Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eva Braun
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Eva Hitler
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Eva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. == Həyatı == 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Eva Peron
Mariya Eva Duarte de Peron (isp. María Eva Duarte de Perón, həmçinin Evita); 7 may 1919, Los Toldos, Buenos Ayres — 26 iyul 1952, Buenos Ayres) — Argentinanın birinci xanımı, 39 və 41-ci prezidentin Xuan Peronun ikinci həyat yoldaşı. == Həyatı == Eva Peron 1919-cu ilin may ayının 7-də Buenos-Ayres əyalətindəki Los Todos kəndində Xuan Duarte və Xuana İbargurenin ailəsində anadan oldu. Amma nə üçünsə anadan olma tarixi sonralar 1922-ci il, 7 may tarixi, adı isə Mariya Eva Duarte kimi göstərildi. Halbuki xaç suyuna salınarkən qeydiyyat dəftərində Eva Mariya İbarguren (7 may 1919-cu il) kimi qeyd edilib. Atası əkinçiliklə məşğul olurdu və qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşayırdı. Əslində həmin dövrdə Latın Amerikasına köç edənlərin yerli qadınlarla evlənərək daha sonra onları orada buraxaraq başqa yerlərə köç etmələri və ya doğma vətənə qayıtmaları adi bir hal idi. Eva da belə bir əlaqənin meyvəsi olaraq dünyaya gəlmişdi. Amma o vaxt ətrafındakılar nikahdankənar dünyaya gələn bu qızcığazın bir vaxtlar adını Argentina tarixinə yazdıracağını və onunla fəxr edəcəklərini ağıllarına belə gətirmirdilər. Eva bir yaşında olarkən Xuan Duarte yaşadığı kəndi tərk edərək başqa yerə getdi.
Eva Rivas
Eva Rivas (emənicə: Եվա Ռիվաս; rusca: Ева Ривас; 13 iyul 1987) — erməni-rus müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edib. == Avroviziya 2010 == Ermənistanı Avroviziya 2010 mahnı müsaqibəsində fevralın 14-də keçirilmiş Milli Finalın SMS və münsif səsverməsinin nəticələrinə görə Eva Rivas təmsil edəcək. Lakin Milli Finalda Evanın rəqibləri olan Emmi-Mihran cütlüyü, eyni zamanda müğənni Razmik Amyan SMS səsverməsinin nəticələrinin saxtalaşdırıldığını bildiriblər. Evanın təmsilçi seçildiyi açıqlanarkən etiraz olaraq Emmi-Mihran və Razmik Amyan səhnəni tərk ediblər. Eva RivasAvroviziya 2010 yarışmasının ikinci yarım finalında "Apricot Stone" (Qaysı çəyirdəyi) adlı mahnı ilə yarışıb.
Eva Sekey
Eva Sekey (mac. Székely Éva; 3 aprel 1927, Budapeşt – 29 fevral 2020, Budapeşt) — Macarıstan üzgüçüsü. O, Helsinkidə keçirilən 1952 Yay Olimpiya Oyunlarında qızıl medal və 1956 Yay Olimpiya Oyunlarında gümüş medal qazandı, altı dünya rekordu vurdu və 44 milli titul qazandı. 1953-cü ildə 400 m fərdi kompleks yarışında ilk dünya rekordunu vurdu. == Həyatı == Sekey Macarıstanın Budapeşt şəhərində anadan olub. 1941-ci ildə Sekey yəhudi olduğu üçün başlamasına çətinliklə icazə verilsə də, sürət üzrə milli rekordu qırdı. Uşaq ikən yerli üzgüçülük komandasında yarışırdı. 1941-ci ildə, 14 yaşında, yəhudi olduğu üçün komandadan qovuldu. Növbəti dörd il ərzində yarışlardan kənarlaşdırıldı və məşhur üzgüçü olduğu üçün Holokostdan qismən xilas oldu. II Dünya Müharibəsinin sonlarına doğru, Budapeştdə isveçrəli şəxsin həddindən artıq doldurulmuş iki otaqlı “təhlükəsizlik evində” 41 nəfərlə birlikdə yaşadı və formada qalmaq üçün hər gün pilləkənləri 100 dəfə yuxarı-aşağı qaçırdı.
Eva Simons
Eva Simons (27 aprel 1982, Amsterdam) holland müğənni. LMFAO, Afrocek və Will.i.am kimi müğənnilərlə oxuduğu mahnılar ilə tanınmışdır.
