Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anjela Doroqan
Anjela Doroqan (d. 2 noyabr 1989; Kişinyov, Moldova) — Azərbaycanı təmsil edən Moldova əsilli qadın güləşçi. Anjela Doroqan 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi və qızıl medal qazandı. == Həyatı == Anjela Doroqan 2 noyabr 1989-cu ildə Moldovanın paytaxtı Kişinyov şəhərində anadan olub. == Karyerası == Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı. Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı.
Dorota Rabçevska
Dorota Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Dodoma
Dodoma (suah. Dodoma, ing. Dodoma) — Tanzaniyanın paytaxtı və Dodoma vilayətinin inzibati mərkəzi. Əhalisi 2002-ci ilin siyahıyaalmasına görə 324 347 nəfərdir. 1973-cü ildə paytaxtın Dar-əs-Salam şəhərindən Dodomaya köçürülməsi planı hazırlandı. 1996-cı ilin fevralında Tanzaniya Milli Məclisi bura köçürüldü. Lakin bir çox dövlət idarələri hələ də keçmiş paytaxtda qalmaqdadır.
Dorema
Dorema (lat. Dorema) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Daruğa
Daruğa (başq. даруга, tatar. даруга/daruğa; monq. daru- – "basmaq", "möhürləmək") — Monqol imperiyasında ərazi vahidi. Bir daruğa daruğaçı tərəfindən idarə olunurdu. Sonralar bu termin vilayət üçün, əsas da XV–XVI əsrlərdə Kazan və Sibir xanlıqlarında istifadə edilmişdir. XVI–XVIII əsrlərdə Rusiya imperiyasının türklər yaşayan bölgələrində istifadə edilmişdir. Səfəvi İranında bu, prefekt mənasını verən bir titul olmuşdu. Çoxsaylı Səfəvi daruğalarından biri Səfiquli xan idi. 1762-ci ildə başqırd xalqı Kazan, Noqay, Osin Daruğa və Sibir daruğalarına nəzarət edirdi.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Durqa
Durqa (Sanskritcəː दुर्गा, Benqalcaː দুর্গা) Hinduizmdə bir Devidir ulu (ən üstün) ilahə formasıdır. Bir şirin üzərinə minən və bir çox qolunda öldürücü silahlar daşıyan üzündə bunların tam əksi və etimad verici bir ifadə daşıyan, əlləri (müəyyən mənalara işarə edən) mudra formasında bir qadın olaraq təsvir edilir. İlahənin bu forma dişi cins və yaradıcı enerjinin (Şakti) təcəssümü yəni cismaniləşməsi, bədən tapmasıdır. Bəzi adət-ənənələrdə Sarasvati və ya Lakşminin təcəssümü olaraq keçərkən, digər adət-ənənələrdə bu iki ilahə (Sarasvati və Lakşmi) onun qız övladları olaraq keçər.
Xoroq
Xoroq (tac. Хоруғ) — Tacikistanda şəhər, Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi. == Coğrafiyası == Şəhər bölgənin cənub -qərb hissəsində yerləşir və Düşənbədən 525 km aralıda, qərbdən (Günt çayının Pənclərlə birləşdiyi yerdə) Əfqanıstanla həmsərhəddir . Xoroq, bütün marşrutların keçdiyi Pamirlərin turizm mərkəzidir. Xoroq dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir, postsovet məkanında ən yüksək şəhərlərdən və Tacikistanın ən yüksək şəhərlərindən biridir.Xoroq yarı quraq iqlim zonasının bir hissəsidir. İl ərzində az yağış yağır. Köppen iqlim təsnifatına görə, şəhərin iqlimi soyuq qışları olan mülayim enliklərin quru yarı quraq iqlimidir (BSk indeksi). İlin orta hava istiliyi 9.3 ° C, illik 276 mm yağıntı düşür. == İqtisadiyyatı == Xoroq ticarət, nəqliyyat və təhsil üçün vacib bir regional mərkəzdir. Şəhər Moyonşo Nazarşoyev Xoroq Dövlət Universiteti (XoSU), Orta Asiya Beynəlxalq Universitetinin (OABU) bir filialı və Aga Khan Foundation Liseyi kimi təhsil müəssisələrinə ev sahibliyi edir.
Anastasiya Boroda
Anastasiya Boroda (2 yanvar 1976, Cambul vilayəti) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Boroda, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Artemisia dolosa
Artemisia dolosa (lat. Artemisia dolosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Cassia torosa
Senna occidentalis (lat. Senna occidentalis) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Sinonimləri == Cassia caroliniana, Cassia ciliata Raf. Cassia falcata L. Cassia foetida Pers. Cassia laevigata sensu auct. non Prain non Willd. Cassia macradenia, Cassia obliquifolia, Cassia occidentalis, Cassia occidentalis var. arista Cassia occidentalis var. aristata Cassia planisiliqua Cassia torosa Cav.
Dariqa Nazarbayeva
Dariqa Nursultan qızı Nazarbayeva (qaz. Darïğa Nursultanqızı Nazarbayeva; 7 may 1963, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstan siyasi xadimi, siyasi elmlər doktoru; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük qızı. == Siyasi karyerası == Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri seçilib.O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib. == Ailəsi == Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Rahat Əliyev ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.
Dariğa Nazarbayeva
Dariqa Nursultan qızı Nazarbayeva (qaz. Darïğa Nursultanqızı Nazarbayeva; 7 may 1963, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstan siyasi xadimi, siyasi elmlər doktoru; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük qızı. == Siyasi karyerası == Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri seçilib.O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib. == Ailəsi == Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Rahat Əliyev ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.
Didye Droqba
Didye İv Droqba Tebili (fr. Didier Yves Drogba Tébily; 11 mart 1978[…], Abican) — Kot-d'İvuar futbolçusu, Türkiyənin Qalatasaray klubunun hücumçusu və Kot-d'İvuar milli futbol komandasının kapitanı. Kot-d'İvuar futbol tarixinin ən yaxşı bomdbardiri. Qolların cəminə görə isə bu komandanın tarixində 4-cü yerdədir. İngiltərə Premyer-liqasında 100 qol vuran ilk afrikalı futbolçu. == Karyerası == Didye Droqba 1978-ci il martın 11-də Kot-d'İvuarda anadan olub. "Tito" ləqəbli oğlan 5 yaşında ikən əmisi ilə birgə Fransaya gəlir. Fransada futbolun sirlərinə yiyələnməyə başlayan "Tito" ilk peşəkar müqaviləsini 1998-ci ildə Le-Man klubu ilə bağlayır. Daha sonra Genqam klubuna transfer olunan Droqba 2003-cü ildə Olimpik Marsel klubuna keçir. Yeni klubunun heyətində 35 oyuna 18 qol vuran Droqba dünya futbolunda özündən söz etdirməyi bacarır.
Dorema glabrum
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Dorida (okeanida)
Dorida (yun. Δωρίς) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı, Nereyin arvadı və hereidlərin anası.
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d]) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. == İstinadlar == == Xarici keçidlər == "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Mikania porosa
Mikania porosa (lat. Mikania porosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Moloqa çayı
Moloqa (rus. Молога) — Rusiyanın Tver, Novqorod və Voloqda vilayətlərində çay. Volqa çayının sol qoludur. Rıbinski su anbarına tökülür. Uzunluğu 456 km, hövzəsinin sahəsi 29,700 km2-dir. Qarışıq mənbədən qidalanır. Oktyabrın axırından aprelədək donmuş olur. Pestovo şəhərindən gəmiçiliyə yararlıdır. Bejetsk, Pestovo, Ustyujna şəhərləri Moloqda sahilindədir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Moloqa çayı ilə əlaqəli mediafayllar var.
Ocotea porosa
Ocotea porosa (lat. Ocotea porosa) — dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Orasio Kiroqa
Orasio Silvestre Kiroqa Fortesa (isp.: Horacio Silvestre Quiroga Forteza; 31 dekabr 1878[…], Salto – 19 fevral 1937[…], Buenos Ayres) ─ Uruqvay yazıçısı, 31 dekabr 1878 ildə Salto şəhərində anadan olub. 19 fevral 1937 Buenos Ayresdə vəfat edib. == Həyatı və fəaliyyəti == Orasio Kiroqanın atası argentinalı diplomat Prudensio Kiroqadır. Oğlunun doğumundan iki ay yarım sonra təsadüfi tüfəng atəşindən vəfat etdi. Montevideoda təhsil alan Orasio ədəbiyyat və eksperimental elmlərə (mexanika, fizika, kimya) meyl göstərirdi. 1899-cu ildə Parisi ziyarət edir. Uruqvaya qayıdaraq ispan dilini tədris edir, jurnalistika ilə məşğul olur və fotoqraflığa meyl göstərir. İlk çıxışını 1901-ci ildə ispan dilli modernizmin (Ruben Dario) təsiri ilə yazılmış şeir və poetik nəsr kitabı ilə etdi. 1902-ci ildən əsasən Argentinada yaşayırdı. Bir fotoqraf olaraq, Təhsil Nazirliyinin dəstəyi ilə Leopoldo Lugones tərəfindən təşkil edilən Çako vilayətinə bir ekspedisiyada iştirak etmişdir.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. == Fakültələri == Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.