Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərəvcə
Mərəvcə (lat. Smilax) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinə aid bitki cinsi.
Derəfş
Derəfş (fars. درفش‎; mənası – bayraq) — Qədim İran ordusularında birliklər tərəfindən hərbi bayraq kimi istifadə edilən bayrağabənzər əşya. == Tarixi == Derəfş veksilloid idi, adətən müxtəlif naxışlı və rəngdə olan dəri və ya parçadan ibarət idi. Bundan qohumları tanımaq və bir yerə toplaşmaq, ya da hücum istiqamətini göstərmək üçün əsas simvollardan biri kimi istifadə olunurdu. Əvvəlcə ağacdan, buynuzdan, tuncdan, heyvan dərisindən və digər oyma və boyalı ağac və ya metal bəzək əşyalarından hazırlanmışdır. E.ə. 2,400-cü ilə aid edilən "Derəfş Şəhdad" tarixdə ilk bayraq hesab edilir. Həmçinin, "Derəfş Şahbaz" Böyük Kirin bayraqları üçün istifadə olunduğu halda, bu bayraq kimi bayraqlar e.ə. 550-ci ildə müxtəlif üslub və formada olan Əhəməni ordusunun hər bir hissəsi üçün istifadə edilmişdir. Parfiyalılar Dəmirçi Kavenin təsiri ilə nizənin üstündəki çarpaz çubuğa bağlanan tunc "Derəfş Kavyani"dən bayraq kimi istifadə edirdilər.
Ərəfsə
Ərəfsə (Culfa)
Hamar mərəvcə
Hamar mərəvcə (lat. Smilax glabra) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Hündür mərəvcə
Hündür mərəvcə (lat. Smilax excelsa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Kiçik Asiya və İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir.
Tibbi mərəvcə
Abbas dərəsi
Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Al dərəsi
Al dərəsi (fars. دره آل‎) — İranda dərə. Al dərəsi Məşhəddən 45 kilometr (28 mil) şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən yüksəklikyi 1,998 metrdir. == Xüsusiyyətləri == Al vadisi mənbəyi Həzar Məscid dağlarında olan şəlalələrə malidir. Vadidə 5 şəlalə mövcuddur, lakin burada su axını yalnız güclü yağışlar zamanı baş verir.
Arqun dərəsi
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri. == Coğrafiyası == Çeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş. Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur. XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş.
Asyab dərəsi
Asyab dərəsi — İranda dərə. Küsərx şəhristanında yerləşir. təbii və turistik yerlərindən birinin adıdır. Bu vadinin qərbində Doxtər qalası və Şahı SES yerləşir. Asyab dərəsi əlverişli bitki örtüyünə malikdir, burada hər cür meyvəli və meyvəsiz ağaclar bitir. Vadi Bərdəskən şəhərindən 30 kilometr (19 mil) şimal-şərqdə yerləşir.
Axçu dərəsi
Axçu — Qavqazda çay dərəsi. Dərə Krasnodar diyarının Adler rayonu ərazisindədir. Soçi şəhəri yaxınlığındadır. == Adlanması == Dərə adı ilə bağlı bir neçə versiya mövcuddur: abxaz dilində Аахыц — "cənub yamacı" və ya abxazca Ахуаца — "dağ yeriг" deməkdir. Başqa bir fikirə görə söz "diş" — şiş qaya, zirvə mənasındadır. Abazin dilində isə Axçu "ildırımın vurduğu yer" mənasını verir. == Formalaşması == 20 milyon il əvvəl əhəng daşlı süxurların tektonik qalxması başlamış və bu proses indid də davam edir. Axçu silsiləsi qalxdıqca Mzımte çayının qarşısını almağa başlamışdır. Nəticədə çay silsilədən əlavə dərə-yol açmışdır. Yolun 34 km-lik hissəsində dərənin ən dar hissəsi mövcuddur.
Buynovsk dərəsi
Buynovsk dərəsi (bolq. Буйновското ждрело, Ягодинско ждрело) — Bolqarıstanda, Rodop dağlarının qərbində yerləşən çay dərəsi. Dərə boyu eyni adlı Buynovsk çayı axır. Buynovsk çayı Vıça çayının sol qoludur. Dərə ölkənin Smolyansk vilayətinin ərazisində yerləşir. == Coğrafiyası == Dərənin uzunluğu təqribən 16 km, orta hündürlüyü 1090 metrdir. Buinovo kəndindən şimalda, dəniz səviyyəsindən 1307 metr yüksəklikdən başlayır, sonra şimala istiqamət alır və 16 km-dən sonra Teshel anbarında, dəniz səviyyəsindən 876 m yüksəklikdə bitir. Buynovsk dərəsi əsasən Proterozoy yaşlı mərmər süxurlarından ibarətdir. Məhs bu süxurların yaratdığı təbii gözəllik turistləri özünə cəlb edir. Dərənin ilk 7-8 km-lik hissəsi daha genişdir.
