Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərəköy
Dərəköy (Qızıl Qoç)
Mərzkit
Mərzqat, Mərzəğat və ya Mərzəkit — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 12–14 km cənub-şərqdə, Araz çayının sol sahilində, Aldərə kəndinin yaxınlığında yerləşirdi. Toponim fars dilində "tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd" mənasında işlənən "mərz" sözü ilə türk dilində "yaşayış məntəqəsi, ev, kənd, şəhər, qala" mənasında işlənən "kat" (qat) sözünün birləşməsindən əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301 nəfər, 1897-ci ildə 281 nəfər, 1904-cü ildə 766 nəfər, 1914-cü ildə 751 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1923–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı kəndin sakinləri Aldərə kəndinə köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Dərəköy (Çiftlikköy)
Dərəköy — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Yalova vilayətinə 19 km, Çiftlikköy rayonundan 14 km məsafədədir.
Dərəköy (Damal)
Dərəköy — Türkiyənin Ərdəhan ilinin Damal ilçəsində kənddir. Əhalisi 157 nəfərdir (2021). Kənddə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Dərəköy (Qızıl Qoç)
Dərəköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir Ermənilər kəndə 1840-cı illərdən sonra köçürülmüşdür. Toponim Azərbaycan dilində "iki dağ arasında dərin çuxur" mənasında işlənən dərə sözü ilə türk diləndə kənd mənasında işlənən köy sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SS AS RH-nin 12. XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakyuğ (Dərəkənd) qoyulmuşdur.
Dərzi Vəli (Bukan)
Dərzi Vəli (fars. درويش علي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (60 ailə).