Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Episkopi
Episkopi (ing. Episkopi, 34°40′ şm. e. 32°51′ ş. u.) — Akrotiri və Dekeliyanın inzibati mətkəzi. Eyni adlı körfəzin sahilində yerləşir. Episkopi 1953-cü ildə Akritirinin qərb hissəsində , Kiprin müstyəqilliyi elan edilməmişdən əvvəl salınıb. Məhz burada Kipr yunanlarının hərbi bazanın əleyhinə nümayişləri keçirilir.
Yepiskop
Yepiskop (yun. ἐπίσκοπος — "nəzarətçi") — Müasir xristian kilsələrində ali, üçüncü dərəcə ruhani rütbəsi, eyni zamanda arxierey də adlanır. == Mənbə == Ignatius of Antioch, Epistles of to the Ephesians, Magnesians, Trallesians, and Smyrnans, Lightfoot, trans., Harmer, ed. (Kessinger, 1891/2003). ISBN 0-7661-6498-5 Mathews, James, Set Apart To Serve: The Role of the Episcopacy in the Wesleyan Tradition (Nashville: Abingdon, 1985). Moede, Gerald, The Office of Bishop in Methodism: Its History and Development (Nashville: Abingdon, 1965). Епископ Arxivləşdirilib 2002-03-22 at the Wayback Machine Служение церковного управления — епископство: Настольная книга священнослужителя. Т. 4.М.: Изд-во Московской патриархии, 2001 Глава "Епископы" Том IV. "История церкви в период Вселенских соборов" // В. В. Болотов. Лекции по истории Древней Церкви.
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Knyaz-Yepiskop
Knyaz-yepiskop (ing. Prince-bishop, alm. Fürstbischof‎, fr. Prince-évêque), eyni zamanda bir knyazlığın suvereni olan bir yepiskopdur. == Tarixi == Qərbdə IV əsrdən etibarən barbar istilaları qarşısında Roma imperiyasının gücünün azalması ilə bəzən Roma sərkərdələrinin yerini şəhərlərin xristian yepiskopları tutur, şəhər üçün dünyəvi qərarlar verir və lazım gəldikdə öz qoşunlarına başçılıq edirdi. Lakin knyaz-yepiskopla burjuaziya arasında münasibətlər həmişə səmimi deyildi. Şəhərlər imperatorlardan, krallardan və ya onların knyaz-yepiskoplarından qayda-qanunlar tələb etdikcə və özlərini feodallardan müstəqil elan etdikcə, burjuaziya yepiskoplar arasında sürtüşmə gücləndi. Knyaz-yepiskop tərəfindən siyasi olaraq idarə olunan knyazlıq və ya knyaz-yepiskopluq (alm. Hochstift‎) onun yeparxiya yurisdiksiyası ilə tamamilə və ya böyük ölçüdə üst-üstə düşə bilərdi, lakin onun yeparxiyasının bəzi hissələri, hətta yaşadığı şəhər Azad İmperiya şəhəri statususu alarsa onun mülki idarəçiliyindən azad ola bilərdi. Əgər yepiskop arxiyepiskop idisə, düzgün termin knyaz-arxiyepiskop idi; nizami (monastır) ruhanilərdə ekvivalenti knyaz-abbat idi.
Roma yepiskopu
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Ruprext (Frayzinq yepiskopu)
Ruprext (alm. Ruprecht der Tugendhafte‎, 14 may 1481, Heydelberq – 20 avqust 1504, Landshut) — Vittelsbax sülaləsindən Pfals kürfürstü Filippin üçüncü oğlu. 1495-ci ildən 1498-ci ilə qədər Frayzinq yepiskopu idi. == Həyatı == 1481-ci ildə Heydelberqdə anadan olan Ruprext, Pfalsda səkkiz qardaş arasında böyümüşdü. Atası, statusuna uyğun olaraq üçüncü oğlu üçün kilsə vəzifəsi planlaşdırırdı. Filipp Ruprextin 1491-ci ildə doqquz yaşında Vürtsburqda kanon olmasına çalışdı, 1 fevral 1492-ci ildə Frayzinq yepiskop köməkçisi təyin edildi və qısa müddət sonra Frayzinqdə kafedralda işləməyə başladı. Papa VIII İnnokent bunu təsdiq etmədi, lakin bunun heç bir fərqi olmadı. 1493-cü ildə Maynsda Müqəddəs Mariya kilsəsində provost oldu. 1495-ci ildə yepiskop Siktus fon Tannberqin ölümü ilə Frayzinq yepiskopuluğu boş qaldıqda, Filipp oğlunu yepiskop təyin etdi. 1495-ci il avqustun 1-də kafedral rəhbərliyinə seçkilər zamanı Bavariya-Münhen hersoqluğundan bir namizəd və Bavariya-Landsxut tərəfindən dəstəklənən Ruprext vardı.
III Yoann (Sultaniyə yepiskopu)
III Yoann—1377-ci ildə Naxçıvanın1398-ci ildən Sultaniyyə Yepiskopu olmuşdur. Doğum tarixi, yeri haqqında dövrünün mənbələri heçbir məlumat vermədikləri üçün bu haqda məlumat yoxdur. == Həyatı == Dominikanlı müəllif 9 mart 1377-ci ildə Roma papası tərəfindən “Naxçıvan yepiskopu”, 26 avqust 1398-ci ildə isə Sultaniyyədə oturmaq şərti ilə, “Bütün Şərqin arxiyepiskopu” təyin edilmişdir. O, 1403-cü ildə Avropaya qayıtmış və 1404-cü ildə orada “Qafqaz xalqları haqqında məlumat”ları qələmə almışdır.İ. Qalonifontibus həmin əsərində ötəri də olsa, Şəki ölkəsinin ərazisi, etnik tərkibi v s. xüsusiyyətləri barədə də məlumat verir. Söz gedən əsərin T. Layoş tərəfindən macar və ingilis dillərinə edilmiş tərcümələri, müvafiq olaraq 1977 və 1978-ci illərdə Budapeştdə nəşr edilib. Rus dilinə isə Ziya Bünyadov çevirmişdir ki, bu da 1980-cı il-də Bakıda çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Əmir Teymur Ankara döyüşü == Xarici keçidlər == "İoann de-Qalonifontibus". Dünya kitabını tanımaq.(tərc.Ziya Bünyadov) (rus). 1979.
Edvard Bikkerstet (Cənubi Tokio yepiskopu)
Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı – 5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner. == Həyatı == Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur. Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur. Anası Roza isə Samuel Biqnoldun qızı idi. Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır. 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur. 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır. O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır. 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.