Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. == Təyrən == Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Lürən
Lürən — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Lürən kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Lürən sözünün mənası talış dilində Lır (lür) "bataqlıq", "sucaq yer" və ən (on) isə "yer" olmaqla "Bataqlıqda salınan kənd" mənasını ehtiva edir. Kəndin adı talış dilinddə Lıron kimi tələffüs olunur. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Lürən kəndində 32 evdən ibarət 149 nəfər (78 nəfəri kişilər, 71 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi. Hazırda kənd əhalisi 1004 nəfərdən ibarətdir. Kənd əhalisi talış dili ilə yanaşı Azərbaycan dilindən də geniş istifadə edir. == Din == Kənddə "Yusifli" məscidi dini icması fəaliyyət göstərir.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Dren
Üren
Üren Xan - türk və altay mifologiyasında hasat ilahı. Məhsulların bərəkətli olmasını təmin edir. Hasat mövsümündə əkinlərin harman edilməsində mülkiyyətçilərə asanlıq və güc verir. Harman alətlərinin İyelerini (qoruyucu ruhlarını) o göndərir. == Etimologiya == (Ür) kökündən törəmişdir. "Üremek" (törəmək) felindən qaynaqlanır. Ürün (məhsul) sözüylə eyni kökdən gəlir.
Albrext Dürer
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…] – 6 aprel 1528[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir. Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır. == Həyatı == === Ailəsi. İlk illəri. Təhsili (1471–1490) === Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur.
Andre Deren
Andre Deren (fr. André Derain, 10 iyun 1880[…], Şatu[d][…] – 8 sentyabr 1954[…], Qarş[d][…]) — Fransız rəssam, qrafik rəssamı, teatr tərtibçisi, heykəltaraş, keramikaçı. == Bioqrafiya == O, E. Karyeranın (1898–1899) sinfində Parisdə Julian Akademiyasında (1904) təhsil almışdır. Rəssamın formalaşması onun yoldaşı Mauris de Vlaminka və daha sonra ona böyük təsir göstərən Henri Matisse tərəfindən təsirləndi. Orduda uzun bir xidmətdən sonra (1900–1904), sənətçi iki il (1905–1906) Böyük Britaniyaya yola düşdü. Fauvizmin ruhunda hazırlanmış bu mənzərələr təbiət həyatının gərginliyini çatdırmaq istəyi ilə doludur; onların dekorativ effekti təmiz kontrast rənglərin böyük yamalarından olduqca gərgin səslərə əsaslanır (Londra Limanı, 1906, Tate Gallery, London). Şəkillər dərin Autumn Salon 1905-də ictimaiyyətin diqqətini çəkdi. == İstinadlar == == Ədəbiyyat == Sutton D., André Derain, L., 1959.
Dauren Abayev
Dəuren Əskerbek oğlu Abayev (qaz. Дәурен Әскербекұлы Абаев; d. 18 aprel 1979, Almatı, Qazaxıstan SSR, SSRİ) — Qazax diplomat, bürokrat və siyasətçi. Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri (2016–2019), Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (2019–2022) və Mədəniyyət və İdman Naziri (2022–2023). == Həyatı == Dauren Abayev 18 aprel 1979-cu ildə Qazaxıstan SSR-in Almatı şəhərində dünyaya gəlmişdir. Dauren Abayev Əl-Fərabi adına Qazax Dövlət Milli Universitetində baklavr, Niderland Krallığının Leyden Universitetində magistr təhsili almışdır. 2001-2003-cü illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişdir. 2003-2007-ci illərdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı və Hollandiya Krallığındakı Səfirliklərində diplomatik xidmətdə çalışmışdır. Dauren Abayev 2013-cü ildə Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi təyin edilmişdir. O, 2016-cı ildə Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri vəzifəsinə təyin olunmuşdur.
Dauren Nurqozin
Dauren Nurqozin (21 may 1990-ci ildə anadan olub) — Müdafiəçi kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Duran Alfonso
Duran Çetin
Duran Çətin
Durmən (Şaran)
Durmən (başq. Дүрмән, rus. Дюрменево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 11 km, kənd sovetliyindən (Çalmalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (83%) üstünlük təşkil edir.
Düdən gölü
Düdən gölü (türk. Düden Gölü) və ya Kulu gölü (türk. Kulu Gölü) ― Türkiyənin Konya ilində acı göl. Düdən gölü Tuz gölünün 5 kilometr (3.1 mil) şimal-qərbində, Konyanın Kulu şəhərindən 950 metr (3,120 ft) şərqdə yerləşir. 860 hektar ərazini əhatə edən dayaz gölün suyu acıdır. Göl əsasən qərbdən Kulu və Değirmengözü krikləri ilə qidalanır. Göldən çay başlamır. Düdən gölünün qidalanmasında ətrafındakı bulaqlar da rol oynayır. Göldə doqquz adacıq var. Gölün cənubundakı "Kiçik Göl" (türk.
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.
