Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən adətən ABŞ dolları nəzərdə tutulur. 1 dollar 100 sentə bərabərdir.
Domlar
Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎ Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu. == Mədəniyyət == Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir. Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir. Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar. Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur. == Yayılması == Ümumi əhalisi təxminən 2.2 milyondur.
Donald
Donald — Kişi adı. Donald Tramp — ABŞ-nin 45-ci prezidenti. Donald Plezens — Böyük Britaniya aktyoru. Donald Knut — Amerikalı kompüter mütəxəssisi. Donald Sazerlend — Kanada aktyoru və prodüseri. Donald Farquharson (siyasətçi) I Donald (Şotlandiya kralı) — Digər Donald Dak (personaj) — "Walt Disney Animation Studios" kompaniyası tərəfindən yaradılan cizgi filmi personajı.
Şokolad
Şokolad — kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatı. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa süd, qəhvə, qoz və s. qatılır. Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində buraxılır. Qara (acı) şokolad Südlü şokolad Ağ şokolad Qabarcıqlı şokalad Diabetik şokolad Şokoladın tarixi təxminən 3000 ildir. E.ə.
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. == Həyatı == 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. === Səfir kimi === ==== Arqun xan dövrü ==== 7 aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. ==== Keyxatu xan dövrü ==== 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Donald Blokshem
Donald Blokshem (ing. Donald Bloxham; 1973, Birminhem, Vorvikşir qraflığı) — soyqırım, müharibə cinayətləri və digər kütləvi cinayətlər üzrə tədqiqatlarda ixtisaslaşmış Birləşmiş Krallıq tarixiçisi. O, "Journal of Holocaust Education" jurnalının redaktorudur. Kil və Sauthempton universitetlərini bitirmiş, tarix üzrə doktorluq dərəcəsi almışdır. Blokshem Londonda yerləşən Holokost Təhsil Fondunun Tədqiqat direktoru vəzifəsində çalışmışdır. O, 2009-cu ildən Edinburq Universitetində XX əsr tarixindən mühazirələr oxuyur. == Əsərləri == Genocide on Trial: War Crimes Trials and the Formation of Holocaust History and Memory (Oxford University Press, 2001) The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians (Oxford University Press, 2005) The Holocaust: Critical Historical Approaches (Manchester University Press, 2005) Genocide, The World Wars, and the Unweaving of Europe: essays by Donald Bloxham (Vallentine, Mitchell and Co., 2008) The Final Solution: A Genocide (Oxford University Press, 2009) Why History?
Donald Erb
Donald Erb (17 yanvar 1927 – 2008) — amerikalı bəstəkar. == Həyatı == Donald Erb 17 yanvar 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olub.
Donald Glover
Donald Qlover (25 sentyabr 1983, Edvards[d], Kaliforniya) — amerikalı aktyor, komediyaçı, müğənni, repçi, yazar, rejissor və prodüser. Səhnə adı kimi "Childish Gambino" təxəllüsündən istifadə edir. O, yaradıcısı olduğu və rol aldığı "Atlanta" serialına görə iki "Primetime Emmy" və iki "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Donald Knut
Donald Ervin Knut (ing. Donald Ervin Knuth; 10 yanvar 1938[…], Miluoki, Viskonsin) — Amerikalı kompüter mütəxəssisi, alim, riyaziyyatçı və Stenford Universitetinin fəxri professorudur. 10 yanvar 1938-ci ildə amerikalı alim, Stenford universitetinin fəxri professoru, texniki mövzularda kitabların mətnlərinin yığılması üçün nəzərdə tutulmuş TeX və METAFONT stolüstü nəşriyyat sistemlərinin müəllifi Donald Ervin Knut (Donald Ervin Knuth) anadan olmuşdur. 1974-cü ildə alqoritmlərin analizi və proqramlaşdırma dillərinin emalı sahəsinə verdiyi töhfəyə görə, xüsusilə də "Proqramlaşdırma sənəti" (The Art of Computer Programming) adlı məşhur kitablar toplusunu yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Donald Petri
Donald Petri (ing. Donald Petrie; 7 sentyabr 1846 – 1 sentyabr 1925, Oklend) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Donald Petri toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Petrie, D. List of the flowering plants indigenous to Otago (англ.) // Transactions and Proceedings of the Royal Society of New Zealand (англ.)русск. : journal. — 1896. — Vol. 28. — P. 540—591. == Şərəfinə adlandırılmış taksonlar == Petriella Zotov, 1943, nom.
