Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dejarik
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Dolerit
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Domari
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır. Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur.
Domari dili