Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jiralda ekzoxordası
Jiralda ekzoxordası (lat. Exochorda giraldii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin ekzoxorda cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çinin şimal-şərq hissəsində yayılmışdır. Mədəni şəraitdə Krımda və Qafqazda becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m, çətrinin diametri 1,7 m olan şaxəli koldur. Cavan budaqları qırmızımtıl-boz rəngli, çılpaqdır. Yaşlı budaqları isə qırmızı-qonur rənglidir. Yarpaqları açıq yaşıl, 8-10 sm uzunluğunda, neştərvari, tam kənarlı, uc hissəsi dişlidir. İyun ayında çiçəkləyir. Çiçək saplağı 0,7-1 sm uzunluğundadır.
Jagala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyni adlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.