.85 km cənub-şərqdə, Almond burnundan 2.85 km cənubda, Borovan təpəsindən 1.85 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Dulo təpəsi
Dulo təpəsi (bolq. хълм Дуло, ‘Halm Dulo’ \'h&lm 'du-lo\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 210 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə Bolqarıstan sülaləsi olan Dulonun (7-ci–10-cu əsr) adını daşıyır. Dulo təpəsi 62°36′05″ c. e. 61°09′22″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 1.2 km cənub-şərqdə, Voyteh burnundan 2.52 km cənubda, Penka təpəsindən 2.49 km şimal-qərbdə yerləşmişdir.
Dəməşq Universiteti
Dəməşq Universiteti (ərəb. جامعة دمشق‎ Camiʿət Diməşq), 1958-ci ilə qədər – Suriya Universiteti (ərəb. الجامعة السورية‎ əl-Camiʿə s-Suriyyə) — Suriyanın Dəməşq şəhərində dövlət universiteti, əsası 1923-cü ildə qoyulub. Dəməşq Universitetinin prezidenti Məhəmməd Üsamə əl-Cəbbandır.
Dəməşq mühafazası
Dəməşq mühafəzəsi - Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 18.032 km², inzibati mərkəzi Dəməşq şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.711 milyon nəfərdir (Dəməşq şəhrinin əhalisi daxil olmadan) .
Dəməşq mühafazlığı
Dəməşq mühafəzəsi - Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 18.032 km², inzibati mərkəzi Dəməşq şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.711 milyon nəfərdir (Dəməşq şəhrinin əhalisi daxil olmadan) .
Dəməşq mühafəzəsi
Dəməşq mühafəzəsi - Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 18.032 km², inzibati mərkəzi Dəməşq şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.711 milyon nəfərdir (Dəməşq şəhrinin əhalisi daxil olmadan) .
Dəməşq qızılgülü
Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır. Soyuğa, rütubətə, işığa davamlıdır.
Dəməşq şəhəri
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Dəməşq əyaləti
Dəməşq vəya Şam əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Dərəşam dağı
Dərəşam dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Araz çayınin Nehrəm dərəsindədir. İki zirvədən ibarətdir. Dağın yamacları sıldırımdır, zirvələri isə konudvaridir. Cənub və cənub-qərb yamacları sıldırımlı iki konusvari zirvədən (hünd. 946,0 m və 948,0 m) ibarətdir. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşı və dolomitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir.
Dərəşam mağarası
Dərəşam mağarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Dərəşam dəmiryol stansiyasından şərqində, qayaların arasında arxeoloji abidə. Təbii mağara 3 salondan ibarətdir. Yaşayış əsasən birinci salonda olmuşdur. Lakin mağaranın daxilinə doğru uzanan ikinci, xüsusən üçüncü salon ən çətin hava şəraitində hər hansı təhlükədə etibarlı sığınacaqdır. Təbii mağaranın ön tərəfi əhəng məhlulundan istifadə etməklə daşdan hörülmüş hündür divarla kəsil mişdir. Vaxtilə mağaranın təbii girişi olmuşdur. Lakin hazırda divarın bir qismi və girişi tamamilə dağılmışdır. Buradakı mədəni təbəqə əsasən mağaranın divar hörülmüş qabaq hissəsində olmuşdur. Toplanmış materiallara, bitki qalıqlarına əsaslanaraq demək olar ki, mədəni təbəqənin alt hissəsi gec çürüyən tikanlı bitkilərdən-gəvən və gəngiz dən ibarət olmuşdur. Divarla mağaranın arasındakı döşəməyə müxtəlif tullantılar və bitki çürüntüləri dolmuşdur.
Dərəşam nahiyəsi
Dərəşam Culfa rayonu ərazisində, Araz çayının sol sahilində qədim yurd yeri, vaxtilə Naxçıvan sancağının inzibati ərazi bölgüsünə daxil olan nahiyə adıdır. Dərəşam nahiyəsi XVI əsrdə təşkil olunmuş, Nehrəm kəndindən Araz çayı boyunca indiki Gülüstan kəndi də (Culfa rayonu) daxil olmaqla böyük bir ərazini əhatə etmiş və nahiyənin mərkəzi Başkənd olmuşdur. Həmin dövrdə Dərəşam nahiyəsi "Dibkənd", "Başkənd" və "Ortakənd" adlı yaşayış məntəqələrini, XVIII əsrdə isə Culqa kəndi də (Culfanın əvvəlki adı) daxil olmaqla, 4 kəndi (Başkənd, Dibkənd, Ortakənd və Culqa) əhatə etmişdir. 1840-cı ildə Dərəşam nahiyəsi ləğv edilmiş, nahiyəyə daxil olan Dibkənd, Başkənd və Ortakənd yaşayış məntəqələri dağılmış, tarixin dolaylarında itib-batmışdır. "Dərəşam" adına ilk dəfə Dədə Qorqud dastanlarında rast gəlinir. Dastanın "Uşun Qoca oğlu Səyrək boyunu bəyan edər" boyunda deyilir: "İki qardaş qara donlu kafirlərin üstünə at sürüb qılınc çaldı; onları qırıb çatdılar, qovub qalaya saldılar. Hərlədib, fırladıb atları qabaqlarına qatdılar. Dərəşam suyunu üzüb keçdilər". Bu fakt sübut edir ki, "Dərəşam" adı nahiyə təşkil edilməmişdən əvvəl məlum olmuş və nahiyə öz adını "Dərəşam" ərazi adından almış, onomastik leksikamıza "Dərəşam dağı", "Dərəşam" yaşayış yeri, "Dərəşam nahiyəsi", "Dərəşam" dəmiryol keçidi, "Dərəşam mərtəbəsi", "Dərəşam mineral bulağı" və sair kimi adlar daxil olmuşdur. Hazırda Şahbuz şəhəri ərazisində qədim Şamlar yaşayış yeri, Şamlar massivi, Şamlar arxı, Şamlar nekropoluu, Culfa rayonu ərazisində Şamlu dərəsi, Ordubad, Zəngilan, Saatlı, Sabirabad, Laçın rayonlarında, Zəngəzurda "şam" komponentli onomastik vahidlər mövcuddur.