Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəməşq
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. == Tarixi == Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Dərəşam
Dərəşam nahiyəsi —
Nepeta
Pişiknanəsi (lat. Nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Emesa
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Denea
Hoveya (lat. Howea) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Denea O.F.Cook Grisebachia Drude & H.Wendl. == Növləri == Howea belmoreana (C.Moore & F.Muell.) Becc.
Dəməşq Universiteti
Dəməşq Universiteti (ərəb. جامعة دمشق‎ Camiʿət Diməşq), 1958-ci ilə qədər – Suriya Universiteti (ərəb. الجامعة السورية‎ əl-Camiʿə s-Suriyyə) — Suriyanın Dəməşq şəhərində dövlət universiteti, əsası 1923-cü ildə qoyulub. Dəməşq Universitetinin prezidenti Məhəmməd Üsamə əl-Cəbbandır.
Dəməşq mühafazası
Dəməşq mühafəzəsi - Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 18.032 km², inzibati mərkəzi Dəməşq şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.711 milyon nəfərdir (Dəməşq şəhrinin əhalisi daxil olmadan) .
Dəməşq mühafazlığı
Dəməşq mühafəzəsi - Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 18.032 km², inzibati mərkəzi Dəməşq şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.711 milyon nəfərdir (Dəməşq şəhrinin əhalisi daxil olmadan) .
Dəməşq mühafəzəsi
Dəməşq mühafəzəsi - Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 18.032 km², inzibati mərkəzi Dəməşq şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.711 milyon nəfərdir (Dəməşq şəhrinin əhalisi daxil olmadan) .
Dəməşq qızılgülü
Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır. == Ekologiyası == Soyuğa, rütubətə, işığa davamlıdır.
Dəməşq şəhəri
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. == Tarixi == Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Dəməşq əyaləti
Dəməşq vəya Şam əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Dərəşam dağı
Dərəşam dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Araz çayınin Nehrəm dərəsindədir. İki zirvədən ibarətdir. Dağın yamacları sıldırımdır, zirvələri isə konudvaridir. Cənub və cənub-qərb yamacları sıldırımlı iki konusvari zirvədən (hünd. 946,0 m və 948,0 m) ibarətdir. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşı və dolomitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir.
Dərəşam mağarası
Dərəşam mağarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Dərəşam dəmiryol stansiyasından şərqində, qayaların arasında arxeoloji abidə. Təbii mağara 3 salondan ibarətdir. Yaşayış əsasən birinci salonda olmuşdur. Lakin mağaranın daxilinə doğru uzanan ikinci, xüsusən üçüncü salon ən çətin hava şəraitində hər hansı təhlükədə etibarlı sığınacaqdır. Təbii mağaranın ön tərəfi əhəng məhlulundan istifadə etməklə daşdan hörülmüş hündür divarla kəsil mişdir. Vaxtilə mağaranın təbii girişi olmuşdur. Lakin hazırda divarın bir qismi və girişi tamamilə dağılmışdır. Buradakı mədəni təbəqə əsasən mağaranın divar hörülmüş qabaq hissəsində olmuşdur. Toplanmış materiallara, bitki qalıqlarına əsaslanaraq demək olar ki, mədəni təbəqənin alt hissəsi gec çürüyən tikanlı bitkilərdən-gəvən və gəngiz dən ibarət olmuşdur. Divarla mağaranın arasındakı döşəməyə müxtəlif tullantılar və bitki çürüntüləri dolmuşdur.
