Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jensia
Jensia (lat. Jensia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Messina
Messina — İtaliyanın Siciliya muxtar vilayətində ən böyük üçüncü şəhər. 243.000 əhalisi var.
Jentin
Jentin (fr. Gennetines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Jenşen
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Belşina FK
"Belşina" (belar. «Белшына») — Bobruysk şəhərini təmsil edən Belarus futbol klubu. Klub 1976-cı ildə yaradılıb, 1995-ci ilə qədər "Şinnik" adı ilə çıxış edib. == Tarixi == Klub "Şinnik" adı altında 1976-cı ildə yaradılmışdır. Komandaya yarandığı gündən yerli şinləri istehsal edən Belşina şirkəti sponsorluq edir. Klub daha çox Sovet dövründə BSSR Liqasında (Mogilyov vilayəti Liqasında mübarizə aparıb) çıxış etmişdir. Şinnik liqada iki dəfə çempion olmuş (1978 və 1987) və bir dəfə 1979-cu ildə Belarus SSR Kubokunun sahibi olmuşdur.Şinnik 1992-ci ildə Belarus Birinci Diviziyasında mübarizə aparmış və 1994-cü ildə Premyer Liqasına vəsiqə qazanmışdır. 1996-cı ildə adı "Belşina" olaraq dəyişdirilmişdir. Klub ən yaxşı mövsümlərini 90-cı illərdə və 2000-ci illərin əvvəlində keçirmişdir. Belşina 2001-ci ildə liqanın çempionu olmuş, 1997-ci ildə isə mövsümü ikinci kimi başa vurmuşdur.
Enju-Jenisya
Enju-Jenisya (fr. Injoux-Génissiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01189. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1055 nəfər təşkil edirdi.
Jessica May
Cessika Mey (5 dekabr 1993, Paranasiti[d], Parana ştatı) — Braziliya əsilli Türk televiziya aktrisası.
Jessica Seinfeld
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. == Keçmiş həyatı == Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Matteo Pessina
Matteo Pessina (21 aprel 1997, Montsa, İtaliya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və İtaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İtaliya futbolçusu. == Klub karyerası == Akademiya səviyyəsində bir neçə il oynadıqdan sonra Pessina 2014-cü ildə Monza klubunda peşəkar karyerasına başlamışdır. 2015-ci ildə "Milan" klubuna transfer olur və ardıcıl olaraq Leççe, Kataniya və Komo klublarına icarəyə göndərilir.7 iyul 2017-ci ildə Pessina "Atalanta" klubu ilə müqavilə imzalamışdır. 25 avqustda o, Speziya klubuna icarəyə verilmişdir. 26 avqust 2019-cu ildə Pessina satın alma bəndi ilə "Hellas Verona" klubuna icarəyə göndərilir. 10 fevral 2021-ci ildə İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Napoli" klubu ilə oyunda iki qolla yadda qalmışdır. Komanda rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Beləliklə "Atalanta" klubu finala vəsiqə əldə etmişdir. == Milli karyerası == Pessina İtaliya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında üçüncü yerə sahib çıxmışdır.Pessina İtaliya U-21 millisi ilə debütünü 5 oktyabr 2017-ci ildə Budapeştdə Macarıstan millisinə qarşı oyunda etmiş və milli rəqibinə 6-2 hesabı ilə qalib gəlmişdir.Pessina 2020-ci ilin noyabrında baş məşqçi Roberto Mançininin rəhbərliyi altında İtaliya millisinə dəvət almışdır. O, millidə debütünü 11 noyabrda Florensiyada Estoniya millisinə qarşı oyunda etmişdir.
Messina Universiteti
Messina Universiteti (it. Università degli Studi di Messina) — İtaliyanın Siciliya muxtar vilayətinin Messina şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1548-ci ildə qoyulmuşdur.
Penjina çayı
Penjina çayı (rus. Пенжина, kory. Мыгыкивэем) — Rusiya ərazisindən axan çay. Kamçatka diyarının Penjinski rayonu ərazisindən axır. Çayda Manila kəndləri (dəniz limanı var), Kamenskoye, Oklan, Slautnoye, Ayanka var == Coğrafiyası == Çayın uzunluğu 713 km, hövzəsinin sahəsi 73.500 km²-dir. Çay Kolıma öndağlığından başlayır, yuxarı hissədə dərin dərədə, sonra isə dağlararası hövzədən axır. Penjinski ovalığına çatdıqdan sonra çayın yatağı meandrlaşır. Burada onun eni 600 m-ə çatır. Aşağı axarlarda çay Penjinski silsiləsi ilə Oklanski yaylası arasından axır. Oxot dənizinin Şelixov körfəzinin şimal-şərq hissəsindəki Penjin körfəzinə axır.
Tensinq Norgey
Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq Norgey 29 may 1953-cü ildə Edmund Hillari ilə birlikdə Everestin zirvəsini fəth etmiş ilk iki insandan biridir. O, "Taym" jurnalı tərəfindən 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilmişdir. == Erkən dövr == Tensinqin həyatının erkən dövrü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Öz avtobioqrafiyasında yazdığına görə, o, şerp mənşəlidir və Nepalın şimal-şərqində yerləşən Kxumbu adlanan ərazinin Tenqboçe kəndində böyümüşdür. Kxumbu tibetlilərin və şerplərin Comolunqma (Tibet dilində "Müqəddəs ana") adlandırdığı Everest dağının yaxınlığında yerləşir. Tensinq şerplərin və tibetlilərin ənənəvi dini olan Buddizmin ardıcılı idi. Tensinqin dəqiq doğum tarixi məlum olmasa da, o özü hava və məhsula görə mayın sonlarında doğulduğunu iddia edirdi. Everesti 29 mayda fəth etdikdən sonra, o, öz doğum gününü bu tarixdə qeyd etməyə qərar verdi. Onun anadan olduğu il isə Tibet təqviminə görə Dovşan İli olmuşdur; bu isə 1914-cü ilə təsadüf edir.
Tensinq Norqey
Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq Norgey 29 may 1953-cü ildə Edmund Hillari ilə birlikdə Everestin zirvəsini fəth etmiş ilk iki insandan biridir. O, "Taym" jurnalı tərəfindən 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilmişdir. == Erkən dövr == Tensinqin həyatının erkən dövrü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Öz avtobioqrafiyasında yazdığına görə, o, şerp mənşəlidir və Nepalın şimal-şərqində yerləşən Kxumbu adlanan ərazinin Tenqboçe kəndində böyümüşdür. Kxumbu tibetlilərin və şerplərin Comolunqma (Tibet dilində "Müqəddəs ana") adlandırdığı Everest dağının yaxınlığında yerləşir. Tensinq şerplərin və tibetlilərin ənənəvi dini olan Buddizmin ardıcılı idi. Tensinqin dəqiq doğum tarixi məlum olmasa da, o özü hava və məhsula görə mayın sonlarında doğulduğunu iddia edirdi. Everesti 29 mayda fəth etdikdən sonra, o, öz doğum gününü bu tarixdə qeyd etməyə qərar verdi. Onun anadan olduğu il isə Tibet təqviminə görə Dovşan İli olmuşdur; bu isə 1914-cü ilə təsadüf edir.
Arne Jensen
Arne Jensen (25 fevral 1998) — Tonqalı oxatan. Arne Jensen Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Arne Jensen birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Niderlandın nümayəndəsi Sjef van den Berg ilə üz-üzə gəldi. Həmin görüşdə Arne Jensen rəqibinə 3:7 hesabı ilə uduzdu.
Jeniva (Vaşinqton)
Cenevrə (ing. Geneva) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 2321 nəfər olmuşdur.Adam başına düşən illik gəlirə görə Vaşinqton ştatında 85-ci, Uatkom əyalətində isə birinci olmuşdur. == Coğrafiyası == Ümumi ərazisi 3.3 km² olub, bunun 2.7 km² quru, 0.6 km² isə sudur. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 2321 nəfər əhali, 867 şəxsi təsərrüfat və 683 ailə vardı. Əhalinin sıxlığı 859.6 nəfər/km²-di. Burada 911 ev var və evlərin sıxlığı 337.4/km²-dir. Əhalinin etnik tərkibini 92.7%-i Ağ amerikalılar, 0.9%-i Afroamerikalılar, 0.8%-i Hindilər, 1.9%-i Asiyalılar, 1.3%-i digər irqdən olanlar və 2.4%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 867 şəxsi təsərrüfatın 33.9%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 67.8%-ində evli ailə, 3.5%-ində əri olmayan qadın, 7.5%-ində arvadı olmayan kişi, 21.2%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 14.8%-ində tək bir şəxs və 4.5%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı.
Jenşen (cins)
Karlos Mensia
Ned Arnel Mencía (ing. Carlos Mencia; 22 oktyabr 1967, San Pedro Sula, Honduras) — ABŞ aktyoru.
Təbəs Məsina
Təbəs Məsina — İranın Cənubi Xorasan ostanının Dərmiyan şəhristanının Gəzik bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,776 nəfər və 779 ailədən ibarət idi.
Yalançı jenşen
Yalançı jenşen (lat. Panax pseudoginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Yarımnövləri == P. pseudoginseng ssp. himalaicus P. pseudoginseng ssp. pseudoginseng P. pseudoginseng ssp.
Yuliya İnşina
Yuliya İnşina — Rus əsilli Azərbaycanlı idman gimnastı. 2010-cu ildə Tokio şəhərində keçirilən Dünya Çempionatının gümüş medalçısıdır. == Həyatı == Yuliya İnşina 15 aprel 1995-ci ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. Yuliya İnşina 1999-ci ildən idman ilə məşğul olur. Yuliya İnşina Voronej Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunudur. == Karyerası == Yuliya İnşina birinci uğurunu 2011-ci ildə Rusiya bayrağı altında qazandı. O Rusiya Çempionatında bürünc medal, Rusiya Kubokunda isə gümüş medal qazandı. Yuliya İnşina həmin il həmçinin karyerasının ən böyük uğurunu qazandı. O Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Dünya Çempionatında komanda yarışlarında gümüş medal qazandı. Daha sonra o 2012-ci ildə Rusiya Çempionatında 2 gümüş medal, Rusiya Kubokunda isə 1 gümüş və 1 bürünc medal qazandı.
Üçyarpaq jenşen
Üçyarpaq jenşen (lat. Panax trifolius) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü.
Adi jenşen
Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Tarixçə == Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur.
Aleksandra Mixaylovna Levşina
Aleksandra Mixaylovna Levşina(21 aprel 1920-ci il) - kimyaçı alim, AMEA Aşqarlar Kimyası İnstitutunda baş elmi işçi. == Həyatı == Aleksandra Mixaylovna Levşina 21 aprel 1920-ci ildə Həştərxan şəhərində anadan olmuşdur. Atası Levşin Mixail Fyodroviç əvvəlcə Baltik və Xəzər dənizi hərbi - dəniz flotlarında, daha sonra Xəzər dənizi gəmiqayırma və Xəzərtankerdə radist kimi xidmət eləmişdir. 1969-cu ildə vəfat etmişdir. Anası Levşina Elena Vasilyevna evdar qadın olmuşdur. A.M.Levşina1931-ci ildən 1935-ci ilədək atasının Kasparın dəniz agentliyinə (Pəhləvi ş.) və SSRİ səfirliyinə (Tehran ş.) xidməti ezamiyyətə göndərildiyi üçün İranda yaşamış, ezamiyyət bitdikdən sonra Bakı şəhərinə qayıtmışdır. 1939-cu ildə Bakıdakı 132 sayli məktəbi bitirərək, M.V.Lomonosov ad. Moskva Zərif Kimyəvi Texnologiya Institutuna (MZKTİ) daxil olmuş, orada iki il oxuduqdan sonra, 1941-ci ildə M.Əzizbəyov ad. Azərbaycan Sənaye İnstitutunun (ASİ) kimya-texnologiya fakültəsinə qəbul olunmuşdur. Institutu bitirdikdən sonra 1944-cü ildə V.V.Kuybışev ad.
Bobriusk Belşina FK
"Belşina" (belar. «Белшына») — Bobruysk şəhərini təmsil edən Belarus futbol klubu. Klub 1976-cı ildə yaradılıb, 1995-ci ilə qədər "Şinnik" adı ilə çıxış edib. == Tarixi == Klub "Şinnik" adı altında 1976-cı ildə yaradılmışdır. Komandaya yarandığı gündən yerli şinləri istehsal edən Belşina şirkəti sponsorluq edir. Klub daha çox Sovet dövründə BSSR Liqasında (Mogilyov vilayəti Liqasında mübarizə aparıb) çıxış etmişdir. Şinnik liqada iki dəfə çempion olmuş (1978 və 1987) və bir dəfə 1979-cu ildə Belarus SSR Kubokunun sahibi olmuşdur.Şinnik 1992-ci ildə Belarus Birinci Diviziyasında mübarizə aparmış və 1994-cü ildə Premyer Liqasına vəsiqə qazanmışdır. 1996-cı ildə adı "Belşina" olaraq dəyişdirilmişdir. Klub ən yaxşı mövsümlərini 90-cı illərdə və 2000-ci illərin əvvəlində keçirmişdir. Belşina 2001-ci ildə liqanın çempionu olmuş, 1997-ci ildə isə mövsümü ikinci kimi başa vurmuşdur.
Matteo Messina Denaro
Matteo Messina Denaro (26 aprel 1962, Kastelvetrano[d] – 25 sentyabr 2023, L'Akuila, L'Akuila) — Koza nostra – Siciliya mafiya təşkilatının başçılarından biri. Digər təxəllüsləri "Diabolik" və ya "Roleks"dir. Onun atası Messina Denaro Siciliyada "Don Çiççio" kimi tanınmaqdadır. Matteo Bernardo Provençanonun sələfi Salvatore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiyasının 1 nömrəli adamına çevrilir. 1993-cü ildən etibarən polisdən gizlənərək, Forbs jurnalına əsasən dünyada 10 axtarışda olan cinayətkarlar arasında VI yeri tutur. Onun evində axtarış zamanı tapılan məktubdan: == Həyatı == Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyanın Kastelvetrano kommunasında (Trapani əyalətində) siciliyalı mafioz Françesko Messina Denaronun ("Don Çiçço" kimi tanınan) ailəsində dünyaya gəlmişdir. Atası Françesko mafioz fəaliyyətə qeyri rəsmi muzdlu qatil, rəsmi isə zəngin mülkədar və bankir (it. Banca Sicula) D‘Ali ailəsinin silahlı müafizəçisi kimi başlamış, sonralar isə irəli çəkilərək həmin ailənin icarə torpaq mülklərinin inzibatçısı təyin edilir. Yaxşı işinə görə D’Ali ailəsi ona Dzanqara rayonunda böyük bir mülk bağışlamışdır. Françesko 14 yaşlı oğlu Matteoyaya silahdan istifadəni öyrətmişdir.