Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Jidkov
Aleksandr Jidkov — Azərbaycan futbolçusu. Futbolçu kimi Rusiyada Anji və Tom klublarında forma geyinmiş Jidkovun məşqçilik karyerası da Rusiya ilə bağlıdır. O, indiyədək Torpedo-Metallurq (2004-cü il), Oryol (2005-ci il), Tom (2006-cı il, 2008-ci il) və Volqada (Tver, 2009-cu il) qapıçılarla işləyən məşqçi olub. Azərbaycan milli futbol komandasında 21 oyun keçirmiş (1994-98-ci illərdə) Aleksandr 1987-ci ildə SSRİ idman ustası adını alıb.
Gennadi Jidko
Gennadi Valeryeviç Jidko (rus. Геннадий Валериевич Жидко; 12 sentyabr 1965 – 16 avqust 2023, Moskva) — Rusiya hərbçisi, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki idi. O, 2017-ci ildə Suriyaya göndərilən Rusiya qüvvələrinin qərargah rəisi vəzifəsində xidmətinə görə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülmüşdür. Bu tapşırıqdan sonra Jidko Şərq Hərbi Dairəsinə komandanlıq etmiş və Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinə rəhbərlik etmişdir. 2022-ci ilin may ayının sonlarında Jidkonun Rusiyanın Ukraynaya hücumu zamanı ordu generalı Aleksandr Dvornikovu əvəz edərək rus qoşunlarına rəhbərlik etdiyi bildirilmişdir. 2022-ci ilin oktyabrında onu Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı olaraq ordu generalı Sergey Surovikin əvəz etmişdir.