Eva Yanikovski
Eva Yanikovski (mac. Janikovszky Éva; tam adı Eva Etelka Nametta Kuçeş 23 aprel 1926, Seqed — 14 iyul 2003, Budapeşt) — Macarıstan yazıçısı. Xüsusi şöhrətini o, uşaqlar üçün yazdığı kitablar sayəsində qazanmışdır. Onun əsərləri 30-dan çox müxtəlif dilə tərcümə edilmişdir. == Bioqrafiyası == Eva Yanilovski 23 aprel 1926-cı ildə Seqed şəhərində anadan olmuşdur. 1944-cü ildən 1948-ci ilə qədər Seqed Universitetində fəlsəfə, 1948-ci ildən 1950-ci ilə qədər Budapeştdə Eötvöş Lorand Universitetində fəlsəfə, psixologiya və siyasi iqtisadiyyat üzrə təhsil almışdır. 1950-ci ildə pedaqoq diplomunu almışdır. 1950-ci ildən 1953-cü ilə qədər Eva Təhsil Nazirliyində dərsliklər bölməsində referent işləmişdir. Eva dörd il ərzində gənclər kitab nəşriyyatında (Ifjúsági Könyvkiadó) redaktor kimi çalışmışdır. Sonra Eva Mor Ferensinin nəşriyyatının baş redaktoru olmuşdur.
Runi Eva
Runi Eva (25 dekabr 1996, Duala) — Azərbaycan Premyer Liqasında çıxış edən Turan-Tovuzun futbolçusu.
Eva Kaili
Eva Kaili (26 oktyabr 1978, Saloniki) — 2014-cü ildən Avropa Parlamentinin (AP) üzvü olan yunan siyasətçisi. O Avropa Parlamentində Qətər korrupsiya qalmaqalının bir hissəsi kimi korrupsiyada ittiham olunub və 2022-ci ilin yanvarından 2022-ci ilin dekabrında həbs olunana qədər Avropa Parlamentinin on dörd vitse-prezidentindən biri vəzifəsində çalışıb. 2007–2012-ci illərdə Yunanıstan Parlamentinin üzvü olub və siyasi karyerasından əvvəl 2004–2007-ci illərdə Yunanıstanın televiziya kanalı MEGA Channel-da xəbər aparıcısı olub. Kaili 9 dekabr 2022-ci ildə həbs edildikdən sonra Brüsseldə istintaq təcridxanasında saxlanılır və vəkilləri vasitəsilə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. == Həyatı == Kaili 1978-ci ilin oktyabrında Salonikidə Mariya İqnatiadou və Aleksandros Kailis ailəsində anadan olub. O Saloniki Aristotel Universitetində memarlıq və inşaat mühəndisliyi üzrə təhsil alıb, daha sonra təhsilini Pirey Universitetində davam etdirib, 2008-ci ildə beynəlxalq və Avropa münasibətləri üzrə magistr dərəcəsi alıb. Kailinin həyat yoldaşı 35 yaşlı deputat köməkçisi Françesko Giorgidən 2021-ci il təvəllüdlü bir qızı var. == Karyerası == Siyasi karyerasından əvvəl Kaili 2004–2007-ci illərdə Mega Channel-da xəbər aparıcısı olub. Kaili 1992-ci ildə PASOK Gənclərinə qoşulub. 2001-ci ildə Memarlıq Məktəbi Tələbələr Birliyinin prezidenti, 2002-ci ildə isə Saloniki Şəhər Şurasına seçilən ən gənc üzv oldu.
Eva Tardos
Éva Tardos (1 oktyabr 1957, Budapeşt) — macar riyaziyyatçısı və Kornel Universitetində kompüter elmləri üzrə Yakob Quld Şurman professorüdür. Tardosun tədqiqat marağı alqoritmlərdir. Onun işi qrafiklər və ya şəbəkələrdə kombinatorial optimallaşdırma problemləri üçün səmərəli metodların işlənib hazırlanması və təhlilinə yönəlib. O, şəbəkə axınları, budama və klasterləşdirmə problemləri üçün yaxınlaşma alqoritmləri kimi şəbəkə axını alqoritmləri üzərində müəyyən işlər görmüşdür. Onun son işi alqoritmik oyun nəzəriyyəsi və sadə auksionlara yönəlmişdir . == Təhsil və peşə fəaliyyəti == 1981-ci ildə Tardos Dipl. Riyaziyyat, 1984-cü ildə isə məsləhətçisi Andras Frankın rəhbərliyi altında Eötvös Laurent Universitetinin Elmlər Fakültəsində fəlsəfə doktoru dərəcəsini almışdır. O, 2006–2010-cu illərdə Korneldə Kompüter Elmləri Departamentinin sədri olub və hazırda Kompüter və İnformasiya Elmləri Kollecinin dekanıdır. O, 2004–2009-cu illərdə SIAM Journal on Computing-in baş redaktoru olub və hazırda ACM Journal-ın İqtisadiyyat və Hesablamalar üzrə redaktoru, həmçinin Kompüter Redaktorları Nəzəriyyəsi Şurasının üzvüdür . John Klineberg ilə birlikdə Alqoritm Dizaynı () dərsliyinin müəllifidir.
