Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donni Montell
Donatas Montvidas (lit. Donatas Montvydas; d. 22 oktyabr 1987, Vilnüs, Litva) və ya səhnə adı ilə Donni Montell — Litva müğənnisi və bəstəkarı. Litvanı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Love is Blind" mahnısı ilə təmsil etmiş və finalda ölkəyə 70 xalla 14-cü yeri qazandırmışdır. Donni Montell Litvanı bir daha İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində "I've Been Waiting for This Night" mahnısı ilə təmsil etmiş və ölkəsinə final mərhələsində topladığı 20 xalla 9-cu yeri qazandırmışdır. Donatas Montvidas Litvanın Vilnüs şəhərində anadan olmuşdur. Onun anası gimnast, atası isə "Plackartas" rok qrupunda təbilçi olaraq fəaliyyət göstərmişdir. Montvidasın böyük bacısı peşəkar rəqqasədir. Montvidas uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. O, altı yaşında ikən vokal müəllimi Donatası azyaşlı musiqiçilərin yarışması olan “Dainc dainelė” (“Mahnıların mahnısı”) yarışmasına göndərmişdir.
Donni Yen
Donni Yen (çin. 甄子丹, ing. Donnie Yen, 27 iyul 1963, Quançjou) — Honkonq aktyoru, döyüş sənəti ustası, rejissor, prodüser və hərəkət xeoqrafı. Yen Honkonq film ulduzlarından biridir. Yen Tai Çi, Boks, Kikboksinq, Citkundo, Hapkido, Taekvondo, Karate, Muay Tay, Güləş, Cüdo, Vin Çun və uşu sahələrini yaxşı bilir və bir sıra döyüş sənətlərində bacarıq nümayiş etdirdir. 2000-ci illərin əvvəllərində Asiyanın ən populyar film ulduzlarından biri olan Yen davamlı olaraq Asiyanın ən çox qazanan aktyorlarından biri olub. Yen 2013-cü ildə dörd filmdən və altı reklamdan 220 milyon Honkonq dolları (28.4 milyon ABŞ dolları) qazandı. Yen, Çində Vin Çun-un populyarlaşmasına töhfə verdiyinə görə bir çoxları tərəfindən qiymətləndirilir. O, kassa uğuru qazanan İp Man filmində Vin Çun İp Man rolunu oynayır. Bu Çin qanadında və Asiyanın digər bölgələrində yüzlərlə yeni Vin Çun məktəblərinin açılmasına səbəb oldu.
Donny montell
Donatas Montvidas (lit. Donatas Montvydas; d. 22 oktyabr 1987, Vilnüs, Litva) və ya səhnə adı ilə Donni Montell — Litva müğənnisi və bəstəkarı. Litvanı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Love is Blind" mahnısı ilə təmsil etmiş və finalda ölkəyə 70 xalla 14-cü yeri qazandırmışdır. Donni Montell Litvanı bir daha İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində "I've Been Waiting for This Night" mahnısı ilə təmsil etmiş və ölkəsinə final mərhələsində topladığı 20 xalla 9-cu yeri qazandırmışdır. Donatas Montvidas Litvanın Vilnüs şəhərində anadan olmuşdur. Onun anası gimnast, atası isə "Plackartas" rok qrupunda təbilçi olaraq fəaliyyət göstərmişdir. Montvidasın böyük bacısı peşəkar rəqqasədir. Montvidas uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. O, altı yaşında ikən vokal müəllimi Donatası azyaşlı musiqiçilərin yarışması olan “Dainc dainelė” (“Mahnıların mahnısı”) yarışmasına göndərmişdir.
Donni Yenin filmoqrafiyası
Honq Konq aktyoru, kinorejissor, prodüser Donni Yenin filmoqrafiyası. Donni Yen 74 filmə və 9 tele-seriala çəkilib.
Donia
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Bonnie Tyler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. == Erkən illəri == Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Conney Duarte
Conney Xesus Duarte Yanez (7 fevral 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Duarte öz peşəkar karyerasında debütünü 11 fevral 2017-ci ildə Araqua klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Reyner Kastronu əvəz etmişdir. Həmin görüşdə Karakas rəqibinə 2–1 hesabı ilə məğlub olmuşdur.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub.
Dennis Hacikaduniç
Dennis Hacikaduniç (9 iyul 1998-ci ildə anadan olub) — Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubunda müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İsveç futbolçusudur. Dennis Hacikaduniç 10 oktyabr 2016-cı ildə Malmö klubu ilə müqavilə imzalamışdır. Hacikaduniç öz peşəkar karyerasında debütünü Malmö klubu ilə 30 oktyabr 2016-cı ildə etmişdir. O, Gefle klubu ilə qarşılaşmada Kari Arnasonu əvəz etmiş və 24 dəqiqə meydanda mübarizə aparmışdır. 12 iyul 2018-ci ildə Dennis Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubu ilə 5 illik müqavilə imzalamışdır.
Dennis Lyold
Dennis Lyold (ivr. ‏ניר טיבור‎‏‎;19 iyun 1993, Tel-Əviv) — İsrail musiqiçisi, prodüser, müğənni, mahnı müəllifi və çox instrumentalistdir. Onun 2016-cı ildə çəkilən "Nevermind" adlı mahnısı Almaniya, İsveçrə, Kanada, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə qrafik çəkmiş və İtaliya, Kanada, Almaniya və İsveçrədə platin mükafatına sahib olmuşdur.
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.
Dinnik gürzəsi
Dinnik gürzəsi (Vipera dinniki) — Əsl gürzələr cinsinə aid ilan növü. Rus zooloqu Nikolay Yakovleviçin şərəfinə adlandırılmışdır (1847–1917). Dinnik gürzəsi 500–550 mm uzunluğa malik olur. Quyruğu isə 30–80 mm-dir. Bədənin üzəri boz-yaşıl, narıncı, və qəhvəyi rəng calarlarında olur. Dinnik gürzəsi Böyük Qafqazın yüksək dağlıq ərazilərində yayılmışlar. Onlara Rusiya, Gürcüstan və Azərbaycanda yayılmışlar. Azərbaycanda Zaqatala Dövlət Təbiət qoruğu ərazisində rast gəlinə bilər. Dinnik gürzəsi qafqaz gürzəsinfən fərqli olaraq düzən ərazilərdə yayılmışlar. Onlara əsasən 1500 metrdən 3000 m hündürlüyə qədər olan ərazilərdə rast gəlinir.
Dolqiy adası
Dolqiy — uzunsov və ensiz ada Peçora dənizində, Barens dənizinin cənub-şərqində yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsi ərazisinə daxildir. 38 km uzunluğa, 4 km enə malikdir. Materikdən 12 km aralıda yerləşir. Relyefi düzəndir. Ərazisində tundra hakimdir. Yaxınlığında Matveev, Qoles və Bolşoy Zelenes adaları yerləşir. Ada Nenes Dövlət təbiət qoruğu ərazisinə daxildir. Burada Neneslərə aid müqəddəs məkanlar vardır.
Kay Donner
Kay Donner(isv. Kai (Karl) Reinhold Donner; 1 aprel 1888, Helsinki – 12 fevral 1935, Helsinki) — Fin etnoqrafı, dilçisi və siyasətçisi. 1888-ci ildə anadan olmuşdur. Onun maraq dairəsi Ural dillərinin araşdırılmasıdır. "Beiträge zur Frage nach dem Urspnıng der Jenissei-Ostjaken", "Über das Alter der ostjakischen und vogulischen Renntierzucht" kimi bir sıra yazıların müəllifidir. Ural dillərilə yanaşı əski və yeni türk dilləri ilə də olduqca dərindən məşğul olmuşdur. Dilçi-alimin "Zu den ältesten Berührungen zwischen Samojeden und Türken" başlıqlı yazısı olduqca dəyərli bir əsərdir. Bu yazıda Donner samoyedlər və türklər arasında olmuş qədim əlaqələri işıqlandırmış və çuvaş xüsusiyyətləri daşıyan dilin ortaq türk dilindən ayrılmasından öncəki dövrləri haqqında maraqlı fikirlər söyləmişdir. Donner nəinki əski türk yazıları ilə, həmçinin türk dialektlərinin öyrənilməsi ilə də məşğul olmuşdur. Onun 1956-cı ildə nəşr edilmiş "Kaça" sözlüyü alimlər tərəfindən bəyənilmişdir.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Pleiarina dunnii
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Salix dunnii
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Denni Abs
Denni Abs (ing. Dannie Abse; 22 sentyabr 1923, Kardiff – 28 sentyabr 2014, London) — uelsli ingilis şair, romançı, dramaturq. Denni Abs Uelsin Kardiff şəhərində anadan olmuşdu. Atası Rudolf Abs Cənubi Uelsdəki bir neçə kinoteatrın sahibi idi. Həmçinin Denni Abs siyasətçi Leo Abs və tanınmış, peşəkar psixoanalist Uilfred Absın kiçik qardaşıdır. Denni Abs tibb təhsilini əvvəlcə Uels Kollecində, daha sonra London Kral Kollecində almışdı. Uşaqlıqdan "Cardiff City" futbol klubunun pərəstişkarı olan Denni Abs gələcəkdə ədəbi işində də bunu əks etdirmiş, həmçinin özü də idmanla fəal məşğul olmuşdu. Denni Abs 30 ildən çox bir müddətdə şeir yaradıcılığını tibb təcrübəsi ilə birləşdirmişdi. İlk nəşri olan "After Every Green Thing" 1949-cu ildə çap olunmuşdu. Habelə onun 1954-cü ildə "Ash on a Young Man's Sleeve" adlı avtobioqrafik əsəri nəşr olunmuşdu.
Denni Blançflauer
Robert Dennis Blançflauer (ing. Robert Dennis Blanchflower; 10 fevral 1926 — 9 dekabr 1993), daha çox Denni Blançflauer kimi tanınır (ing. Danny Blanchflower) — Şimali İrlandiya futbolçusu. "Aston Villa" və "Tottnem hotsper" klublarında oynamışdır. 1958 və 1961-ci illərdə İngiltərənin ən güclü futbolçusu hesab edilmişdir. Şimali İrlandiya milli yığmasının tərkibində 56 oyun keçirmişdir. FİFA Dünya Kuboku 1958-in iştirakçısı olmuşdur.
Denni DeVito
Daniel Maykl "Denni" De Vito-oğul (ing. Daniel Michael DeVito Jr.; 17 noyabr 1944, Eşberi-Park, ABŞ) — amerikalı aktyor, ssenarist, prodüser və rejissordur. Denni De Vito 1944-cü ildə ABŞ-də italyan əsilli ailədə anadan olmuşdur. Onun ilk sənəti bərbər olub. De Vito "Uilfred Bərbər Akademiyası"nı bitirmişdir. Film karyerası 1971-ci ildən başlayır. Denni De Vito ilk uğurunu "Ququ quşu yuvasının üzərindən uçarkən" filmində qazanır. 1984-cü ildə çəkilən "Daş ilə roman" filmindən sonra məşhurlaşır. 1985-ci ildən başlayaraq komediya filmlərində çəkilməyə başlayır. 1992-ci ildə öz kinokampaniyasını yaradır ("Jersey Films" kompaniyası).
Denni Denzonqpa
Tsherinq Phintso Denzonqpa (25 fevral 1948, Qanqtok) – daha çox Denni Denzonqpa adı ilə tanınan hindistanlı aktyor, rejissor, müğənni. Padma Şri ordeninin kavaleridir. Denni 25 fevral 1948-ci ildə Sikhim krallığının paytaxtı Qanqtokda buddist ailəsində anadan olub. 1964-cü ildə St. Yozef adına kolleci bitirib. Erkən yaşlarında atçılıqla məşğul olub. Kino aktyor olması ilə yanaşı həm də rəssam, yazıçı və heykəltəraşdır. Kinoda daha çox mənfi obrazları canlandırıb. İlk dəfə olaraq rejissor Rackumar Santoşi ona "Çin qapıları" filmində müsbət rol oynamağı təklif edib. 2000-ci illərin əvvəlllərində Denni "Aşoka" və "16 dekabr" kimi filmlərdə yüksək aktyor oyunu ortaya qoyub.
Denni Treho
Den (Denni) Treho (ing. Dan «Danny» Trejo; doğ. 16 may 1944, Los-Anceles) —ABŞ aktyoru. Kiçik Denni Traho (Dan Trejo Jr) 16 may 1944-cü ildə ABŞ-nin Los-Anceles şəhərində dünyaya gəlib. Denni gənc olarkən heç də nümunəvi bir oğlan deyildi. Narkotik və cinayətkarlıq onun daimi yol yoldaşı idi. O 9 yaşında olarkən boksla məşğul olur, narkotiklərin dadına isə daha əvvəldən baxmışdı. Onun tezliklə həbs edilməsi heç də təəccüb doğurmur və o bu günə qədər 9 həbsxanada olub. İllər keçdikdən sonra narkotik asılılığından xilas olan Denni Traho reabilitasiya mərkəzində işləyərək digərlərinə də bu asılılıqdan xilas olmağa kömək etməyə çalışır. O "Runaway Train" filminin çəkiliş meydançasına təsadüfən gəlib çıxır.