Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayo Edun
Adetayo Oluvatosin Olusequn Edun (14.5.1998) — Fulhem klubundan icarə əsasında Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Erkən həyatı == Edun Londonun İslinqton bölgəsində anadan olmuşdur. O, Enfild Gimnaziyasında təhsil almışdır. == Klub karyerası == === Fulhem === Edun öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Fulhem klubu ilə Liqa Kubokunda Leyton Orient klubuna qarşı oyunda etmişdir. === İpsviç Taun === 3 avqust 2018-ci ildə Edun Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == Edun İngiltərədə anadan olmuşdur. Valideynləri isə Sent-Vinsent və Qrenadin və Nigeriya vətəndaşlarıdır. O, İngiltərə millisinin U-17, U-18, U-19 və U-20 yığmalarında çıxış etmişdir.Edun İngiltərə U-17 millisinə 2015 UEFA Avropa U-17 Çempionatı və 2015 FİFA Dünya U-17 Çempionatında iştirak etmək üçün dəvət almışdır.Edun İngiltərə U-19 millisinə 2017 UEFA Avropa U-19 Çempionatında iştirak etmək üçün dəvət almışdır. O, final görüşündə iki sarı vərəqə alaraq meydanı tərk etmişdir, lakin İngiltərə millisi Portuqaliya millisinə qalib gəlmişdir. Edun sonradan turnirin komandası heyətinə daxil edilmişdir.
Sədun
Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. "Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi. Xaqani və Fələki Şirvani kimi şairlər III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir". Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.
Ədən
Ədən — keçmişdə Yəmənin paytaxtı olmuşdu. == Tarixi == Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur. 1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
.edu
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər;Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Eden (roman)
Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir. == Hekayə == Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.
Eden Alene
Eden Alene (ivr. ‏עדן אלנה‏‎; 7 may 2000, Qüds, İsrail) — Efiopiya əsilli ailədə doğulan yəhudi müğənni. İsraili 2021 Avroviziya Mahnı Müsabiqəsində Set Me Free mahnısı ilə təmsil etmişdir.
Eden Arena
Eden Arena (çex. Eden Aréna) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən futbol stadionu. "Slaviya Praqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 20.617 nəfərdir. Açılışı 7 may 2008-ci ildə olmuşdur. Stadionun əvvəlki adı "Sinot Tip Arena" (çex. Synot Tip Aréna) olub.Eden Arena 30 avqust 2013-cü ildə "Bayern Münhen" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçına ev sahibliyi edib. UEFA Superkuboku uğrunda görüş bu oyuna qədər ənənəvi olaraq Monakodakı II Lui stadionunda keçirilirdi.
Eden Azar
Eden Hazard (7 yanvar 1991[…]) — belçikalı futbolçu, Belçika millisinin yarımmüdafiəçisi.
Eden Hazard
Eden Hazard (7 yanvar 1991[…]) — belçikalı futbolçu, Belçika millisinin yarımmüdafiəçisi.
Edin Ceko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.Hal-hazırda İtalyanın Roma kulubunun sabiq oyunçudur.
Edin Dzeko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.Hal-hazırda İtalyanın Roma kulubunun sabiq oyunçudur.
Eduin Quero
Eduin Estiver Quero Albarrakin (22 aprel 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda müdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Quero Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Ədən bağı
Ədən bağı (İvritcə גַּן עֵדֶן, Gan ʿEdhen; Ərəbcə: جنة عدن, Jannat ʿAdn; İngiliscə:Garden of Eden)İncildə Adəm ilə Həvvanın yaşadığı cənnət bağıdır. == Mövqe == Harada olduğu mübahisəli olsa d Orta Şərqdə bir yerdə olduğu düşünülməkdədir.
Ədən körfəzi
ƏdƏsn körfəzi (ərəb. خليج عدن‎, fr. golfe d'Aden) Ərəb dənizində yerləşən və Hind okeanına aid olan körfəz. Körfəzinin şimal sahilində Ərəbistan yarımadası və orda olan Yəmən ölkəsi məskunlaşıb, şərq və qərbdə isə Afrika kontinenti ilə Somali və Cibuti. Həmdə qərbdə Tacura körfəzinidə qeyd etmək olar. Şərq sərhədi Qvardafuy burnunun meridianı sayılır (51°16’E). Körfəz Babülməndəb boğazı vasitəsilə Qırmızı dənizlə birləşir. Körfəzin iqtisadi əhəmiyyəti ondadıki, o, Fars körfəzindən Avropaya neftin nəqli üçün su yolu kimi istifadə edilir. XXI əsrdən başlayaraq burada dəniz quldurluğu problemi ortaya çıxmışdı. Əsas limanları: Əl Mukəlla (Yəmən), Ədən (Yəmən), Cibuti (Cibuti), Berabera (Somali) == Etimologiyası == Körfəz Öz adını Yəmənin əvvəlki paytaxtı və ən böyük şəhəri olan Ədən şəhərindən alıb.Liman-şəhər olan Ədən bu körfəzin ismini daşıyır.
Əl-Əyun
Əl-Əyun (ərəb. العيون‎, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. == Əhalisi, dil və dini == 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir.
Əl Əyun
Əl-Əyun (ərəb. العيون‎, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. == Əhalisi, dil və dini == 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir.
Bobbi Eden
Bobbi İden (4 yanvar 1980, Haaqa, Niderland) — Holland əsilli Amerika pornoqrafik film aktrisası və beynəlxalq jurnal modeli. O, böyüklər üçün kino sənayesinə, 2002-ci ildə 22 yaşında ikən qədəm qoyub. == Həyatı və karyerası == Bobbi İden şou-biznes modelliyinə 1998-ci ildə qədəm qoyub. O, Hollandiyanın Penthouse ev heyvanı qadını müsabiqəsində ikinci olub. Sonra o, Avropanın müxtəlif yerlərində, o cümlədən alt paltar kataloqlarında modellik etdi, corab promosyonlarında və həftəlik jurnallarda çalışdı. Şou-biznes modeli olduğu üçün 2 il boyunca evi 24 saat müşahidə edildiyini bildirib. İngiltərəyə getdi və Club, Men Only və Soho Maqazin kimi jurnalların 250 mövu, 100 dəfə də üz qabığına çıxdı. 3 il boyunca jurnallarda çalışdı. Jenna Jameson böyüklər üçün çəkilişlərdə yer almaq üçün görüşmələrə başladı; ancaq Bobbi hələ hazır deyildi. O, yarım il Avropada özəl erotik nümayişçi kimi çalışıb.
Eden Şer
Eden Rebekka Şer (26 dekabr 1991-ci ildə anadan olub) — Amerikalı aktrisa, Sitcom serialı The Middle (2009–2018) filmindəki Sue Heck rolu və Disney Channel animasiya dram fantazi filmi olan Ulduz Şər Qüvvələrinə qarşı (2015–2019) serialındakı Ulduz Kəpənək rolu ilə məşhurdur. O, "Orta" filmindəki performansına görə 2013-cü ildə Komediya Serialında Ən Yaxşı Köməkçi Aktrisa üçün Tənqidçilərin Seçdiyi Televiziya Mükafatını qazandı. == Erkən həyat == Şer Kaliforniyanın Los Anceles şəhərində anadan olub. O, məktəb müəllimi olan anası tərəfindən yəhudi olara böyüdü. O, aktyorluq karyerasına səkkiz yaşında məktəb tamaşalarında, yerli teatr tamaşalarında iştirak etməklə və ibtidai məktəb xorunda oxumaqla başlayıb. Jay Leno ilə The Tonight Show- da Jaywalking seqmentində görünməsindən sonra onun aktyorluğa marağı alovlandı. == Karyera == Aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində televiziya seriallarında bir sıra rollar oynadı, lakin seriallar ya ləğv olundu, ya da personajı silindiyi üçün bunların çoxu qısa müddətli oldu. 2006-cı ildə Showtime komediya-dram serialı Weeds -də əsas personajlardan biri Alexander Gouldın məktəbli sevgilisi Gretchen rolunu oynadı. Elə həmin ilin sonunda o, ilk mövsümündə 11 seriyası ləğv edilmiş Sons & Daughters serialında Carrie Fenton rolunu oynadı. 2007-ci ildə Şer Fox dram seriyası The OC- nin son mövsümündə Harbour High-da oxuyan tələbə rolunu oynadı.