Eva-Mariya Çornakets
Eva-Mariya Çornakets (y.sorb Jěwa-Marja Čornakec, alm. Eva-Maria Zschornack‎; 8 yanvar 1959) — Sorb yazıçısı, tərcüməçisi və redaktorudur. Yuxarı sorb, Aşağı sorb və Alman dillərində yazır. == Bioqrafiya == Eva-Mariya Çornakets 8 yanvar 1959-cu ildə Bautzen şəhəri yaxınlığındakı Rekelvitz kəndində anadan olmuşdur. Bautzendəki Sorbian Təkmil Liseyində oxumuş və 1977-ci ildə Bautzendə gimnaziyanı bitirib. 1980-1984-cü illərdə Bautzendəki Sorbiya Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda elmi kitabxanaçı, sonra isə ADR Elmlər Akademiyasına məxsus Sorb Xalq Tədqiqatları İnstitutunda çalışıb. 1985-1990-cı illərdə Leypsiq Universitetində mədəniyyətşünaslıq və sorbşünaslıq üzrə təhsil alıb. Təhsilini başa vurduqdan sonra Sorb xalq tədqiqatları institutuna qayıdır. 1992-ci il yanvarın 1-də Bautzendə nəşr olunan Sorb mədəniyyət jurnalının "Rozhlad"ın baş redaktoru olub. 4 iyul 2011-ci ildə sorb uşaq ədəbiyyatı və dramaturgiyasındakı nailiyyətlərinə görə Yakub Çişinski mükafatını layiq görülüb.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
EIA
EIA (Electronics Industries Association — Elektronika sənayesi assosiasiyası) – elektron avadanlıqların hazırlanması ilə məşğul olan çeşidli qurumları birləşdirən və mənzil qərargahı Vaşinqtonda (Kolumbiya dairəsi, ABŞ) yerləşən assosiasiya; ardıcıl qurğuların interfeysinə qoyulan RS-232-C standartı ilə məşhurdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı.
ETA
ETA (bask Euskadi Ta Askatasuna – "Baskların vətəni və azadlıq") — İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşən Basklar ölkəsi bölgəsinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı. 1959-cu ildə Franko diktaturasına qarşı mübarizə məqsədilə yaranmış, 2011-ci ildə hərbi mübarizəni dayandırdığını elan etmişdir. 1962-ci ildə təşkil olunan bask solçu milliyyətçilərinin qurultayında təşkilatlanma prosesini başa çatdıran ETA, özünün əsas məqsədi kimi müstəqil bask dövlətinin (Euskadi) yaradılmasını qarşıya qoymuşdu. 1968-ci ildə silahlı mübarizəyə başlayan ETA 800 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır. İspaniya və Fransa, həmçinin Avropa İttifaqı və ABŞ tərəfindən terror təşkilatı kimi tanınmışdır. Təşkilatın 700-dən artıq üzvü İspaniya, Fransa və digər ölkələrdə həbs cəzasına məhkum edilmişdir. Həyata keçirdiyi terror aktları arasında 1973-cü ildə Fransisko Frankonun yerinə hökumətə rəhbərlik edən admiral Luis Karrero Blankonun qətlə yetirilməsi, 30 dekabr 2006-cı ildə Madridin Barahas hava limanında 2 nəfərin ölümü, 4 nəfərin yaralanması və hava limanı binasının ciddi zədələnməsi ilə nəticələnən partlayış, həmçinin 29 iyul 2009-cu ildə İspaniyanın Burqos şəhərində Mülki Qvardiyanın əsgərlərinin və ailələrinin yaşadığı binanın qarşısında törədilən, 46 nəfərin yaralanması və 14 mərtəbəli yaşayış binasının qismən zədələnməsinə yol açan partlayış xüsusi yer tutur. 1975-ci ildə Frankonun ölümündən sonra "Basklar ölkəsi" İspaniyanın heç bir bölgəsinin malik olmadığı qədər geniş muxtariyyət qazansa da, ETA tam müstəqillik şüarından əl çəkməyib. Fransa 1990-cı illərədək ETA-nı İspaniyanın daxili problemi kimi qəbul edirdi və təşkilatın üzvləri Fransa ərazisində gizlənərək, öz hücumlarını burada hazırlayırdılar. Xüsusilə də Frankonun dövründə Fransa ETA-ya maneə yaratmırdı.
