Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağ Drin
Ağ Drin (serb. Бели Дрим, alb. Drini i Bardhë) — Kosovo və Albaniyanın şimalında axan çaydır. Drin çayının iki qolundan biridir. Digər qolu Qara Drindir. Ağ Drinin Kosovo hissəsi 156 km uzunluğundadır. Bu hissə Kosovonun cənub-qərbindən şimala doğru irəliləyir. Ağ Drinin mənbəyi İpək şəhərinin şimalıdır. Bu çay şəlalə və bu kimi digər coğrafi yerlərin yaranmasına səbəb olmuşdur. Şəlalərdən ən böyüyü 25 metr yüksəkliyindədir.
Qara Drin
Qara Drin (mak. Црн Дрим, alb. Drini i Zi) — Şimali Makedoniyada və Albaniyada çay. Mənbəyi Oxrid gölü olub, Şimali Makedoniyanın Struqa şəhərindən keçməklə Albaniyanın Kukes şəhəri yaxınlığında Ağ Drin çayı ilə birləşərək Drin çayını əmələ gətirir. Çay Oxrid gölündən dəniz səviyyəsindən 695 metr hündürlükdən axır və göldən çıxan yeganə su mənbəyidir. Şimali Makedoniya ərazisində çay üzərində 2 böyük su anbarı tikilib: Qlobovise və Spile. Bənd üzərində SES fəaliyyət göstərir. Spile su anbarı Debar şəhərində Debar gölü ilə birləşir. Debar gölünə Qara Drinin əsas qolu olan Radika çayı tökülür. Su anbarından sonra Qara Drin bir neçə km Şimali Makedoniya ilə Albaniya sərhəddi boyu axaraq Albaniyanın Kukes və Dibra vilayətləri ərazisinə daxil olur.
Drin çayı
Drin çayı (alb. Drini; mak. Дрим; yun. Δρινος), Drilon (Δρίλων) — Albaniyanın şimal hissəsində, Kukes şəhəri yaxınlığında Ağ və Qara Drinin birləşməsindən əmələ gələn Albaniyanın ən böyük çayı. Transsərhəd drenaj hövzəsinə Balkan yarımadasının cənub-şərq hissəsində Albaniya, Şimali Makedoniya və Kosovo əraziləri daxildir. Çay hövzəsinin sahəsi 12,6 min km² (14,173 km²), orta su sərfi isə 290 m³/s təşkil edir. Çayın iki qolu var ki, biri Şkoder şəhəri yaxınlığındakı şimal (əsas) Şkoder gölündən axan Buna çayına, digəri isə Leja şəhəri yaxınlığında birbaşa Adriatik dənizinə axır. Balkan yarımadasında Avropa və Asiyanın kəsişməsində yerləşən çay hövzəsinin müxtəlif iqlimi və topoqrafiyası bu ərazinin flora və faunasının geniş spektrini formalaşdırmışdır. Bundan əlavə, Avropanın ən mühüm biomüxtəliflik qaynar nöqtələrindən biri kimi də tanınıb. Drin deltası Beynəlxalq BirdLife Konvensiyasına uyğun olaraq təyinatına görə beynəlxalq əhəmiyyətli mühüm quş ərazisi kimi də təsnif edilir.
Dorin
Dorin — "Ulduz müharibələri" kainatında uydurma planet. Dorin qalaktikanın ucqar nöqtələrində yerləşir və kel-dor növünün ana planetidir. Klon müharibələri zamanı ceday generalı Anakin Skayvolker və komandir Asoka Tano Dorin yaxınlığında separatçı qüvvələri məğlub etmişdir. Planetdən olan ən görkəmli şəxs ceday ustası Plo Kundur. Dorin — Vukipediya saytında.
Dren
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Dvin
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
GRIN
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Ağ Drin kanyonu
Ağ Drin kanyonu və ya Ağ drin dərəsi (alb. Gryka e Drinit të Bardhë; serb. Кањон Белог Дрима) — Qismən tanınmış Kosovo Respublikasının cənub-qərbində yerləşən kiçik kanyon. Kanyon ərazisindən Ağ Drin çayı axır. Kanyon elə də böyük deyildir. Onun uzunluğu 900 metr, hündürlüyü isə 45 metr təşkil edir. Kanyonun girəcəyində Osmanlı imperiyası dönəmindən qalma Şvan körpüsü yerləşir. Bu isə Balkan yarımadasından dalğıcları əraziyə cəlb edir. Kanyonun hidroloji və geomorfoloji əhəmiyyəti nəzərə alınaraq 1986-cı ildə dövlət tərəfindən təbiət abidəsi kimi qoruma altına alınmışdır. Ağ Drin kanyon Şvan körpüsünün qarşısında Zrze kəndinin yaxınlığında, Cakovis — Prizren yolunun üzərində yerləşir.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Brayan Qrin
Brayan Rendolf Qrin (ing. Brian Randolph Greene; 9 fevral 1963[…], Nyu-York, Nyu-York ştatı) — amerikan nəzəriyyəçi fiziki və riyaziyyatçısı, elmin populyarlaşdırıcısı, ən məşhur sim nəzəriyyəçilərindən biri. Qrin 1990–1995-ci illərdə Kornell Universitetində fizika professoru olub və 1996-cı ildən Kolumbiya Universitetinin professoru və 2008-ci ildə həmtəsisçilərindən biri olan Ümumdünya Elm Festivalının sədridir. Qrin iki müxtəlif Kalabi-Yau çoxobrazlılarına (konifoldu onun orbifoldlarından biri ilə konkret əlaqələndirir) aid güzgü simmetriyası üzərində işləmişdir. O, həmçinin flop-keçidini, topoloji dəyişikliyin xəfif formasını təsvir etmiş, sim nəzəriyyəsində topologiyanın konifold nöqtəsində dəyişə biləcəyini göstərmişdir. Qrin geniş ictimaiyyət üçün kitabları, "Zərif kainat", "Zamanın kənarındakı İkar", "Kosmosun strukturu", "Gizli reallıq" və onlarla əlaqədar PBS xüsusi televiziya proqramları vasitəsilə daha geniş auditoriya tərəfindən tanınmışdır. O, həmçinin Böyük partlayış nəzəriyyəsi teleserialının Bitki bağçasının cücərməsi bölümündə, həmçinin Tezlik və Son Mimzi filmlərində rol alıb. Hal-hazırda Atom alimləri bülleteninin Sponsorlar Şurasının üzvüdür. 2020-ci ilin fevralında onun podkastçı Co Roqana verdiyi müsahibəsinə milyonlarla insan tərəfindən izlənilmiş və ya dinlənilmişdir. Brayan Qrin Nyu Yorkda yəhudi ailəsində anadan olmuşdur.
Brin Benson
Brin Benson (22 aprel 1984, Tirana) — alban əsilli ABŞ pornoaktrisası. Brin Benson 22 aprel 1984-cü il tarixin Tirana şəhərində doğulmuşdur. Məktəbi bitirdikdən sonra insan psixiologiyası və seksualogiyası üzrə təhsil almışdır. Həmin müddətdə Tanya Ceyms ilə birgə ailəsindən gizli olaraq pornoqrafik filmdə iştirak etmişdir. Onun ciddi olaraq bu karyeraya marağı yox idi. Bir müddət sonra onun fotoları internet səhifələrində görünür və böyük bacısı bundan xəbər tutur. 2003-cü ildə rəsmi olaraq porno karyerasına başlamışdır. İlk illərdə fotolar çəkdirmiş, sonralar isə filmlərdə çəkilmişdir.
Cessika Qrin
Cessika Qrin (ing. Jessica Green; 11 fevral 1993, Tasmaniya) — Avstraliya aktrisası. Cessika Qrin 11 fevral 1993-cü ildə Avstraliyanın Tasmaniya adasında anadan olmuşdur. 19 yaşında fentezi-gənc dram teleserialı "Lightning Point"in 26 epizodunda Kiki rolunu canlandırmışdır. 2014-cü ildə Avstraliya istehsalı cinayət-dram filmi "Rise"da Amber, 2016-cı ildə qorxu filmi "Red Billabong"da isə Rebekka olaraq rol almışdır. Qrin 2018-ci ildə "Roman Empire" serialının 2-ci mövsümü "Yuli Sezar: Romanın ustası"nda baş rolda Kleopatra obrazını canlandırmışdır. Qrin 2018–2020-ci illər aralığında "The CW" telekanalının fentezi-macəra dram teleserialı "The Outpost"un 36 epizodunda Talon rolunu canlandırmışdır. Los-Anceles şəhərində keçirilən 45-ci "Saturn" mükafatlarında namizəd göstərilsə də, mükafat qazana bilməmişdir.
Con Qrin
Con Maykl Qrin (ing. John Michael Green; 24 avqust 1977[…], İndianapolis) — ABŞ yazıçısı, videobloqqeri, prodüseri, aktyoru və redaktoru. İlk əsəri "Alyaskanın axtarışında" romanıdır. "Eyni ulduzun altında" romanı isə müəllifin ən yaxşı romanı hesab olunur. Alyaskanın axtarışında (ing. Looking for Alaska; 2005) (ISBN 0-525-47506-0) Ketrinlərin bərəkəti (ing. An Abundance of Katherines; 2006) (ISBN 0-525-47688-1) Qar yağsın: Üç bayram sevgi hekayəsi (ing. Let It Snow: Three Holiday Romances; 2008) – Morin Conson və Loren Mirekl ilə (ISBN 0-142-41214-7) Kağız şəhərlər (ing. Paper Towns; 2008) (ISBN 978-0142414934) Vill Qreyson, Vill Qreyson (ing. Will Grayson, Will Grayson; 2010) – Devid Levitan ilə (ISBN 0-525-42158-0) Eyni ulduzun altında (ing.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Drina banovinası
Drina banovinası (serb-xorv. Дринска бановина/Drinska banovina) — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina). Drina banovinası krallığın mərkəzi hissəsi, müasir Bosniya və Herseqovina və Serbiya ərazisində yerləşirdi. Banovinanın bu adı burada axan Drina çayı görə verildi. Şimalda Sava və Dunay banovinaları, şərqdə Dunay və Morava, cənubda Zeta və qərbdə Sahil və Vrbas banovinaları ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Sarayevo idi. 1939-cu ildə banovina ərazisinin bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövləti və Üçüncü Reyx işğalı altında olan Serbiya arasında bölündü.
Drina körpüsü
Sokollu Mehmed Paşa və ya Drina körpüsü — 1577-ci ildə Memar Sinan tərəfindən Sokollu Mehmed Paşanın şərəfinə Drina çayı üzərində tiklimiş körpü. About the Mehmed Pasa Sokolović bridge on the official presentation of Tourist organization of Višegrad Arxivləşdirilib 2009-01-24 at the Wayback Machine UNESCO listing of Mehmed Paša Sokolović Bridge in Višegrad Vikianbarda Drina körpüsü ilə əlaqəli mediafayllar var.
Drip Drop
Drip Drop (azərb. Damla damla‎) – Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Səfurə Əlizadənin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri Sandra Bjurmana, musiqisi isə Stefan Örn və Anders Baggeyə aiddir. "Drip Drop" üç mahnı arasından seçilmişdir.