Dərəşam nahiyəsi
== Tarixi == Dərəşam Culfa rayonu ərazisində, Araz çayının sol sahilində qədim yurd yeri, vaxtilə Naxçıvan sancağının inzibati ərazi bölgüsünə daxil olan nahiyə adıdır. Dərəşam nahiyəsi XVI əsrdə təşkil olunmuş, Nehrəm kəndindən Araz çayı boyunca indiki Gülüstan kəndi də (Culfa rayonu) daxil olmaqla böyük bir ərazini əhatə etmiş və nahiyənin mərkəzi Başkənd olmuşdur. Həmin dövrdə Dərəşam nahiyəsi "Dibkənd", "Başkənd" və "Ortakənd" adlı yaşayış məntəqələrini, XVIII əsrdə isə Culqa kəndi də (Culfanın əvvəlki adı) daxil olmaqla, 4 kəndi (Başkənd, Dibkənd, Ortakənd və Culqa) əhatə etmişdir. 1840-cı ildə Dərəşam nahiyəsi ləğv edilmiş, nahiyəyə daxil olan Dibkənd, Başkənd və Ortakənd yaşayış məntəqələri dağılmış, tarixin dolaylarında itib-batmışdır. "Dərəşam" adına ilk dəfə Dədə Qorqud dastanlarında rast gəlinir. Dastanın "Uşun Qoca oğlu Səyrək boyunu bəyan edər" boyunda deyilir: "İki qardaş qara donlu kafirlərin üstünə at sürüb qılınc çaldı; onları qırıb çatdılar, qovub qalaya saldılar. Hərlədib, fırladıb atları qabaqlarına qatdılar. Dərəşam suyunu üzüb keçdilər". Bu fakt sübut edir ki, "Dərəşam" adı nahiyə təşkil edilməmişdən əvvəl məlum olmuş və nahiyə öz adını "Dərəşam" ərazi adından almış, onomastik leksikamıza "Dərəşam dağı", "Dərəşam" yaşayış yeri, "Dərəşam nahiyəsi", "Dərəşam" dəmiryol keçidi, "Dərəşam mərtəbəsi", "Dərəşam mineral bulağı" və sair kimi adlar daxil olmuşdur. Hazırda Şahbuz şəhəri ərazisində qədim Şamlar yaşayış yeri, Şamlar massivi, Şamlar arxı, Şamlar nekropoluu, Culfa rayonu ərazisində Şamlu dərəsi, Ordubad, Zəngilan, Saatlı, Sabirabad, Laçın rayonlarında, Zəngəzurda "şam" komponentli onomastik vahidlər mövcuddur.
Eremiya təpəsi
Eremiya təpəsi (bolq. Еремийски хълм, ‘Eremiyski Halm’ \e-re-'miy-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən qərbdə yerləşən, 863 m hündürlüklü təpədir. Təpə Mareskot silsiləsinə daxildir və Malorad buzlağından cənub-qərbdə yerləşmişdir. Təpə qərbi Bolqarıstanda yerləşən Eremiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Eremiya təpəsi 63°32′45″ c. e. 58°37′46″ q. u. koordinatlarında yerləşmişdir. Kroun zirvəsindən 3.48 km şimal-qərbdə, Korner zirvəsindən 4.83 km şimal-şərqdə, Tanaron burnundan 6 km cənub-şərqdə, Bardarevo təpəsindən 5.89 km cənub-qərbdə yerləşmişdir.
Euphorbia depressa
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Gəmiqaya təpəsi
Gamigaya təpəsi Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.Təpənin sağ tərəfi uçurumdur. Təpənin zirvəsindən Kür çayına görüntü açılır.Gamigaya təpəsinin səthində qədim saxsı qabların parçaları və qırıntıları asanlıqla təsadüf edilir. Bu parçalar göstərir ki, bu ərazidə çoxsaylı qırmızı, sarı və qara rəngli, müxtəlif ölçülü və təsərrüfat təyinatlı gil qablar, küplər mövcud olmuşdur. Qabların üzərinə yapma, cızma və çəkmə üsulu ilə naxışlar vurulmuşdur. Gamigayada sistematik arxeoloji qazıntılar aparılmamışdır. Lakin, buradakı saxsı parçaların Qazax rayonun başqa yerlərində tapılan analoji əşyalarla müqayisəsi, Gamigaya qədim yaşayış məskənini erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid etməyə imkan verir.
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. == Həmçinin bax == Füzuli rayonu == Xarici keçid == armenianvandalism.
Hürmələk təpəsi
Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır. == Tarixi == Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[mənbə göstərin] 1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir. Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır. 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.
Juniperus depressa
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır. Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir.