Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. == Coğrafi təsviri == Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.