Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dhoti
Dhoti (hind धोती, dhotīIAST) — Cənubi və Cənub-Şərqi Asiyada, xüsusən də Hindistanda yayılan ənənəvi kişi geyim növü. Bu ayaqları və kalçaları ətrafına bükülmüş 2-5 m uzunluğunda parça düzbucaqlı bir zolaqdır. Adətən, ağ və ya bir rəngli bir parça istifadə olunur, bəzən kənarında bir bəzək ilə bəzədilir. Geyindikdə, dar şort və ya qısa haram şalvarlara bənzəyir. Hindistanın cənubunda və Pəncabda dhoti ənənəvi olaraq yubka-şum şəklində geyildi. Dhotinin uzunluğu kasta ayrılığının əlaməti ola bilər: ali kastaların üzvləri, bir qayda olaraq, uzun dhoti, aşağı qala nümayəndələrinin işləməyə daha uyğun olanları daha qısa idi. Cənubi Hindistanda dhotinin istifadəsi də geniş yayılmışdır. Tamil Nadu əyalətində veshi kimi tanınır və sadəcə beldə qıvrılır. Dhoti geyinməyin bu üsulu Kerala və Karnatakada da adi haldır. Cənubdakı bəzi siyasətçilər qəsəbəyə yaxın olduqlarını göstərmək üçün mütəmadi olaraq dhotidən istifadə edirlər.
Artemisia dumosa
Artemisia dumosa (lat. Artemisia dumosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Cənubi Dakota
Cənubi Dakota (ing. South Dakota) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Pirr şəhəridir.
Dorota Rabçevska
Dorota Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Eucalyptus dumosa
Eucalyptus dumosa (lat. Eucalyptus dumosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Quercus dumosa
Quercus dumosa (lat. Quercus dumosa) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Quercus durata
Quercus durata (lat. Quercus durata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Rosa dumosa
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Şimali Dakota
Şimali Dakota (ing. North Dakota) — ABŞ-nin mərkəzi hissəsinin şimalında yerləşən ştat "şimal-qərb mərkəzi" adlandırılan ştatlardan biridir. Əhalisi 723 393 nəfərdir (ştatlar arasında 48-ci yer; 2013-cü il məlumatları; ABŞ əhalisinin 0,21%-i). Onlardan 50,1% qadınlar, 49,9%-ni isə kişilər təşkil edir. Etnik tərkibi: almanlar — 43,9 %, norveçlilər — 30,1 %, irlandlar — 7,7%, hindilər, isveçlilər, ingilislər və fransızlar — 5%. Ruslar — 25 min nəfərdir. Ailə üzvlərinin orta sayı 3-dir. Dövlətin paytaxtı Bismark şəhəridir. Farqo - ştatın ən böyük şəhəri, digər böyük şəhərlər isə Qrend Forks və Maynotdur. Ştatın ərazisində ABŞ Hərbi Hava Qüvvələrinin iki aviabazası — Maynot şəhərindən 21 km şimalda yerləşən "Minot" və Qrend-Forks şəhərindən 26 km qərbdə yerləşən "Qrend-Forks" aviabazaları yerləşir.Həmçinin, ştatdaki yüksək sayda neft yataqlarının kəşf edilməsi, bu ştatdaki işsizliyi ciddi dərəcədə aşağı salmışdır.Rəsmi ləqəbi - "Flikertail Ştatı" (ing.
Duhla zirvəsi
Duhla zirvəsi (bolq. връх Духла, ‘Vrah Duhla’ \'vr&h 'duh-la\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 900 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Duhla mağarasının adını daşıyır. == Yerləşməsi == Duhla zirvəsi 64°52′15″ c. e. 61°52′01″ q. u. koordinatlarında yerləşmişdir.
Adams (Şimali Dakota)
Adams — Amerika Birləşmiş Ştatlarının Şimalı Dakota əyalətinin Valş rayonunda yerləşən şəhər. Şəhərin əhalisi 15 mart 2010 tarixində 127 nəfər idi. == Demoqrafiya == === 2010-cu ilə olan əhali statistikası === 15 mart 2010 tarixində yerinə yetirilən əhali statistikasına görə şəhərin əhalisi 127 şəxsdən 45 ailədən və 38 evden ibarət olduğu müəyyən olunmuşdur. Şəhərin əhalisin 96,8% ağ dərili, 0,1% afro-amerikan, 0,9% yerli amerikan, 0,2% asiyalı, 0,4%-nin isə digər xalqlardan təşkil olunduğu məlum olub.
Farqo (Şimali Dakota)
Farqo (ing. Fargo) — ABŞ-nin Şimali Dakota ştatında şəhər, Kass qraflığının inibati mərkəzi. Yerləşdiriyi ştatının ən böyük şəhəri olan Farqonun əhalisi bütün ştatın əhalisinin 17%-ni təşkil edir. 2018-ci ABŞ əhalinin siyahıyaalınması ehtimallarına görə, şəhərin əhalisi 124.844 nəfərdən ibarətdir. Bu isə Farqonun ən çox əhaliyə malik 222-ci şəhəri edir. Şəhərin əsası 1871-ci ildə qoyulmuşdur. == İqlim == Farqo şəhərinin iqlimi mülayim kontinentaldan kəskin kontinental iqlimə dəyişir. Şəhərdə qışlar ABŞ standartlarına görə çox soyuq, ancaq o qədər də uzunmüddətli olmur. Şəhərdə yaylar çox isti olur. Şəhərin iqlimi o qədər kontinentaldır ki, mütləq maksimum (+45.6 °C) ilə mütləq minimum (−44.4 °C) tempertaturları arasındakı fərq 90 °C-dir.
Dota 2
Dota 2 (ing. Defence of the Ancients 2 - "Qədimlərin Qorunması 2") — Valve tərəfindən yayımlanan (Steam vasitəsilə) və IceFrog tərəfindən hazırlanan RTS (real vaxt strategiya) oyunudur. Oyunun orijinalı "Eul" tərəfindən 2003-cü ildə World of Warcraft xəritəsi olaraq yayınlanıb. İnkişaf etdirilməsi / yenilənməsi Warcraft III: Frozen Throne üzərindən edilmişdir. Oyun MOBA (Online çoxnəfərlik döyüş arenası) janrının ilk nümunəsidir. Dota 2 çox oyunçulu onlayn savaş arenası videooyundu. Bu oyunda əsas məqsəd, 5 nəfərdən təşkil olunmuş komandalar bir-birilərin “Ancient” deyilən qalaları dağıtmalıdılar. Burada xəritə 2D funksiyasında təbliğ olunur və bu oyunda 116 karakter mövcuddur, hansında oyunçular qarşıdakı komandanın seçdiyi oyunçuya uygun oyuçu seçir. == Oyun == 9 iyul 2013 tarixində çıxan "Dota 2" oynaması pulsuz bir oyundur və Steam üzərindən oynanılır. == Qəhrəmanlar == Qəhrəman - oyun içərisində oyunçu tərəfindən idarə edilən xarakterlərə verilən addır.
Duha Surəsi
93-cü surə
Duha dili
Duha dili — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir. == Mənsubluğu == Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur. == Sözləri == Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair. Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min". Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb. == Yox olma təhlükəsi == XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir.