Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Murabit
Əlmürabilər, əl-Mürabilər (1090-1147; əl-Murabitun, yaxud "yaşmananlar" - ləmtuna) — 150 ilə yaxın zaman ərzində Məğribin və İspaniyanın böyük hissəsinə hökmranlıq etmiş sülalə. Sonralar Əlmüvəhhidilər tərəfindən sıxışdılımışlar. Abdulla ibn Yasinin başçılığı ilə bərbər tayfalarının hərəkatı nəticəsində yaranmışdı. == Əlmürabilər Mərakeşdə == 1060-cı ildə cənubdan şimala hərəkət edərək Atlas dağlarından keçib Məğribdə 1070-ci ildə Mərakeşin əsasını qoyan bərbər tayfaları. Söhbət bərbərlərdən - müasir Mavritaniyada və Rio-de-Oro rayonlarında yaşayan köçəri maldarlardan gedir. Onların hərəkatın mərkəzi indiki Mavritaniya ərazisi idi. Burada Abdulla ibn Yasinin ribatı (xanəgahı) yerləşmişdir. Onun ardıcılları əlmürabitun ("ribatda yaşayanlar") adlanırdı. Onlar gəzərgi həyat tərzi keçirməli və din düşmənləri ilə mübarizə üçün hərb sənətini öyrənməli idilər. Hərbi rəhbərlik Ləmtun tayfası əmirlərinin (Əlmürabilərin ikinci adı - Ləmtun da buradandır) əlində idi.
Müraciət
Müraciət — kiməsə ünvanlanan şifahi və ya yazılı çağırış, nitq, xahiş.
Quramit
Quramit (lat. Lolium) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Bihuşedici quramit
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
Euphorbia duranii
Euphorbia duranii (lat. Euphorbia duranii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Lupinus duranii
Lupinus duranii (lat. Lupinus duranii) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Əl-Müraciat
Əl-Müraciat (ərəb. المراجعات‎) — Şərəfuddin Musəvinin əl-Əzhər Universitetinin o zamankı rektoru ilə Şiə–Sünni mübahisəsinə dair etdiyi məktublardan ibarət kitab. Kitab 6 Zilqədə 1329-cu ildən 18 Rəbius-Sani 1330-a qədər yazılmış 106 məktubdan ibarətdir.
Sərt quramit
Sərt quramit (lat. Lolium rigidum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Bu bitki 20-50 (60) sm hündürlüyündə taxıllar fəsiləsinin bir illik ot bitkisidir. Çox gövdəlidirlər, gövdələri nazik və dik qalxandırlar. Yarpaqları ensiz xətlidir. Aprel-may aylarında çiçəkləyirlər, iyunun əvvəlində meyvə verirlər. Efemerlik xüsusiyyətlərinə malik olub yovşanla fitosenoloji qruplaşma əmələ gətirirlər. Neftlə çirklənmiş torpaqların bioloji rekultivasiya mərhələsində yaxşı bitmə qabiliyətinə malik taxıl bitkisidir. Qara yonca ilə birlikdə sıx cəngəllik əmələ gətirməklə yüksək məhsuldarlığa (190 s/ha) malikdirlər.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Bruklin Netsdə forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Vill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.