Dris Beytart
Dris Beytart (ing. Dries Buytaert; 19 noyabr 1978) — "Drupal"ın yaradıcısı. Dris Beytart 19 noyabr 1978-ci ildə Belçikanın Antverpen şəhərinin Vilreyk hissəsində anadan olmuşdur. Beytart 2000-ci ildə Antverpen Universitetində informatika sahəsində magistr dərəcəsinə yiyələnib. Elə həmin ildə ən böyük layihəsini – "Drupal"ı təqdim edib. Bundan sonra 2003-cü ilə qədər özəl sektorda işləyib. Dris Beytart 2007-ci ildə Drupal-a əsaslanan layihələrin və xidmətlərin ticarət dəstəyinə yönəldilmiş "Acquia" firmasını yaradıb. Beytart 2008-ci ildə Belçikanın Gent Universitetində doktorluq dissertasiyasını müdafiə edib və informatika və cihazqayırma ("Computer Science and Engineering") sahəsində doktorluq dərəcəsinə layiq görülüb. Həmin ildə istehsalçı veb-saytlarda spam üçün filtr kimi işləyən "Mollom" adlı yeni layihəsini təqdim edir. "Mollom"un tətbiq edilmiş spam-filtr kombinasiyası və CAPTCHA serveri spamı məhv edir.
Dron hücumu
Dron hücumu və ya pilotsuz uçuş aparatı hücumu bir və ya bir neçə pilotsuz hava döyüş maşınlarının və ya silahlandırılmış pilotsuz uçuş aparatlarının (PUA) hücumudur. Bu formada edilən hücumlar adətən hədəfə raket və ya bomba atmaqla həyata keçirilir. Pilotsuz təyyarələr idarə olunan bombalar, kaset bombaları, yandırıcı bombalar, hava-yer raketləri, hava-hava raketləri, tank əleyhinə idarə olunan raketlər, digər növ dəqiq idarə olunan sursatlar, avtomatik toplar və pulemyotlar kimi digər silahlarla təchiz oluna bilərlər. 11 sentyabrdan sonrakı dövrdən etibarən ABŞ Əfqanıstan, Pakistan, Suriya, İraq, Somali və Yəmən kimi ölkələrdə hava-yer tipli raketlərdən istifadə edərək dron hücumları həyata keçirmişdir. Həmçinin Türkiyədə terrorla mübarizə aparmaq üçün Hərbi Pilotsuz Uçuş Aparatları ilə hücumlar həyata keçirir. 2022-ci ildəki Ukrayna-Rusiya müharibəsində də Ukrayna ordusu Türkiyədən alınmış Bayraktar TB2-lərdən, buna cavab olaraq isə Rusiya ordusu İrandan aldığı Geran 2 adı altında istifadə etdiyi Şahid 136 kamidkadze PUA-larından istifadə edir. Dron hücumları bir neçə ölkə tərəfindən məqsədyönlü qətllər üçün istifadə olunur. Dron hücumları adətən terrorçuları öldürmək üçün həyata keçirilir. Dronlar həmçinin qumbara və ya digər döyüş sursatlarını da ata bilərlər. Yüklərinin tərkibində partlayıcı maddələr, qəlpələr, kimyəvi, radioloji və ya bioloji elementlər ola bilər.
Drığ mahalı
Drığ mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Zuvand mahalı, şərqdən Uluf mahalı, qərbdən və şimaldan isə Səfidəşt mahalı ilə həmsərhəd idi. Qоnçin mеşəsindən axan və Şiləvar kəndinə bitişən çay Drığ mahalının sərhədi hesab edilir. Bu çaya "Kəkuyə cu" dеyilirdi. Drığ mahalının sərhəddi оradan, Lənkəran çayından kеçmiş Velədi kəndinin Sоpеh-Xоy pirinə qədər uzanırdı. Əhalinin mütləq əksəriyyəti şiə idi. Drığ mahalında taxılçılıq inkişaf etmişdi. Buranın əhalisi döyüşkən və cəsarətli olmağı ilə seçilirdi. Hazırda kеçmiş Drığ mahalının çох hissəsi Lеrik rayоnu ərazisinə daхildir. Mahalın kiçik bir hissəsi isə hazırda Ərdəbil ostanına daxildir.
Dvin şəhəri
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Dərin Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?