Ədən mühafəzəsi
Aden mühafazası — == Ərazisi == Aden mühafazasının ərazisi 1 114 km2-dır. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Aden mühafazasının əhalisi 1 088 654 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Academia.edu
Academia.edu — alimlər üçün Amerikanın kommersiya sosial şəbəkəsidir. Akademik jurnal məqalələrinin sərbəst və açıq bir anbarı olaraq başladı və ".edu" domen adı ilə təltif edildi. Bununla birlikdə, Akademia.edu indi abunəçilərin bütün girişlərini məhdudlaşdırır və müəllifləri öz oxucuları ilə əlaqə qurmaq üçün ödəniş tələb edir. Sayt 2008-ci ilin sentyabr ayında istifadəyə verildi. == Yaranması == Academia.edu Spark Ventures, HOWZAT Partners, Brent Hoberman və başqalarından 600,000 dollar yığan Richard Price tərəfindən təsis edilmişdir.2011-ci ilin noyabr ayında Academia.edu Spark Capital və True Ventures şirkətlərindən 4,5 milyon dollar topladı. Bundan əvvəl, Spark Ventures və bir sıra mələk investorlarından Mark Shuttleworth, Thomas Lehrman və Rupert Pennant-Rea daxil olmaqla 2,2 milyon dollar pul toplamışdı. 2013-cü ilin sentyabr ayında şirkət Khosla Ventures, True Ventures, Spark Ventures, Spark Capital və Rupert Pennant-Ream şirkətlərindən 11.1 milyon dollar toplayaraq ümumi kapital maliyyələşdirməsini 17.7 milyon dollara çatdırdı. Şirkət Qiymətli Kağızlar və Birja Komissiyasına(ing. Securities and Exchange Commission) verdiyi sənədlərdə, Akademia Inc hüquqi adından istifadə edir. == Rəqibləri == Academia.edu-nun rəqiblərinə ResearchGate, Google Scholar və Mendeley daxildir.
Carçı (agah edən)
Carçı - keçmişdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, şəhər və böyük kəndlərin müxtəlif məhəllələrində yüksək səslə car çəkərək əhalini mühüm hadisələrdən agah edən, zəruri məsələləri nəzərə çatdıran şəxs. == Haqqında == Səfəvilər dövründə carçı mülki və hərbi vəzifə olmuşdur. Carçılar carçıbaşının rəhbərliyi altında fəaliyyət göstərirdilər. Divanda çalışan carçılar "divan carçıları", hərbi xidmətdə topçubaşının tabeliyində olanlar isə "topxana carçıları" adlanırdı. Divan carçılarına vəzir başçılıq edirdi. Nadir şahın dövründə (1736-1747) orduda xüsusi carçılar dəstəsi var idi. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild.
Hərəkət edən səki
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. == Terminologiya == O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. == İstifadə sahəsi == Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Rəqs edən ev
Rəqs edən ev — Praqa şəhərində ofis binası. Dekonstruktivizm üslubunda tikilmiş iki silindr şəkilli qüllədən ibarətdir. Qüllənin biri normal, digəri isə destruksiya olunmuş formadadır. Rəqs edən ev rəqs edən cütlüyün memarlıq metaforası hesab olunur. Çox vaxt binanı "Cincer və Fred" adlandırırlar. Silidrdən biri, xarici görünüşcə qadını xatırladır. Onun orta hissəsi nazik olduğundan məhz rəqs edən Cincer Rocers xatırladır. Digər bina isə yuxarıya doğru genişləndiyindən kişi fiqurasını simvolizə edir və Fred Asterə bənzədilir.Ev Praqa 2 rayonunda yerləşir. Resslov küçəsində yerləşən bu tikilinin memarları: xorvat Vlado Miluniç və kanadalı Frenk Qeridir. İnşaat işləri 1992–1996-cı illər arasında davam etmişdir.
Rəqs edən meşə
Rəqs edən meşə (rus. Танцующий лес) — Rusiyanın Kalininqrad vilayətində, Kurş dilində yerləşən qeyri-adi şam meşəsi. Digər meşələrdən fərqli olaraq Rəqs edən meşədə ağaclar müxtəlif formalar (ürək, halqa və s.) əmələ gətirir. Ağacların bu formada olmasının səbəbi bilinmir. Bir versiyaya görə ağacların bu vəziyyətdə olmasının səbəbkarı Rhyacionia buoliana növündən olan güvədir. Yerli versiyaya görə Rəqs edən meşə qumların hərəkətini izləyir.Bənzər meşələr Qazaxıstan və Danimarkada da var. == Tarix == Ağaclar 1960-cı illərdə əkilib. İkinci dünya müharibəsindən öncə nasistlər bu ərazidən planerizm üçün istifadə edirdilər.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.
Qəlbimi Vunded-Nidə dəfn edin (film)
Qəlbimi "Vunded-Ni"də dəfn edin — Di Braunun eyni adlı əsərindən götürülmüş televiziya filmidir. Filmin rejissoru İv Simono, sseraristi Daniil Qiatdır. Filmin əsaslandığı kitab 19-cu əsrin sonlarında Qərbi Amerikada Amerikanın yerli əhalisinin (hindilərin) tarixidir. Film avropalıların Amerikanın qərbinə kolonizasiyası tarixindən və hinduların öz haqları uğrunda mübarizəsindən bəhs edir. Vunded-Ni körfəzində baş verən döyüş siu hinduları ilə ABŞ ordusu arasında baş verən sonuncu və ən böyük silahlı münaqişələrdən biri idi.