Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cilizə
Cilizə — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Viləşə
Viləşə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Vil talış dilində «gül», «çiçək» və hüşə (bişə) «meşə» deməkdir. Kəndin düzgün adı Viləbişə olmalıdır (Güllü meşə kəndi).
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. == İstinadlar == == Ədəbiyyat == Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd.
Klişe
Klişe (fr. Cliché) — uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya element. Mətbuatda termin, sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir üçün istifadə olunur.
İlisu
İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır.Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48). Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır: füsunkar təbiətə malik olması; kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması; 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması; ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması; bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s. xadimləri ilə.
Alaş milisi
Alaş milisi (qaz. Алаш милициясы) — Alaş Ordanın xalq milisi, 5–13 dekabr 1917-ci ildə Orenburqda keçirilən 2-ci Ümumqazax Konqresinin qərarı ilə yaradılmış Alaş muxtariyyətinin silahlı ordusu. Vəzifəsi Alaş muxtariyyətini qorumaq olmuşdur. Xalq milisləri sıralarına 20–35 yaşlarında hərbi xidmətə yararlı kişilər çağırılırdı. Alaş Orda Milli Fondu polisi silah və sursatla idarə edirdi. Alaş Ordanın qərb diviziyalarının rəhbərləri Jaxanşa Dosmuxamedov və Xalel Dosmuxamedov Komuç diviziyası (Samara), Torqay diviziyasından 600 tüfəng və bir pulemyot – 300 tüfəng və 20 min patron aldılar. Orenburq qazax qoşunlarının atamanının köməyi ilə A. İ. Dutov, Kostanay və Qırğız mahallarında iki süvari alayı yaradılmışdır. Qızıl Orduya qarşı müharibədə Alaş milisində vuruşanların sayı 5 min nəfərə çatmışdır. Alaş muxtariyyəti ləğv edildikdən sonra Alaş milisi ləğv edilmişdir.
Amblyseius juliae
Amblyseius juliae (lat. Amblyseius juliae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius juliae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Billie Eilish
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — Amerikalı müğənni-bəstəkar. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il ​​o, Ceyms Bond filmi "No Time to Die" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Filipe Koutinyo
Filipe Koutinyo (12 iyun 1992 Rio de Janeyro) — braziliyalı futbolçu. İspaniya La Liqasında klublarından Barselonada hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayır. Futbolçu Barselona klubuna 2017-18 mövsümünün qış transfer pəncərəsində Liverpuldan 150000000 € qarşılığında transfer olunub. Çox böyük istedada malik olan futbolçu Barselonada ilk qolunu Valensiya klubu ilə kubok oyununda vurmuşdur.
Filipe Luis
Filipe Luis Kasmirski (d. 9 Avqust 1985, Yaraqua do Sul, Santa Catarina), Braziliyalı futbolçu. La Liqa ekiplerinden Atletiko Madrid'də və Braziliya milli futbol komandasında forma geyinmekdədir. Müdafiənın solunda və ya Yarımmüdafiəçi kimi çıxış edir .
Hordeum juliae
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jülide Özçelik
Jülide Özçelik - Türkiyəli caz sənətçisidir. == Həyatı == Jülide Özçelik 1975-ci ildə İstanbulda doğulmuşdur. Məktəbi bitirdikdən sonra Müjdat Gezen Sənət Mərkəzində musiqi təhsilinə başlamışdır. Məzun olduğu il İstanbul Bilgi Universitetinin musiqi fakültəsinə qəbul olmuşdur. Burada vokal bölümündə Nüket Ruacan ilə vokal texnikalarını öyrənmişdir.Selen Gülün, Randy Esen, İmer Demirer, Donovan Mixon , Ayşe Özbekligil, Raci Pişmişoğlu, Ricky Ford, Can Kozlu kimi müəllimlərdən ansambl, harmoniya, solfeciya dərslərini öyrənərək məzun olmuşdur. Türk dilində caz ilə bağlı müxtəlif layihələr irəli sürmüş və reallaşdırmışdır. Bu zaman Klassik Türk Müsiqisi xorlarına qoşulmuşdur və konsertlərdə solist olaraq iştirak etmişdir. == Fəaliyyəti == Axıcı və duru səsli Jülide Özçelik albom hazırlamaq fikrini Cem Tuncerə söyləyərək albomun hazılıqlarına başlayır. Cem Tuncer, Erbil Doğan, Kağan Yıldız, Ediz Hafızoğlu və Genco Arı ilə birgə 2008-ci ilin Yanvar ayında ilk albomu olan Jazz İstanbul Volume 1 'i çıxardı. Bir çox müxtəlif tədbirlərə qoşulmuşdur.
Lilite Zatlere
Lilita Zatlere — Latviyanın 2-ci Birinci xanımı (2007—2011). == Həyatı == Lilita Zatlere 1953-cü il fevralın 24-də Riqa şəhərində anadan olub. == Ailəsi == Lilita Zatlere birinci həyat yoldaşı rəssam Ayvaru Manquli idi. Həmin nigahdan onun Agnese adında qız övladı var. 2007-2011-ci illərdə Latviya Prezidenti olan Valdis Zatlers ilə nigahdan isə, Karlis adında oğul övladı var.
Talise Lanoe
Talise Lanoe (25 iyul 1994) — Keniyalı üzgüçü. Talise Lanoe Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Talise Lanoe birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:10.02 saniyəlik nəticəsi ilə 33-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Typhlodromus tiliae
Typhlodromus tiliae (lat. Typhlodromus tiliae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus tiliae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Şarl Filije
Şarl Filije (fr. Charles Filiger; 28 noyabr 1863, Tann, Elzas — 11 yanvar 1928, Pluqastel, Bretan) — fransız rəssam. == Bioqrafiyası == Şarl Filije zəngin bir ailədə anadan olmuşdur, atası kağız fabriki sahibi idi. 1886-cı ildə Ş. Filije Parisdə Kolarossi İncəsənət Akademiyasında təhsil alır. 1889-cu ildə və 1890-cı ildə Müstəqil Salonunda rəsm əsərlərini sərgiləmişdir. Rəssam Pont-Aven məktəbinə daxil idi, Pol Qogen və Pol Serüzye kimi sənətkarların yaradıcılığından təsirlənmişdi. Ş. Filije öz rəsm əsərlərində daha çox dini mövzuları üstünlük verirdi (məsələn, «Məsih mələklər ilə (1892)») və Moris Deninin əsərlərinə yaxın idi. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Coll, Charles Filiger ( 1863-1928) Petite Encyclopédie des Peintres de Bretagne. éd. Le Télégramme, 2001.
İlis
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarakötük kəndinin əhalisinin faktiki sayı 165 nəfər, qeydiyyatdakı əhalinin sayı 172 nəfər təşkil edirdi.
Avena vilis
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.