Derəfş Kavyani
Derəfş Kavyani (fars. درفش کاویانی‎) — qədim zamanlardan Sasani imperiyası süqutuna qədər istifadə edilən İran kral derəfşi. Ərəblərin İranı zəbt etməsi prosesində Sasanilərin məğlubiyyətindən sonra bayraq müəyyən bir Zerər bin Xəttab tərəfindən bərpa edilmiş, bunun üçün 30 min dinar almışdır. Xəlifə Ömər bayraqdan bütün qiymətli daşlar çıxarıldıqdan sonra onun yandırılmasını əmr etmişdir. Bayraq həmçinin, "Cəmşid ştandartı" (Drəfş-i Cəmşid, درفش جمشید), "Firidun ştandartı" (Drəfş-i Freydun, درفش فریدون) və "Kral ştandartı" (Drəfş-i Kəyi, درفش کیی) adlandırılmışdır. İsveç tarixçisi Stiq Vikander bayrağın həm də zərdüştilik dininə mənsub bir qrup "Avesta" döyüşçüləri və rahibləri tərəfindən daşındığını iddia etmişdir. "Derəfş Kavyani"nin Parfiya dövründə İranın dövlət bayrağı olduğunu da sübut etmişdir. == Mənşəyi == Ştandartın şər hökmdarı Zəhhaka qarşı üsyan edən mifik qəhrəman Dəmirçi Kave ilə əlaqəsi də qeyd olunur. "Şahnamə" dastanında Zəhhak qəddar ərəb tiran hökmdarı kimi bəhs edilir, Kave xalqı üsyana çağırır, dəridən hazırlanmış öz dəmirçi önlüyündən bayraq kimi istifadə edir və onu nizəyə bağlayır. Müharibə başa çatdıqdan sonra Zəhhak devrilir və taxt padşah Firiduna keçmişdir.
Derəfş Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Derəfş Şəhdad
"Derəfş Şəhdad" — İranda, Kirman ostanının Şəhdad şəhərində aşkar edilmiş tarixi derəfş. Kvadrat metaldan ibarətdir, ölçüsü 23x23 sm-dir, üzərində qartal təmsil olunmuşdur və çubuq üzərində quraşdırılmışdır. Bu bayraq dünyanın ən qədim bayrağı hesab edilir. Üzərində bir xurma ağacı, iki başqa ağac, beş kiçik və böyük insan, iki şir, bir donqar inək və Ciruft mədəniyyətində təsvir olunan ilanlara bənzər bəzi ilanların şəklini görmək olar. Min illərdir paslandığı üçün yaşıllaşmışdır, lakin əvvəlcə günəşi əks etdirən metal parıltıya sahib idi. Aşkar edildikdən sonra Tehrana aparılmış, İran Milli Muzeyində saxlanılır. Qədim İran mifologiyasında Simurq quşu günəş tanrısının, müdriklik və böyük külək tanrısının simvolu olmaqla yanaşı, İran yaylasının qədim yerliləri hesab olunurdu. Bu səbəbdən onun rəmzi Sasanilər dövründə bu bayrağın və "Derəfş Kavyani"nin dirəyində qoyulmuşdur .
Dərəçə (Bostanabad)
Dərəçə (fars. دره چه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (10 ailə).
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. == Həmçinin bax == Füzuli rayonu == Xarici keçid == armenianvandalism.
Hayqır dərəsi
Hayqır dərəsi — İranda dərə. Fars ostanının Firuzabad şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə yerləşir. Dərənin divarlarının dərinliyi bəzən təxminən 450 metrə çatır. Hayqırın tam uzunluğu 18 kilometr (11 mil) qədərdir. Dərə İranın Böyük Kanyonu adlanır. == Necə formalaşdırmaq == Hayqır dərəsi Dəbin antiklinalının eni boyunca uzanır. Su eroziyasına görə genişlənmişdir. Vadinin hündür divarları və dibində axan çay turizmi üçün əlverişli ərazi yaratmışdır.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Meydan dərəsi
Meydan dərəsi — Qubadlı rayonu ərazisində çay. Həkəri çayına çatmayan yarğan-quru dərədir. Rayonun ərazisindəki Meydanarası qışlağının adı ilə Meydanarası variantında da qeydə alınmışdır. 24 km. uzunluğa malik olan bu çay açıq, düzənlik sahədən axdığı üçün belə adlandırılmışdır.
Sükut dərəsi
Sükut dərəsi (ing. Valley of Silence və ya Western Cwm)- Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, düz, bir qədər dalğalı buzlaq vadisidir. Gələcək zirvə cəhdləri üçün marşrutlar axtaran, Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Cwm" adlandırdı. Cwm uels dilində "vadi" deməkdir. Müasir alpinistlər, Sükut dərəsi vasitəsilə həmçinin Everest zirvəsinə çıxırlar; bura Xumbu buz divarından sonra cənub-şərq yolunda yerləşir. Vadinin mərkəzi hissəsi bu buzlağın ən yuxarısına qədər uzanan böyük eninə yarıqlarla parçalanmışdır. Yuxarı dırmaşan alpinistlər bu yarıqları keçmək məcburiyyətindədirlər. Burada Nuptsenin ətəyi boyunca "Nuptse Blade" adı verilən dar bir keçid yolu var (ing. Nuptse corner). Lakin bura Everestin 2400 metr yüksəkliyindəki heyrətamiz mənzərələri təqdim edir (dağın zirvəsi Baza düşərgəsindən görünmür; alpinistlər buranı ilk dəfə burada görürlər).