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
Ena
Ena (恵那市, Ena-shi) — Yaponiyanın Çubu regionunun Tono hissəsində, Gifu prefekturasında yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 51.087 nəfərdir, hər km² ərazidə 110 nəfər yaşayır. Şəhərin sahəsi 504,19 km²-dir. Şəhər əslində 1 aprel 1954-cü ildə yaradılmışdır, amma 2004-cü ilin 25 aprelində Ena şəhərinə Aketi, İvamura, Kamiyahaqi və Yamaoka şəhərləri və Kusihara kəndi (hamısı keçmiş Ena qəzasının tərkib hissəsi idilər) birləşdirilmişdir. Beləliklə, yeni Ena şəhəri yaradılmışdır. == Coğrafiya == Dağlar: Kasaqi dağı, Hoko dağı, Yudaçi dağı, Byobu dağı, Yake dağı, Mitsumori dağı. Çaylar: Kiso çayı, Aqi çayı, Kamiyahaqi çayı, Kamimura çayı, Aketi çayı, Toki çayı, Ori çayı. Göllər: Hokonoko gölü, Aqiqava gölü, Okuyohaqi gölü, Oriqava gölü. === Bölgələr === == Tarixi və görməli yerləri == Ena şəhərindəki əsas tarixi və görməli yerlər bunlardır: Hirosiqe İncəsənət Muzeyi, Ena qobusu, Aqiqava su bəndi, İvamura qalasının qalıqları, Yahaqi su bəndi, Monqol kəndi.
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
Evax
Evax (lat. Evax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Iva
Iva (lat. Iva) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Denira Adans.
Neva
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
OVA
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Əbva
Əbva vəya Vədda (ərəb. غزوة الأبواء‎) —qəzvəsi hicrətin iknici ili (623 Avqust) Səfər ayında baş vermiş ilk Qəzvədir(müharbə). Bu qəzvədə məqsəd Bəni Dəmra qəbiləsindən gözlənilən təhlükənin qarşısını almaq idi. Bəni Dəmra qəbiləsi Hz.Peyğəmbərin bu məntəqədə olduğundan xəbərdar olub Peyğəmbərlə sülh müqaviləsi bağlamaq istədiklərini bildirdilər, Peyğəmbər də bu təklifə öz razılığını bildirib, Əbva adlı yerdə müqaviləni bağladılar. == Əbva Bölgəsi == Əbva Məkkə ilə Mədinə arasında, Vəddan yaxınlığında böyük bir kəndin adıdır. Məhəmməd peyğəmbərin anası Aminə binti Vəhəb burda dəfn olunub. Bu Bölgə, Məkkəyə gedən yolun ikiyə bölündüyü bölgədir. Birinci yol Əbva, Vəddan, Cuhfə və Məkkə; ikinci yol Əbva, Cuhf. və Məkkə yoludur. Qədim Əbva kəndi tərk edilərək xarabalığa çevrilib və Xurmalıqdan ibarət olan ərazi Huraybə (Khuraybah) olaraq adlandırılır.
Kva
Kva, həmçinin Yeni Kva və ya Qərbi Kva — Niger-Konqo makroailəsinə daxil olan dillər ailəsi. Qərbi Afrikanın cənub-mərkəzi hissəsində yayılmışdır: Kot-d'İvuarın cənub-şərqində, cənubda və Qananın mərkəzində, Toqo və Beninin cənubunda yayılmışdır. Ailəyə başqaları ilə yanaşı, Akan dilləri də daxildir. == Yazısı == Bəzi kva dilləri üçün yazı ortada missionerlər tərəfindən təqdim edilmişdir. Latın əlifbasına əsaslanır və XIX əsrdə yaradılmışdır. İbtidai məktəblərdə bir çox dillər tədris olunur, tədris və dini ədəbiyyat, əfsanələrin qeydləri var. Radio yayımı, mətbuat və bədii ədəbiyyat əsas dillərdə nəşr olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bennett, Patrick R. & Sterk, Jan P. (1977) 'South Central Niger-Congo: A reclassification'. Studies in African Linguistics, 8, 241–273. Hintze, Ursula (1959) Bibliographie der Kwa-Sprachen und der Sprachen der Togo-Restvölker (mit 11 zweifarbigen Sprachenkarten).
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti