Dvin şəhəri

Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır.

Qədim şəhər
Dvin
erm. Դուին
Dvin xarabalığı
Dvin xarabalığı
40°00′16″ şm. e. 44°34′42″ ş. u.HGYO
Ölkə  Ermənistan
Vilayət Ararat mərzi
Salınma tarixi IV əsr
Banisi III Xosrov
Digər adı azərb. Dəbil
yun. Δούβιος
Dağılma tarixi 1236
Müasir yeri Dvin
Dvin xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir.[1] 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı. Daha sonra Dvin sırayla SalarilərNaxçıvan şahlıq mülklərinə daxil olmuşdur. 1021-ci ildə Əbüləsvar Şavurun əlinə keçmişdi. Bundan sonrakı tarixlərdə SəlcuqlarGürcüstanın əlinə keçəndən sonra 1236-cı ildə Monqollar tərəfindən darmadağın edilmişdir.

  1. Chaumont, M. L. (1986). "ARMENIA AND IRAN ii. The pre-Islamic period". Encyclopaedia Iranica, Vol. II, Fasc. 4. pp. 418–438.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]