Donald Plezens
Donald Henri Plezens (ing. Donald Pleasence) — Böyük Britaniya aktyorudur.
Donald Ramsfeld
Donald Ramsfeld (9 iyul 1932, Çikaqo - 29 iyun 2021, Taos), Amerikalı siyasətçi, dövlət məmuru və iş adamı idi. 1975-1977-ci illərdə Cerald Ford, 2001-2006-cı illərdə də Corc Buş administrasiyası altında Müdafiə Naziri vəzifəsində çalışıb. Müdafiə naziri vəzifəsində çalışmış həm gənc, həm də ikinci yaşlı insan idi. Bundan əlavə, Ramsfeld İllinoysdan ABŞ senatoru (1963-1969), İqtisadi Fürsətlər Bürosunun direktoru (1969-1970), prezidentin müşaviri (1969-1973), ABŞ-nin NATO yanında Daimi Nümayəndəsi (1973-1974) və Ağ Ev Baş Katibi (1974–1975) vəzifələrində çalışıb. Müdafiə naziri olaraq Ramsfeld Əfqanıstanın işğalı və İraqın işğalında mərkəz rolu oynadı. İraq müharibəsindən əvvəl və müharibə dövründə İraqın aktiv bir kütləvi qırğın silahı proqramına sahib olduğunu iddia etmişdir.
Donald Sazerlend
Donald Maknikol Sazerlend (ing. Donald Sutherland; 17 iyul 1935[…], Sent-Con[d], Nyu-Bransuik – 20 iyun 2024, Mayami, Florida) — Kanada aktyoru və prodüseri. Emmi (1995) və Qızıl Qlobus mükafatı (1996; 2003) mükafatı laureatı. == Həyatı == 17 iyul 1935-ci ildə Sent-Conda doğulmuşdur.
Donald Suann
Donald İbrahim Suann (ing. Donald Ibrahim Swann; 30 sentyabr 1923 – 23 mart 1994, London) — türkmən mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. == Həyatı == Müğənninin atası rus mənşəli ingilis, anası türkmən idi.
Donald Tramp
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Nyu-York ştatı) — ABŞ siyasətçisi, iş adamı, ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017 – 20 yanvar 2021). Tramp 1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib. O, sonradan bu şirkətin adını "The Trump Organization" olaraq dəyişdirmək qərarına gəlmiş, diqqətini isə hündür binaların, otellərin, kazinoların və qolf meydançalarının tikintisinə və təkmilləşdirilməsinə yönəltmişdir. Ona məxsus olan bu şirkət 1990-cı illərin sonlarında müflis olmuşdur. O, sonrakı illərdə bir sıra uğurlu biznes təşəbbüsləri həyata keçirərək şirkətini yenidən ayağa qaldırıb. Belə ki, o, bir çox müəssisələrin “Trump” adı altında fəaliyyət göstərməsinə razılıq verən lisenziya müqavilələrinə imza atıb. Donald Tramp 2004–2015-ci illərdə efirlərə çıxan biznes realiti şousu "The Apprentice"-nin istehsalını və aparıcılığını etmişdir. Donald Tramp 4000-dən çox məhkəmə işində iştirak etmişdir.
Şokalad (film)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir.
Şokolad (film)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir.
Şokolad rəngi
Şokolad rəngi — qəhvəyi rəngin şokoladı xatırladan tonudur. Südlü şokolad kimi tanınan qidanın müəyyənedici rəngidir. Şokoladın Asteklərin Nahuatl dilindəki “chocolātl” sözündən gəldiyi düşünülür. Digər tərəfdən, amerikalı linqvistik William Bright bu sözün Meksika mənbələrində olmadığını bildirmişdir; Meksikalı yazıçı Francisco J. Santamaría sözün mənbəyinin Yucatec Maya dilindəki “chokol” olduğunu iddia etmişdir. Kakao dənəsinin rəngi kimi tanınır.
