Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lusi Domisi Paris
Paris (v. 67) — Domisiya Lepidanın köləsi, sonradan azad insan, aktyor. == Həyatı == Paris öz azadlığını satın ala biləcək qədər varlanmışdır. O, azadlığını əldə etdikdən sonra Lusi Domisi Paris (lat. Lucius Domitius Paris) adını almışdır. Bunun müqabilində Domisiya Lepida azad edilmiş kölələrdən biri olan Atimet vasitəsilə nüfuzlu və məşhur anası Aqrippinanın onu vəzifədən salmaq üçün plan hazırladığına dair uydurmalarına Neronu inandırmaqda istifadə etmək üçün ona təsir etmişdir. Bununla belə, Paris teatrsevər Neronun rəğbətini o qədər yüksək tutmuşdu ki, hətta plan uğursuzluğa düçar olanda belə, sui-qəsdçilər arasında yalnız o cəzalandırılmamışdı və hətta az sonra imperator tərəfindən "azad doğulmuş" elan edilmişdir. Beləliklə, Domisiya onu azad etmək üçün aldığı məbləği geri ödəməli olmuşdur. Buna baxmayaraq, Neron sonradan Parisi özünə rəqib aktyor kimi görməyə başlamışdır. E.ə.
Qney Domisi Korbulon
Qney Domisi Korbulon (lat. Gnaeus Domitius Corbulo; təq. 7 – 67, Korinf, Peloponnes) — Roma sərkərdəsi, 39-cu ildə konsul-suffekt. O,Domisilər zadəgan plebey ailəsinin adı indiki dövrdə məlum olmayan qolundan olmuşdur. Korbulon ilk növbədə, imperator Neronun Şərqə yürüşündə iştirak edən sərkərdə kimi tanınır. == Həyatı == Adını paylaşdığı atası imperator Tiberi dövründə pretor kimi senata daxil olmuşdur. Fahişə olan anası Vistiliya pretorian statuslu ailədən gəlirdi və altı fərqli kişidən yeddi uşağı olmuşdur. Bu uşaqlardan bəziləri dövrün siyasi səhnəsinin mühüm fiqurları idi. Romanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək Ermənistana göndərmişdir. 58–63-cü illər Parfiya–Roma müharibəsi zamanı Ermənistan çarı I Trdat Parfiya hakimi olan qardaşı I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkiləri Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir.