Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hideo
Hideo — ad. Hideo Haşimoto — Yaponiya futbolçusu. Hideo Sakay — keçmiş Yaponiya futbolçusu. Hideo Şinocima — keçmiş Yaponiya futbolçusu.
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. == Şəxsi həyatı == Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.
Hideo Haşimoto
Hideo Haşimoto (d. 21 may 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Hideo Sakay
Hideo Sakay (10 iyun 1909 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Hideo Yoşizava
Hideo Yoşizava (吉澤 英生, Yoshizawa Hideo, 10 aprel 1972-ci ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. == Oyunçu karyerası == Hideo Yoşizava 1991-ci ildən 2001-ci ilə qədər Honda klubunda müdafiəçi kimi çıxış etmişdir. == Baş məşqçi karyerası == 2005-ci ildən Yoşizava baş məşqçi kimi fəaliyyət göstərir. İlk olaraq Yaponiya Futbol Liqasının klublarından olan Honda və Ryukyu FK klublarını çalışdırmışdır. Sonralar Regional Liqada mübarizə aparan Matsumoto Yamaqa FK klubunun məşqçisi oldu. 2012-ci ildə isə Qaynare Tottori klubu ilə müqavilə imzaladı.
Hideo İtokava
Hideo İtokava (糸川 英夫, İtokava Hideo, 20 iyul 1912, Tokio[d] – 21 fevral 1999, Maruko[d], Naqano prefekturası) – yaponiyalı raket mühəndisi. O, "Yaponiya raketçiliyinin atası" hesab olunur. Yaponiyada kosmik proqramın inkişafı və tədqiqi üçün gördüyü işlərə görə "Doktor Raket" ləqəbini qazanmışdır. == Həyatı == Hideo İtokava 1912-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Məktəbdə oxuyanda Çarlz Lindberqdən təsirlənmiş və təyyarə sənayesinə maraq göstərməyə başlamışdır. 1935-ci ildə Tokio Universitetini bitirmişdir. İkinci dünya müharibəsi zamanı "Nakajima Aircraft" şirkətində işləyərək Hayabusa kimi müxtəlif döyüş təyyarələrinin dizaynında iştirak etmişdir. Buna baxmayaraq, o, kamikaze proqramına qarşı çıxmış, pilotsuz uçan aparatlardan istifadəni dəstəkləmişdir. İkinci dünya müharibəsindən sonra Yaponiyanın təyyarə sənayesi çökmüş və İtokava bir neçə il tibbi aparatların dizaynı, eləcə də, akustik mühəndisliklə məşğul olmuşdur. O, Yaponiyada elektroensefaloqraf və düralüminiumdən süni ürək hazırlayan ilk şəxs olmuşdur.
Hideo Şinocima
Hideo Şinocima (21 yanvar 1910 - 11 fevral 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Yoşida Hideo
Yoşida Hideo (吉田 秀雄, 9 noyabr 1903, Kokura, Fukuoka prefekturası – 27 yanvar 1963, Tokio) – "Dentsu" reklam agentliyinin dördüncü prezidenti. Yaponiyada reklam biznesinin inkişafı üçün işlər görmüşdür. Yoşida Hideo 1903-cü ildə Yaponiyanın Fukuoka prefekturasının Kokura şəhərində doğulmuşdur. Ailəsinin maddi vəziyyəti pis olduğu üçün iki dəfə övladlığa verilmişdir. 1928-ci ildə Tokio Universitetinin iqtisadiyyat fakültəsindən məzun olmuş və Yaponiya Teleqraf Kommunikasiyasının nəzdində olan "Dentsu" reklam agentliyinə qoşulmuşdur. Burada Qərb ədəbiyyatını oxuyaraq reklam sahəsini öyrənməyə başlamışdır. İkinci dünya müharibəsindən sonra agentlik cavan kadrları idarəçiliyə cəlb etmək siyasətini izləməyə qərar vermiş və o, 1947-ci ildə prezident seçilmişdir. Həmin il Dentsu Reklam Mükafatının əsasını qoymuşdur. Yaponiyada kommersiya məqsədli radio və televiziya yayımının başlamasında vacib rolu olmuşdur. NHK direktoru, eləcə də, Tokio Ticarət və Sənaye Palatasının üzvü olmuşdur.
Hideo Fucima
VI Kancuri Fucima (藤間勘十郎6世, 8 oktyabr 1900, Tokio – 5 dekabr 1990) və ya doğum adı ilə Hideo Fucima (藤間 秀雄) – Yaponiya rəqqası və xoreoqrafı. O, yapon rəqsinin Fucima məktəbinin rəhbəri olmuşdur. Karyerasını başa vurduqdan sonra II Kanso Fucima (藤間勘祖2世) adını götürmüşdür. == Həyatı == Kancuro Fucima 1781-ci ildə əsası qoyulmuş Fucima məktəbinə başçılıq edən şəxslərə verilən, nəsildən nəsilə ötürülən səhnə adıdır. Bu təxəllüs ilk dəfə Kanbey Fucima tərəfindən istifadə olunmuşdur. Hideo Fucima 1900-cü ildə Tokio şəhərində doğulmuşdur. O, əvvəlcə özünə Onoe Umeo səhnə adını götürsə də, daha sonra Fucima məktəbinə qəbul olunmuş və 1927-ci ildə VI Kancuro Fucima adını qəbul etmişdir. 1927-ci ildə kabuki aktyoru VI Onoe Kikuqoro üçün rəqs xoreoqrafiyası təşkil edərək Kabukizanın xoreoqrafı olmuşdur. "Yamauba" və "Oymatsu" kimi işlərin müəllifi olmuşdur. O, kostyumsuz və maskasız ifa olunan suodori rəqsinin ustası kimi tanınmışdır.
Hideo Fukui
Hideo Fukui (25 sentyabr 1977, Yokohama) — Yaponiyanı təmsil edən triatlonçu. == Karyerası == Hideo Fukui Yaponiyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Olimpiadanı 36-cı pillədə başa vurdu.
Hideo Kanze
Hideo Kanze (観世 栄夫, Kanze Hideo, 3 avqust 1927, Tokio prefekturası[d] – 8 iyun 2007, Tokio[d]) – Yaponiya aktyoru və rejissoru. Karyerasına no aktyoru kimi başlamışdır. Kanze və Kita məktəblərinin nümayəndəsi olmuşdur. == Həyatı == Hideo Kanze 3 avqust 1927-ci ildə Tokioda doğulmuşdur. Yaponiyanın aparıcı no aktyorlarından biri olmuş Qasetsu Kanzenin ikinci oğlu idi. Atasından və babası Kasetsu Kanzedən rəqs dərsləri almış, səhnə performansı debütünü 4 yaşında gerçəkləşdirmişdir. Onun intensiv rəqs təhsili 22 yaşına qədər davam etmişdir. Onun Kanze məktəbinin davamçısı olması gözlənilsə də, 1949-cu ildə mübahisəli şəkildə Kita məktəbinə qəbul olunmuş və Hideo Qoto adını götürmüşdür. Kita məktəbində no aktyoru XIV Roppeyta Kitanın şagirdi olmuşdur. Kita məktəbində keçirdiyi günlər ona Kanze və Kita məktəblərinin fərqliliklərini müqayisə etməsinə imkan vermişdir.
Rey Hino
Seylor Mars (セーラーマーズ, Sērā Māzu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur. Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının Fobos və Deymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.