Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalkit
Dalkit (ing. Dalkeith, şot.kelt Dail Cheith) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Walkie
İvan Vitalyeviç Petunin (rus. Иван Витальевич Петунин , 24 may 1995, Beloreçensk, Krasnodar diyarı – 30 sentyabr 2022, Krasnodar) daha çox Walkie kimi tanınır(keçmişdə Walkie T) — rusiyalı hip-hop ifaçısı və batl-reper. Rusiyada iştirak etdiyi rep-batl sayına görə ilk yeri tutur. İvan Petunin 1995-ci il 24 may tarixində dünyaya göz açıb. 14 yaşında Eminem və Tupak Şakurdan ilhamlanaraq rep oxumağa başlayıb. Batl-rep karyerasına 2012-ci ildə Slovo(ru) protekti çərçivəsində başlayıb. 2015-ci ildə hərbi xidmətə yolanıb. 2016-cı ildə ordudan qayıtdıqdan sonra Sankt-Peterburqa köçüb və #SLOVOSPB proyekti tərkibində fəaliyyət göstərməyə başlayıb. Rəqibi ilə saxta dava şousu hazırladığına görə protyektdən kənarlaşdırılılmasına baxmayaraq ilk məşhurluğunu qazanıb. 2017-ci ildə Versus(ru) protekti çərçivəsində batllarda iştirak edib.
Alkoy
Alkoy (isp. Alcoy) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 129,86 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 61417 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 60 km uzaqlıqda yerləşir.
Ualki
Hualqui - Çili şəhəri. Ərazisi 531 km². Əhalisi 20.660 nəfərdir (2002).
Aqnes Valkay
Aqnes Valkay (27 fevral 1981) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Valkay, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Valkay, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Crataegus jackii
Crataegus jackii (lat. Crataegus jackii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Erjebet Valkay
Erjebet Valkay (6 mart 1979) — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Erjebet Valkay, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Erjebet Valkay, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Jaklin Kennedi
Jaklin Kennedi Onassis (Buvye) (ing. Jacqueline Kennedy Onassis (Bouvier); 28 iyul 1929[…] – 19 may 1994[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin həyat yoldaşıdır. Atası fransız və ingilis, anası isə irland əsilli olub. Həyat yoldaşı Con Kennedinin güllələnməsi zamanı ona köməklik etmək üçün əlindən gələni etmişdir. Ömrünün son illərində Limfoma (düyünlərin zədələnməsi) xəstəliyindən vəfat etmişdir. 1994-cü ildə yuxuda olarkən vəfat etmişdir. Kiçik oğlu Kennedi-Onassis söyləmişdir: Jaklin Buvye 28 iyul 1929-cu ildə Nyu-York Sautqempton şəhərinin ətrafında, III Con Buvye və Canet Norton Li ailəsində anadan olmuşdur. 1951-ci ildə Corc Vaşinqton Universitetindən Fransız Ədəbiyyatı bakalavr dərəcəsini almışdır və The Washington Times-Herald qəzetində fotoqraf olaraq işə başlamışdır. 1952-ci ildə Buvye o zaman konqresmen olan Con Kennedi ilə Vaşinqtonda şam yeməyində görüşmüşdür. Kennedi həmin il senata seçilmiş və cütlük 12 sentyabr 1953-cü ildə Rod-Aylend ştatının Nyuport şəhərində evləndilər.
Makaley Kalkin
Makaley Kalkin (ing. Macaulay Culkin; 26 avqust 1980, Nyu-York, ABŞ) — amerikalı aktyor. 1990-cı illərin ən uğurlu uşaq aktyorlarından biri hesab olunur. Kalkin evdə tək filmlərində (1990 və 1992) canlandırdığı Kevin Makkalister obrazı ilə şöhrət qazanmışdır. İlk filmə görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. O, 2021-ci ildə "Amerikan qorxu hekayəsi" teleserialının onuncu mövsümünə çəkilmişdir. Makaleyin aktyor olan iki qardaşı var: Kiran və Rori. == Həyatı == Tam adı Makaley Karson Kalkin olan aktyor 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib. Anası Patrisiya Bantrap telefon operatoru idi, atası Kit Kalkin isə əyalət aktyoru olub. Bir müddət sonra oğlunun meneceri kimi çalışıb.
Maltiy dili
Malta dili (Malti) — Maltada istifadə edilən rəsmi dil.
Viburnum × jackii
Vladislav Qalkin
Vladislav Borisoviç Qalkin (rus. Владисла́в Бори́сович Га́лкин; 25 dekabr 1971, Moskva – 25 fevral 2010, Moskva), əsl soyadı Suxaçov — rus aktyoru, Rusiyanın əməkdar artisti (2009). Boris Qalkin(atalığı) və Yelena Demidovanın oğludur. Kinoda 9 yaşında olarkən Stanislav Qovoruxinin “Tom Soyer və Heklberri Finnin macəraları” filmi ilə debüt edib. O, “72 metr” və “Voroşilov atıcısı” filmləri ilə məşhurlaşıb və bir neçə seriala da çəkilib. V. Qalkin 2009-cu ildə Rusiyanın əməkdar artisti adına layiq görülüb. 2010-cu ildə 38 yaşlı Vladislav Qalkin Moskva şəhərindəki mənzilində qəflətən vəfat edib. Məlumatlara görə, ölümün ilkin səbəbi kimi kəskin ürək çatışmazlığı göstərilir. Aktyot Troyekur qəbiristanlığında Semyon Farada, Yuri Stepanov və İqor Starıginin yanında dəfn edilmişdir. 1981 — Tom Soyer və Heklberri Finnin macəraları — Heklberri Finn 1984 — Bu mənfur Sidorov — Аlyoşa Sidorov 1984 — Qeydiyyatsız yük — kiçik qardaş 1986 — Qızıl zəncir — Sendi Prüel 1987 — Oğul (film) — «Xuliqan» 1988 — Aborigen — Borka Xromov 1992 — Oyun 1997 — Noxud üstundə oturan Şahzadə — sürücü Vladik 1999 — Voroşılov atıcısı — Sahə müvəkkili Alekseyev 2000 — 44-cü ilin avqustunda… — Baş leytenant Tamantsev (Film "İlin kəşfi" nominasiyası üzrə "Nika" kinomükafatına layiq görülmüşdür).
Mixail Malkin
Mixail Malkin (30 iyul 1996, Biləcəri) — Azərbaycanı təmsil edən batut gimnastı, dünya (2023) və Avropa (2018) çempionatlarının qalibi. Mixail Malkin 30 iyul 1996-cı ildə Biləcəridə anadan olub. Milliyətcə rusdur. Malkin 2011 və 2012-ci illərdə tamblinq üzrə Azərbaycan Çempionatlarının qalibi oldu. 2017-ci ildə FIG World Cup beynəlxalq turnirinin Portuqaliya mərhələsini qızıl, Azərbaycan mərhələsini gümüş, İspaniya mərhələsini isə bürünc medallarla başa vuran Mixail Malkin 2018-ci ildə tamblinq üzrə Avropa Çempionatının qalibi oldu.
Jaklin Fernandes
Jacqueline Fernandez (11 avqust 1985, Manama) — Şri Lankalı model və aktrisadır. Fernandes 2006-cı ildə ölkəsində keçirilmiş olan "Miss Şri Lanka" gözəllik müsabiqəsində birinci yerə çıxmışdır. Həmçinin də həmin il ABŞ-da keçirilən “Miss Universe Beauty” müsabiqəsində iştirak etmişdir.
Rori Kalkin
Rori Kalkin (ing. Rory Culkin; 21 iyul 1989, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. Onun hər iki böyük qardaşı da aktyordur: Makaley Kalkin və Kiran Kalkin. Rori Hyu Kalkin 21 iyul 1989-cu ildə Nyu-York şəhərində anadan olub. O keçmiş brodvey aktyoru Kit Kalkinin ailəsində dünyaya gələn yeddi uşağın ən kiçiyidir. Rorinin bibisi aktrisa Bonnie Bedelia-dır.
Malıy Jemçujnıy
Malıy Jemçujnıy — ada Xəzər dənizinın şimal-qərbində yerləşir. İnzibati cəhətdən Rusiyanın Həştərxan vilayəti ərazisində daxildir. Ada xüsusi qoruma statusuna malikdir. Xüsusi ilə Gümüşü qağayı, Xəzər suitisi, Hydroprogne caspia və digər canlılar qorunur.
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. == Coğrafi yerləşməsi == Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Alkim (sofist)
Alkim (lat. Alcimus) — IV əsrin ikinci yarısında yaşamış Roma sofisti. Alkim Nikomediyada anadan olmuşdur. O, 343–348-ci illərdə saxta qətl ittihamı ilə Nikomediyada Libani ilə birlikdə həbs edilmişdir. Alkim Nikomediyada ritorikadan dərs deyirdi. 356-cı ildə Romaya səyahət etmiş və burada Böyük Vasili ilə birlikdə qalmışdır. Bir il sonra Alkim Nikomediyada heyvan tamaşalarını təşkil etmişdir. O, Vifiniyada nüfuzlu olmuşdur. 362-ci və ya 363-cü ildə Alkim Antioxiyada imperator Mürtəd Yulianın sarayını ziyarət etdi. Arestenet onun qohumu olmuşdur.
Qaliy Adilbekov
Qali Adilbəyoviç Adilbəyov (rus. Галий Адильбекович Адильбеков; 1 yanvar 1908, Semipalatinsk vilayəti[d], Bozqır general-qubernatorluğu – 21 oktyabr 1943, Kanev rayonu[d], Kiyev vilayəti və ya Kiyev vilayəti) — qazaxəsilli sovet hərbi xadimi, tankçı-zabit, İkinci Dünya müharibəsi iştirakçısı, qarovul polkovnik-leytenantı (1942). ölümü zamanı Orta Asiya xalqlarının yeganə nümayəndəsi, ayrıca mühafizəçi sıçrayış tank alayının komandiri, həmçinin ayrıca tank briqadasının komandiri. Hələ müharibənin əvvəlində SSRİ-nin mərkəzi qəzetlərində onun haqqında iki müstəqil nəşr var idi – 5 sentyabr 1941-ci ildə "Veçernyaya Moskva" qəzetində və 13 sentyabr 1941-ci ildə "İzvestiya" qəzetində. İkinci Dünya müharibəsi başlamazdan əvvəl Adilbəyov Moskvada Stalin adına Zirehli Qüvvələr Hərbi Akademiyasında təhsil almışdır. O, bu akademiyanın məzunu olan yeganə qazax idi. 1908-ci il yanvarın 1-də Semipalatinsk quberniyasının Belagaş volostunun Qızılqum kəndində anadan olub. milliyyətcə qazax. Mənşəyi - Tobıqtı tayfasından, Orta Yüz Arginları. Hələ uşaq ikən yetim, küçə uşağı qalıb, 1925-ci ildə Orenburqda Qazax rayon yeniyetmələr üçün 3-cü sinif məktəbini bitirib.
Malıy Nesvetay çayı
Malıy Nesvetay çayı (rus. Малый Несветай) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Bolşoy Nesvetay çayının qoludur. Çayın uzunluğu 48 kilometrdir, hövzəsinin sahəsi 356 km²-dir. Yuxarı axarlarda sahillərində Novoşaxtinski şəhəri yerləşir. Çay kifayət qədır lillidir. Çay sistemi: Malıy Nesvetay → Bolşoy Nesvetay → Tuzlov → Aksay → Don. == Axını == Malıy Nesvetay başlanğıcını Dones vilayətindən götürür. Novoşaxtinski şəhərinin Barrikadskaya küçəsində yerləşir. Mənbəyi dəniz səviyyəsindən 200 metr yüksəklidə yerləşir.
Oyya-de-Alkoy
Oyya-de-Alkoy (isp. Hoya de Alcoy) — İspaniyada yerləşən rayon.
Vals-d-Alkoy
Vals-d-Alkoy (kat. Valls d'Alcoi) — İspaniyada yerləşən rayon.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Jaklin Frenk De Luka
Jaklin Frenk De Luka (d. 1 may 1980) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Jaklin Frenk De Luka, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.