Turacı — Azərbaycan qədim qadın xalq rəqsi.
Turac | |
---|---|
Texnikası | Solo rəqs |
Musiqisi | Mahur muğam üstündə |
Mənşəyi | Azərbaycan |
Yaranma tarixi | XIX əsrin əvvəlləri |
Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır.
Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir. Bu mənzərəyə heyran qalmış xan ucadan deyir : — Sən lap turac kimi oynayırsan. O vaxtdan bəri həmin rəqqasın oynadığı rəqsi "Turacı" adlandırırlar. Gözəl dağ quşuna həsr edilmiş qədim rəqsin adı Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış qızlardan ibarət folklor rəqs kollektivinə verilərək yaşadılır.[1]
"Turac çıxır meydana, oynayır, sağa-sola baxır ki, görsün ovçular var, ya yox. Özü üçün çəmənlikdə şellənə-şellənə gəzir və özünü xoşbəxt hiss etdiyi bir vaxtda ovçu gizləndiyi yerdən çıxıb onu vurur. Güllə qoluna dəyir. Turac yerə yıxılır, ölümlə çarpışır. Allaha, Günəşə yalvarır ki, onu sağaltsın. O, yerdə çox müsibət çəkir, ha qalxmaq istəyir, qalxa bilmir, neçə dəfə yerə dəyir. Nəhayət, qalxır, uçmaq istəyəndə yenə yıxılır. Axırda qalxa bilir, uçur Günəşə sarı və təbiətə qovuşur."[2][3]