Düsen Kaseinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). == Bioqrafiya == 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düsen Kaseyinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). == Bioqrafiya == 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düzən meşələri
Azər­bay­ca­nın dü­zən me­şə­lə­ri­nə bir-bi­rin­dən kəs­gin fərq­lə­nən qu­ru və rü­tu­bət­li sub­tro­pik iq­lim şə­ra­i­tin­də rast gə­li­nir. Ona gö­rə də bu me­şə­lər müx­tə­lif ağac və kol cins­lə­rin­dən təş­kil olun­muş­dur. Dü­zən me­şə­lə­ri res­pub­li­ka­nın me­şə ilə ör­tü­lü sa­hə­si­nin 10%-ni təş­kil edir. Res­pub­li­ka­mı­zın dü­zən me­şə­lə­ri­nin aşa­ğı­da­kı təs­ni­fa­tı­nı tək­lif edi­rik: Rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Lən­kə­ran ova­lı­ğı); Ya­rım­rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Qa­nıx - Əyriçay va­di­si); Də­niz iq­li­mi şə­ra­i­tin­də dü­zən me­şə­lər (Sa­mur-Də­və­çi ova­lı­ğı); Qu­ru iq­lim şə­ra­i­tin­də dü­zən me­şə­lər (Kür-Araz dü­zən­li­yi); Tu­qay me­şə­lə­ri. == Lənkəran ovalığı meşələri == Lən­kə­ran ova­lı­ğı­nın spe­si­fik rü­tu­bət­li iq­li­mi və əra­zi­si­nin buz­laş­ma­ya mə­ruz qal­ma­ma­sı bu­ra­da bir çox is­ti­se­vər qə­dim re­likt ağac və kol bit­ki növ­lə­ri­nin qal­ma­sı­na im­kan ya­rat­mış­dır. Den­drof­lo­ra­sı­nın zən­gin­li­yi­nə gö­rə Lən­kə­ran ova­lı­ğı (Ta­lış) Qaf­qaz­da bi­rin­ci ye­ri tu­tub, özün­də 150-dən ar­tıq ağac və kol nö­vü cəm­ləş­di­rir, on­la­rın 36-sı en­dem nö­vü olub, tə­bii hal­da yal­nız bu əra­zi­də bi­tir. Ta­lı­şın üçün­cü döv­rə a­id olan əsas ağac və kol növ­lə­rin­dən ipək, ya­xud Lən­kə­ran aka­si­ya­sı, də­mi­ra­ğac, aza­ta­ğac, şa­ba­lıd­yar­paq pa­lıd (lat. Qucras castaneifolia), xə­zər lə­lə­yi, hir­kan pır­ka­lı (İlex Hyrcana Arxivləşdirilib 2017-01-16 at the Wayback Machine), ürək­yar­paq qı­zı­la­ğac (lat. Alnussubcordata) və s. gös­tər­mək olar.
Ken Duken
Ken Duken (alm. Ken Duken‎; doğ. 17 aprel 1979) - Almaniyalı kino aktyor. == Bioqrafiya == Ken Duken keçmiş AFR-ın Haydelberq şəhərində anadan olmuşdu. O film və teatr aktrisası Kristiane Löbün üçüncü uşağıdır; onun atası həkimdir. Duken heç vaxt drama məktəbində iştirak etmirdi, lakin buna baxmayaraq, o Ceyms Reynolds da daxil olmaqla bir sıra drama kurslarını keçmişdir. Aktyor başlanğıcda "Der Besuch der Alten Dame" (Yaşlı xanımın səfəri), "Montevideo Das Haus" (Montevideo evi) kimi pyes və o cümlədən Uilyam Şekspirin müxtəlif teatr rollarında oynamışdır. Televiziyada aktyor qismində Ken, Nadya Ul və Daniel Brül ilə yanaşı Blutiger Ernst adlı cinayət filmində debüt rol almışdır. == Karyera == Ken Dukenin film ekranlarında ilk böyük rolu Franka Potente və Hayner Lauterbax ilə birlikdə rejissor Fridemann Frommun 1999-cu ildə çəkdiyi Schlaraffenland (Süd və Bal diyarı) filmində oynamışdır. Həmin il o alman Film mükafatı üçün namizəd olan Migel Aleksandrenin Gran Paradiso dram filmində oynayır.
Kürən Erik
Kürən Erik (950, Norveç – 1003, Brattalid[d]) — Qrenlandiyanı kəşf edən Vikinq hökmdarı, Norveç mənşəli İslandiya Vikinqlərindən idi. Qrenlandiyada məskən salan ilk avropalı. 982-ci ildə öz adamları ilə qərbə üzərək tapdığı torpağı Green Land (Yaşıl torpaq,diyar) adlandırmışdır. == Qrenlandiyanın kəşfi == Torpaq üstündə düşən davaların birində adam öldürən Erik İslandiyanı tərk etdi. Bunun iki səbəbi var idi. 1) Məhkəmə qərarı ilə o İslandiyadan sürgün edilib 2) Öldürdüyü şəxsin yaxınlarının qisasından qorxaraq İslandiyanı tərk edib. 982-ci ildə İslandiyanı bir qrup köçərilərlə tərk edən Erik üzü qərbə gedərək Qrenlandiya adasını kəşf edir. 80%-i buzdan ibarət olan adanın Green Land (Yaşıl Torpaq, diyar) adlandırılmasının iki versiyası var: Birincidə 982-ci ildə Qrenlandiyanın iqlimi indikindən fərqlənirdi. İkinci versiyaya görə isə bu ad adaya daha çox insan cəlb etmək üçün verilmişdi. == İslandiyaya qayıtması == 986-cı ildə Kürən Erik yenidən İslandiyaya qayıdır.
Kürən atlanqaç
Kürən atlanqaç (lat. Elephantulus rufescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Kürən günotu
Kürən günotu (lat. Hemerocallis fulva) — günotu cinsinə aid bitki növü. == Sinonim == Gloriosa luxurians Lour. ex B.A.Gomes Hemerocallis crocea Lam. Hemerocallis disticha var. kwanso (Regel) Nakai Hemerocallis flava Suter [Illegitimate] Hemerocallis fulva var. fulva fulva Hemerocallis fulva var. kwanso Regel Hemerocallis fulva f. kwanso (Regel) Kitam. Hemerocallis fulva var.