Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəndovan
Bəndovan yaşayış yeri — Azərbaycanda orta əsrlərə aid yaşayış yeri. Bəndovan (İrəvan) Bəndovan burnu — Qaradağ rayonunda, Şirvan düzünün Xəzər dənizi içərisinə çıxdığı yer, burun (çıxıntı). Bəndovan (qəsəbə) — Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə inzibati ərazi vahidi də şəhər tipli qəsəbə. Bəndovan Dövlət Təbiət Yasaqlığı — Azərbaycanda dövlət yasaqlığı. Bəndovan palçıq vulkanı — Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşən palçıq vulkanı.
Gəndov
Gəndov (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Kəndoba
Kəndoba — Azərbaycan Respublikasının Ağsu rayonunun Kəndoba kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Yaşayış məntəqəsi vaxtilə Qaraağaclı kəndinin yaxınlığında oba (müvəqqəti yaşayış məntəqəsi) olmuş, daimi yaşayış məntəqəsinə çevrildikdən sonra Qaraağaclı kəndi də ona birləşdirilmişdir. Kənd və oba komponentlərinin birləşməsindən düzəlmiş oykonim də buradan yaranmışdır.
Kəndovan
Kəndovan (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kəndovan (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Lendava
Lendava (mac. Lendva, alm. Lindau‎) — Sloveniyanın Prekmure regionunda yerləşən şəhər. 1955-ci ildə şəhərin adı Dolnja Lendavadan Lendavaya dəyişdirilmişdir. Sloveniyada macarların məskunlaşdığı əsas mərkəzlərdən biridir. Memar İmre Makoveç tərəfindən inşa edilən Macarıstan İcma Mərkəzi və teatrı ilə məşhurdur. == Demoqrafiyası == 2002-ci il siyahıyaalınmasına əsasən, şəhərdə əhali aşağıdakı dillərdə danışır: Sloven dili 5,516 (49.47%) Macar dili 4,390 (39.37%) Digər Avropalılar və başqaları 1,245 (11.16%) Ümumi 11,151 == Tarixi == Alsólendva 1918-ci ilə kimi Macarıstan Krallığında Zala əyalətində yerləşən bölgə idi. 1941-1945-ci illərdə yenidən Macarıstanın tərkibinə daxil edildi. == Yəhudilərin icması == 18-ci əsrdə şəhərin siyahıyaalınmasına əsas burada iki yəhudi tacirin olduğu müəyyənləşmişdir. Həmin siyahıyaalınmada şəhərin ərazisində yəhudi əsilli tacirlərin, hüquqşünasların, həkimlərin yaşadığını görmək olar.
Padova
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Endivia
Kasnı (lat. Cichorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acanthophyton Less.
Eniva
Eniva (yap. 恵庭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
Ərdov
Evdora (nereida)
Evdora — yunan mifologiyasında nereida, Nerey və Doridanınnın.
Gəndov (Lerik)
Gəndov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. (Əslində talış sözü olub, "Qendov"--"təlx su" deməkdir.
Gəndov (İsmayıllı)
Gəndov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov kəndi "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesinin kənarında, Girdimançayın sağ sahilində yerləşir. Kəndin əhalisi 217 nəfərdir ki, onun da 101 nəfəri kişi, 116 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Girdimançayın sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. == Əhalisi == Kənddə 2.296 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir.
Gəndov bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həndovan (Xoy)
Həndovan (fars. هندوان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.107 nəfər yaşayır (166 ailə).
Kəndoba bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəndovan (Nir)
Kəndovan (fars. كندوان‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (68 ailə).
Kəndovan (Sərab)
Kəndovan (fars. كندوان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (52 ailə).
Laura Benkova
Laura Benkova (d. 11 may 2000) — Slovakiyalı üzgüçü. Laura Benkova Slovakiyanı 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. == Karyerası == Laura Benkova birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.27 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Lusiana Mendoza
Lusiana Mendoza (d. 14 mart 1990; Lanus, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusiana Mendoza Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Məleykə Əsədova
Məleykə Əsədova (tam adı: Məleykə Əlifağa qızı Əsədova; 23 aprel 1966, Neftçala) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2000). Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır: Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə), Sədəf (Sultanqulu körpüsü, İsi Məlikzadə), Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya). 1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Onun səhnə rolları bioqrafiyasına Akademik teatrda ifa etdiyi aşağıdakı rollar daxildir: Dilarə ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Şahanə ("Ana intiqamı", Vidadi Babanlı), Kordeliya ("Kral Lir", Uilyam Şekspir), Şirin ("Fərhad və Şirin", Səməd Vurğun), Selcan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Çılğın ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Züleyxa və Kleopatra ("Misir gecələri", Məmməd Səid Ordubadi, Nazim Hikmət, Uilyam Şekspir), Nurcahan ("Mənim günahım", İlyas Əfəndiyev), Qadın ("Cəhənnəm sakinləri", Elçin). Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalarda müxtəlif obrazlar yaratmışdır: Jalə ("Yad qızı", Orxan Kamal), Əfsanə ("İtkin gəlin" Əlibala Hacızadə), Cavidan ("Dodaqdan qəlbə", Rəşad Nuri Güntəkin), Sara ("Apardı sellər Saranı", Kəmalə Ağayeva), Xurşidbanu Natəvan ("Güllələnmiş heykəllər", Hüseynbala Mirələmov) Məleykə Əlifağa qızı Əsədova 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. Prezident mükafatçısıdır.
Nichi Vendola
Nichi Vendola (26 avqust 1958 - Bari, İtaliya) - İtaliyalı siyasətçi.
Nərgiz Əsədova
Nərgiz Əsədova (tam adı: Nərgiz Zakir qızı Əsədova; d. 28 noyabr 1980, Tripoli, Liviya) — Azərbaycan əsilli Rusiya jurnalisti. 1980-ci il 28 noyabrda Liviyanın Tripoli şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunu bitirib. 2004-cü ildə "Kommersant" qəzetinin beynəlxalq şöbəsinə işə götürülüb. 2007-ci ilin avqustundan 2009-cu ilin iyun ayına qədər ABŞ-nin Vaşinqton şəhərində RİA Novosti bürosunun rəhbərinin müavini vəzifəsində çalışmışdır.
Peddi Eşdovn
Peddi Eşdovn yaxud Lord Eşdovn (ing. Jeremy John Durham Ashdown, 27 fevral 1941, Yeni Dehli – 22 dekabr 2018, Bristol) — Böyük Britaniyanın Liberal Demokrat Partiyasının sabiq lideri. Peddi Eşdovn 1941-ci ildə 27 fevralda Britaniya Hindistanında, Yeni Dehlidə anadan olmuşdur. Lord Eşdovn 1988-ci ildən 1999-cu ilədək 11 il ərzində Liberal Demokrat Partiyasının lideri kimi fəaliyyət göstərib. O, Liberal Demokrat Partiyasına uzun müddət rəhbərlik edən lider kimi partiyanın tarixinə daxil olub. 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının Bosniya-Herseqovinada yüksək səviyyəli nümayəndəsi kimi bu ölkənin müharibədən sonra yenidən qurulmasına kömək edib. 2018-ci ilin 22 dekabrında vəfat etmişdir. O, xərçəngdən əziyyət çəkirdi.
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.