Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
DruGOY
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Drujba (kinoteatr)
"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı – Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası. == Tarixi == Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir. 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir. 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur. === Sökülməsi === 2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır. == Xüsusiyyətlər == Kinoteatr stalinist memarlıq üslubundadır. Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.
Druk
Druk (lat druk — Əjdaha) — Butan respublikasının rəsmi simvolu və Butanın mifoloji personajıdır. Butanın bayrağında əks olunan bu simvol sağlamlıq simvoludur. Jonq-ke dilinde Drukyul - əjdahalar vətəni, və Butanın kralı adlanır. 2007-ci ildə seçkilər zamanı 4 partiya özünü “Qızmızı əjdaha partiyası” adlandırdı. Hər partiya ayrı-ayrı rənglərlə təmsil olundu. Butanın himni “Druk cenden” isə Əjdahanın baş kralı” adlanır. == Digər Asiya əjdahaları == Çin əjdahası Yapon əjdahası Koreya əjdahası Vyetnam əjdahası == İstinad == ↑ About Bhutan :: Bhutan Footprints Travel & AdventureАрхивировано 27 fevral 2010-cu il. Waddell, Laurence (1895). The Buddhism of Tibet Or Lamaism. ss.
Dulok Krallığı
Dulok Krallığı və ya sadəcə Dulok (ing. Duloc Kingdom) — 2001-ci ildə çəkilmiş "Şrek" animasiya filmində təsvir olunan utopik krallıq. "Şrek" filminin rejissoru Duqlas Rocers və komandası Fransanın Dordon bölgəsində gəzintiyə çıxmış və bölgə Dulok Krallığının yaradılması üçün ilham mənbəyi olmuşdur. == Haqqında == 2001-ci ildə çəkilmiş "Şrek" animasiyasında ilk dəfə görülmüşdür. Kralı monarşist Ford Farquaaddır. Paytaxtı Dulokdur. Dulok şəhər-dövlətdir. Ölkənin əhalisi onun sərhədləri içərisində yaşayanlardan ibarətdir. Krallıqda nağıl qəhrəmanları da yaşayır. == Tarixi == Dulok Krallığının tarixi və əvvəlki kralları bilinmir.
Moris Drüon
Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[…], Paris – 14 aprel 2009[…], Paris) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974). == Həyatı == Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir. 1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir. 1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır. 1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir. 1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.
Dilarə Əliyeva (drijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. == Fəaliyyəti == 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Drujba neft kəməri
Drujba neft kəməri — Dünyadakı magistral neft boru kəmərləri sistemindəki ən böyüyüdür. 1960-cı illərdə SSRİ "Lengazspetsstroy" müəssisəsi tərəfindən Volqa-Ural neft və qaz bölgəsindən neftin Qarşılıqlı İqtisadi Yardım Şurasının sosialist ölkələrinə çatdırılması üçün qurulmuşdur: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən Almaniya Demokratik Respublikası. Boru kəməri marşrutu Samaradan Bryanska, oradan Mozira qədər uzanır, sonra iki hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva ərazisi boyunca) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya ərazisi boyunca). Sistemə 8900 km boru kəməri (bunun 3900 km-i Rusiyada), 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası daxildir. Ümumilikdə neft kəməri və anbar təsərrüfatlarında 1,5 milyon m³ neft vardır. Hər il "uzaq xaric" ölkələrinə 66,5 milyon ton , o cümlədən şimal budağı ilə 49,8 milyon ton ixrac olunur. Boru kəmərini Rusiyanın "Transneft" (daha doğrusu, "Transneft Drujba" ASC-nin strukturu)və Slovakiyanın "Transpetrol" şirkəti tərəfindən idarə olunur. Transneft Drujba ASC, həmçinin Baltik dənizindəki Rusiya dəniz limanları ilə Drujbanı birləşdirən Baltik Nəqliyyat Sistemi-II üzrədə fəaliyyət göstərir. 9 fevral 2012-ci ildə Oleg Valentinoviç Bogomolov "Transneft Drujba" ASC-nin baş direktoru təyin edilmişdir. == Tarixi == Boru kəmərinin inşasına 10 dekabr 1960-cı ildə başlanıldı, Əlmət inşaatın başlanğıc nöqtəsi oldu.
Kamal Abdullayev (drijor)
Kamal Canbaxış oğlu Abdullayev (18 yanvar 1927, Bakı – 6 dekabr 1997, Moskva) — Azərbaycan dirijoru, professor, Azərbaycan SSR xalq artisti (1967). == Həyatı == Kamal Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir. Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən" baletlərində, C.Cahangirovun "Azad" operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır.
DruGOY Filip Kirkorov albom
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Druk-Yul parkı
Druk Yul Parkı — Avstriyanın Vyananın cənubundakı 23-cü Liesing rayonunda kiçik bir parkdır. Park Liesinqdə Şpeyzinqer küçələrinin Vitqenşteyn və Rosen Hügel küçələri ilə kəsişməsində yerləşir. == Tarix və infrastruktur == 2007-ci ildə Butan və Avstriya arasındakı sıx dostluğun şərəfləndirilməsi haqqında qərar qəbul edildi. Butan Avstriyanın inkişaf əməkdaşlığı üçün prioritet ölkə olmuşdur. Park Butan Krallığının 100 illiyi münasibətilə salınıb. 2010-cu ildə Avstriya-Butan Cəmiyyətinin təşəbbüsü ilə xoşbəxtlik qülləsi kimi tanınan Çorten, Butan stupa ucaldıldı. 2014-cü ildə HTL Mödling tələbələri yenidən parkda Mani divarını tikdilər. Park 6 aprel 2012-ci ildə Çin, Hindistan səfirləri və Butan Cəmiyyətinin prezidentinin iştirakı ilə açılmışdır. Hindistan, Yaponiya, Kamboca, Monqolustan, Birma, Nepal, Şri-Lanka və Taylandın dostluq cəmiyyətləri də birgə səylərdə iştirak ediblər.