Donald Qlover
Donald Qlover (25 sentyabr 1983, Edvards[d], Kaliforniya) — amerikalı aktyor, komediyaçı, müğənni, repçi, yazar, rejissor və prodüser. Səhnə adı kimi "Childish Gambino" təxəllüsündən istifadə edir. O, yaradıcısı olduğu və rol aldığı "Atlanta" serialına görə iki "Primetime Emmy" və iki "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Donald Kram
Donald Ceyms Kram (22 aprel 1919[…] – 17 iyun 2001[…]) — amerikalı kimyaçı, 1987-ci ildə"Yüksək seçicilikli struktur spesifik qarşılıqlı təsirli molekulların təkmilləşdirilməsi və istifadəsinə görə" kimya üzrə Nobel mükafatı laureatı olub , bu mükafatı həmkarları Jan-Mari Len və Çarlz Pedersen ilə paylaşdı. Bir karbonil qrupuna malik nukleofilik təsirin nəticəsini proqnozlaşdıran bir model Kram qaydası ilə tanınır. Len və Pedersen ilə birlikdə supramolekulyar kimya sahəsində qondarma "ev sahibi-qonaq" kompleksinin kimyasını qurdu. == Bioqrafiyası == D. Kram Vermont ştatının Çester şəhərində mühacir ailəsində doğulub böyüyüb boya başa çatmışdı. Atası Şotland əsilli , anası isə Alman əsilli idi. Atası Kram dörd yaşına çatmamış öldü və o, başqa uşaqların dəstəyi ilə böyüdü. Erkən yaşda işləməyə başladı, meyvə toplamaq, qəzet çatdırmaq, ev rəngləmək kimi işlərlə məşğul oldu ki , öz fortepiano dərslərini ödəmək üçün pul qazanmağa məcbur idi. On səkkiz yaşına kimi o, çox müxtəlif ixtisas üzrə çalışmışdır. D. Kram Nyu-Yorkun Long Island şəhərindəki Vinvuud Liseyində oxuyub. 1938–1941-ci illərdə Florida ştatının Vinter Park şəhərindəki Rollins Kollecində oxuyub və Milli Şərəf Təqaüdünə layiq görülüb.
Donald Votson
Donald Votson (ing. Donald Watson, 2 sentyabr 1910, Cənubi Yorkşir[d], Yorkşir və Hamber[d] – 16 noyabr 2005) — ingilis ictimai xadimi, Veqan cəmiyyətinin yaradıcısı və Veqan termininin müəllifidir. == Bioqrafiyası == Donald Votson İngiltərənin Cənubi Yorkşir əyalətindəki Mexborough adlı kiçik mədən şəhərində bir məktəb direktoru üçün anadan olub. Nə ailədə, nə də uşaqlıqda Donald ətrafındakılar arasında vegetarianlar yox idi. Ancaq Donaldın valideynləri övladlarının tərbiyəsi mövzusunda liberal görüşlərə sahib idilər və öz həyat yollarını axtarmalarında onlara dəstək oldular. Votson, çox erkən yaşlarında heyvandarlığın bəzi cəhətlərini dərk etdi — bu, sonradan vegetarian və sonra bir vegeterian olmaq qərarına təsir etdi. Budur, əmisi Corcun ferması haqqında xatırladığı şey: Donuzların onlardan birinin öldürüldüyünü görəndə "verdiyini" və həyatının dəyişdiyini başa düşdü: 14 yaşında Votson bir vegetarian olduğunu, fikirlərini bölüşən bir nəfəri tanımadığını söylədi. 15 yaşında məktəbi bitirdikdən sonra Votson dülgər olmaq üçün oxumağa getdi. 20 yaşından etibarən dülgərlik dərsi verdi — əvvəlcə Lesterdə (burada Leicester Vegetarian Cəmiyyətinin işində fəal iştirak etdi), sonra Kesvikdə. 1940-cı illərdə süd hazırlama prosesinin təfərrüatlarını öyrəndikdən sonra bir Veqan oldu.
Kiklad adaları
Kiklad adaları və ya Kiklad adaları (yun. Κυκλάδες, Kiklades, hərf. «ətrafında uzanan») — Yunanıstan ərazisinin bir hissəsi kimi, Egey dənizinin cənubunda yerləşən arxipelaq. Şimal-qərbdən cənub-şərqə uzanan 200-dən çox adalar qrupudur. Ümumi sahəsi 2,6 min km2-dir. Yupiterin peyki Avropadakı Kiklad adalarının makulası onun şərəfinə adlandırılmışdır. == Etimologiyası == Yunanca "Κυκλάδες" sözü hərfi mənada "dairəvi" deməkdir. Arxipelaqın adaları qədim zamanlarda yunanlar və Aralıq dənizinin bir çox digər xalqları üçün böyük mədəni və siyasi əhəmiyyətə malik olan Dilos adasını əhatə etdikləri üçün belə adlandırılmışdır.