Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır. == Bioqrafiya == 15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi. == Yaradıcılığı == Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.
Dudinka
Dudinka (nen. Тут'ын) — Rusiyanın Krasnoyarsk diyarındadaki regional tabeli bir şəhər. Taymır Dolqan-Nenes rayonunun xüsusi statusu olan bir inzibati-ərazi vahidinin inzibati mərkəzi. Əhalisi 21 015 nəfərdir. (2018). Şəhərin qapalı inzibati-ərazi quruluşu statusuna sahib olmamasına baxmayaraq, 25 noyabr 2001-ci il tarixindən xarici vətəndaşların (o cümlədən Belarusiya vətəndaşları) gəlməsi yalnız səlahiyyətlilərin icazəsi ilə mümkündür. Bundan əvvəl on il (1991-ci ildən) xaricilər üçün giriş açıq idi. == Tarix və toponim == Dudinka XVII əsrin ikinci yarısında, 1667-ci ildə I Aleksey Mixayloviç Romanovun dövründə, Manqazeya oxatan İvan Sorokin tərəfindən təsis edilmişdir. XVII əsrdə Böyük Şimal Ekspedisiyasının iştirakçıları Xariton Laptev, Semyon Çelyuskin, Fedor Minin Duqdinkada qışlamışlar. Onların xəritələrində Dudinka Dudinka çayının üzərində yerləşir.
Dusenia
Duseniella (lat. Duseniella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Dusenia O.Hoffm. == Növləri == Duseniella patagonica (O.Hoffm.) K.Schum.
Uşanka
Uşanka (rus. уша́нка) — rus papağı və ya qulaq papağı, rusların istifadə etdiyi xüsusi bir papaq növüdür. O, həm də hərbi formanın vacib hissəsidir. Soyuq havalarda baş, qulaq, boyun nahiyələrini qoruyur və isti saxlayır. Onlar xəzdən hazırlanır və soyuq bölgələrdə geniş istifadə olunur.
Dusenia patagonica
Emelda Musonda
Emelda Musonda (1 avqust 1985-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Musonda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Red Ərrous FK klubunda çıxış edir.
Andras Ksonka
Andras Ksonka (1 may 2000, Budapeşt) — Macarıstan Nemzeti Baynoksaq təmsilçilərindən olan Ferentsvaroş klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstanlı futbolçudur. == Klub karyerası == === Ferentsvaroş === Ksonka Ferentsvaroş akademiyası vasitəsilə inkişaf etmişdir. Ksonka öz peşəkar karyerasında debütünü 17 may 2017-ci ildə Budafoki klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Roland Varqanı əvəz etmişdir. Maqyar Kubokunun final görüşündə Feretsvaroş rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2017-ci ildə Ksonka Macarıstanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Ksonka Fransa, Şotlandiya, Farer adaları və Türkiyə milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 4 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Donka Uşlinova
Donka Uşlinova (bolq. Донка Ушлинова; 21 dekabr 1885 və ya 1880 – 26 iyun 1937 və ya 1937, Varna) ― Makedoniyadakı bolqar azadlıq hərəkatının iştirakçısı, inqilabçı. O, Makedoniya inqilabi təşkilatının üzvü olub. Uşlinova İlinden üsyanı, Balkan müharibələri və Birinci Dünya müharibəsində iştirak edib. O daha sonra Bolqarıstan ordusunda unter-zabit olub. == Erkən həyatı == Donka Uşlinova 21 dekabr 1880-ci ildə Bitola rayonunun Smilevo kəndində anadan olub və uşaqlığını burada keçirib. O 15 yaşında ikən qonşuluqdakı Lera kəndindən Stavri Xristovla ailə həyatı qurmuşdur. 1902-ci ilin avqustunda, əri Konstantinopolda işləyərkən ərinin qardaşı Apostol və arvadı Srebranın köməyi ilə Uşlinova ona sataşan bir türkü öldürüb. Onlar türklərin qisasından qurtulmaq üçün yaxınlıqdakı dağa qaçmazdan əvvəl ölünü yerli qəbiristanlıqda basdırıblar. == İnqilabi fəaliyyət == Apostol, Srebra və Uşlinova yolda Resen inqilabi bölgəsinin rəhbəri hersoq Slaveyko Arsovun dəstəsi ilə qarşılaşmış, dəstə onlara uniforma vermişdir.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.